Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tanker təyyarələri Tel-Əvivdən havaya qalxıb.
Musavat.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə və hərbi aviasiyanı izləyən mənbələrdə məlumatlar yayılıb.
Qeyd edək ki, havaya qalxan tanker təyyarələri havada yanacaq doldurma əməliyyatları üçün istifadə olunur. Bu cür təyyarələrin aktivləşməsi adətən hərbi aviasiyanın intensiv fəaliyyət göstərdiyi dövrlərdə müşahidə edilir.
Hadisə İran-İsrail gərginliyinin yenidən kəskinləşdiyi və qarşılıqlı raket hücumlarının davam etdiyi vaxta təsadüf edir.

Musavat.com






