İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın daha bir xüsusi nümayəndəsi İrəvana gəldi - İLGİNC DETALLAR FOTO

768 19.06.2024 12:00 Son xəbər A A

ABŞ Dövlət Departamentinin ticarət və biznes üzrə xüsusi nümayəndəsi Sara Morgenthau İrəvana gəlib.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, iyunun 18-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Sara Morgenthaunu qəbul edib.

Görüş zamanı Papoyan qeyd edib ki, İrəvan regionda uzunmüddətli sülhün bərqərar olunmasında, eləcə də Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında ABŞ-ın fəal dəstəyini yüksək qiymətləndirir.

Sara Morgenthau isə ABŞ-ın Ermənistanla münasibətlərdə yeni iqtisadi imkanları nəzərdən keçirməyə və əməkdaşlığın miqyasını genişləndirməyə hazır olduğunu təsdiqləyib, həmçinin təbii fəlakət nəticəsində zədələnmiş infrastrukturun bərpasına dəstəyini ifadə edib.

Tərəflər Ermənistan-ABŞ ticarət-iqtisadi əməkdaşlığını, Ermənistan ixracının şaxələndirilməsini və bu kontekstdə Amerika qitəsinin yeni ixrac bazarı kimi nəzərdən keçirilməsini, həmçinin hazırda aktiv fəaliyyətdə olan USAID-in köməyi ilə ixrac strategiyasının hazırlanmasını müzakirə ediblər.

Gevorq Papoyan nümayəndə heyətinə Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” layihəsinin imkanlarını və prinsiplərini təqdim edib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul edib.

Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi danışıqları, o cümlədən Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR