İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən vətəndaşlarına TƏCİLİ ÇAĞIRIŞ: "Bu ölkəni dərhal tərk edin!"

792 11.06.2026 10:50 Son xəbər A A

ABŞ-nin Bağdaddakı səfirliyi İraqda yaşayan Amerika vətəndaşlarına maksimum ehtiyatlı olmaq və imkan daxilində ölkəni dərhal tərk etmək barədə çağırış edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Tasnim News" agentliyi tərəfindən yayılıb.

Səfirlik regional gərginliyin kəskin artması fonunda hava məkanının qəfil bağlana biləcəyi və nəqliyyat əlaqələrində gözlənilməz ciddi fasilələrin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Diplomatik missiyadan verilən rəsmi açıqlamada bəzi əməkdaşların ölkədən təxliyə edilməsi barədə göstəriş verildiyi, lakin buna baxmayaraq ABŞ-nin İraqdakı diplomatik missiyasının hazırda fəaliyyətini davam etdirdiyi vurğulanıb.

Bununla yanaşı, Vaşinqton öz vətəndaşlarına növbəti dəfə xatırladıb ki, İraq ABŞ-nin səyahət tövsiyələri sistemində ən yüksək risk səviyyəsi hesab olunan 4-cü dərəcəli “Səyahət etməyin” xəbərdarlığı siyahısında qalmaqdadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR