İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da ticarət mərkəzində atışma olub, yaralananlar var

251 04.06.2022 23:30 Hadisə A A

ABŞ-ın Arizona ştatının Feniks şəhərində ticarət mərkəzində atışma baş verib.

"Report" xəbərinə görə, bu barədə CBS telekanalı məlumat yayıb.

Atışma nəticəsində azı 9 nəfər yaralanıb. Zərərçəkənlərdən üçü həyati təhlükəsi olan xəsarətlər alıb. Polisin məlumatına görə, yaralıların yaşı 17-24 arasındadır.

İnsident 100-ə yaxın insanın olduğu ticarət mərkəzində qeydə alınıb.

Telekanala görə, yaxınlıqdakı küçələr bağlanıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR