İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da ehtiyatlar azaldı, neft 86 dolları keçdi

238 03.07.2024 20:33 Dünya A A

Ötən həftə ABŞ-ın kommersiya neft ehtiyatları 12,16 milyon barrel azalaraq 448,54 milyon barrelə düşüb.

Musavat.com ölkənin Energetika Nazirliyinin həftəlik hesabatına istinadən xəbər verir ki, həftə ərzində benzin ehtiyatları 2,21 milyon barel azalaraq 231,67 milyon barel təşkil edib.

Kommersiya distillat ehtiyatları isə 1,54 milyon barel azalaraq 119,73 milyon barrelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 1 milyon barrel, benzin ehtiyatlarının 1 milyon barrel, distillat ehtiyatlarının isə 800 min barrel azalacağını gözləyirdilər.

ABŞ-da ehtiyatların azalması xəbərini dünya neft bazarı müsbət siqnal kimi qəbul edib. Qiymətlər 0,5 dollara qədər artaraq, Brent neft üçün 86 dolları kerçib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR