İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Arktika planının icrasına başlayıb: Buzqıran gəmilər alır  

275 30.03.2025 15:38 Dünya A A


ABŞ prezidenti Donald Tramp Finlandiya prezidenti Alexander Stubb ilə buzqıran gəmilərin alınmasını müzakirə edib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti "Truth Social" səhifəsində açıqlayıb: “Prezident Stubb və mən Birləşmiş Ştatlar və Finlandiya arasında tərəfdaşlığın, o cümlədən Birləşmiş Ştatlar üçün çoxlu sayda ehtiyac duyulan buzqıran gəmilərin alınması və inkişafı baxımından gücləndirilməsini səbirsizliklə gözləyirik”.

Trampın bildirib ki, dövlət başçıları Florida ştatının Palm Beach şəhərindəki "Trump International Golf" Club-da birlikdə qolf oynayıblar.

Xatırladaq ki, martın 13-də Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı Tramp bəyan edib ki, ABŞ Arktikada mövcudluğunu gücləndirmək üçün 48 buzqıran gəmi sifariş etmək niyyətindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR