İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dünyanın iqtisadi səhnəsini dəyişir-Rüsumlarla böyük pullar...

333 05.04.2025 11:25 Dünya A A

ABŞ Maliyyə Nazirliyinin rəhbəri gömrük rüsumlarından ölkəyə ildə 300-600 milyard dollar arası gəlir daxil ola biləcəyini bildirib.

Musavat.com xəbər verir ki, bu açıqlama son günlər Tramp administrasiyasının rüsumlarla bağlı yüngül dəyişiklikləri gündəmə gətirməsindən sonra gəlib.

Maliyyə rəsmisi Skott Bessent jurnalist Taker Karlsona verdiyi müsahibədə deyib:

"Əvvəlcə gömrük rüsumlarından ciddi gəlirimiz olacaq. Yeni açılan fabriklər və yeni iş yerləri sayəsində gəlirlər artacaq. Yəni biz rüsumları azaltsaq belə, digər sahələrdən gələn gəlirlər bu boşluğu dolduracaq".

Amerika mətbuatı yazır ki, bu strategiya ABŞ Konqresində müzakirəyə çıxarılan vergi endirimləri layihəsinin maliyyə yükünü kompensasiya edə bilər.

Bu bəyanat ABŞ-ın iqtisadi kursunda yeni mərhələnin başlaya biləcəyinə işarə kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR