İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: “Hamı dəhlizdən danışır lakin Ermənistanın özünü unudublar”  

591 15.07.2024 13:29 Dünya A A

“Bir vaxtlar kommunikasiyaların açılması mövzusu aktiv dövriyyəyə daxil olanda bura bütün regional yolların açılması da daxil idi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli müxalif deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Lakin Türkiyə və Azərbaycanın səyləri və rəsmi İrəvanın güzəştləri nəticəsində bu mövzu hazırda “Zəngəzur dəhlizi” kontekstində beynəlxalq gündəmdə yer alıb.

“Turan siyasi xətti”nin nəyin bahasına olursa-olsun yolu dəhlizə çevirməyə çalışması bir yana, bu gün heç kimin yadına düşmür ki, Ermənistanın da yolları açıq olmalı idi”,-deyə Abramyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR