İnsanlara hürriyət, millətlərə istiqlal!

"8:0 hesabı ilə qalib gəlməyimiz real görünmür" - Müller

1552 30.11.2022 11:26 İdman A A

Almaniya millisinin hücumçusu Tomas Müller DÇ-2022-nin 3-cü turunda Kosta-Rika ilə keçiriləcək oyun haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında onlara lazım olan böyükhesablı qələbənin çətin olacağını bildirib:

“Biz favoritik. Qalib gəlmək üçün oynamalıyıq. Çünki pley-offa çıxmaq şansımız var. Nəyə qadir olduğumuzu göstərməliyik.

Səkkiz qolluq qələbə bizə pley-offa zəmanət verirmi? Biz ən yaxşı oyunumuzu göstərmək niyyətindəyik, lakin dünya çempionatında 8:0 hesabı ilə qalib gəlmək real görünmür".

Qeyd edək ki, Almaniya və Kosta-Rika matçı dekabrın 1-də keçiriləcək. Almaniya millisi 1 xalla qrup sonuncusudur. Komandanın qrupdan çıxmaq şansı öz əlində deyil. Bundestim Kosta-Rikaya qalib gəlsə belə, qrupdan çıxması digər oyunun nəticəsindən asılıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR