İnsanlara hürriyət, millətlərə istiqlal!

60 min hektar ərazi minalardan təmizlənəcək

510 15.03.2024 12:23 Ölkə A A

“2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) - keçmiş məcburi köçkün köçürülüb. 2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsinə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır”.

Musavat.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlament tribunasından söyləyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edilir:

“Elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək. 24 yaşayış məntəqəsində isə qaz xəttinin çəkilməsi həyata keçirilib. Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya “Azərenerji” tərəfindən istismar edilməkdədir. İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 ədəd Su Elektrik Stansiyası yenidən qurulub, tikilib və ya bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib”.

Əli Əsədov deyib ki, genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən 53,1 min hektar ərazi minalardan təmizlənib:

“Ümumiyyətlə, 1 mart 2024-cü il tarixinədək 123 mindən artıq hektar ərazi təmizlənib, 114 730 mina və partlamamış hərbi sursat aşkar edilib. 2024-cü ildə isə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə təqribən 5,9 mlrd. manat vəsait ayrılıb - 2022-ci illə müqayisədə 19,6% çox”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR