İnsanlara hürriyət, millətlərə istiqlal!

60 ildən sonra Çempionlar Liqasına vəsiqə qazandılar

3339 13.05.2024 17:47 İdman A A

2024/25 mövsümündə İtaliyanı Çempionlar Liqasında təmsil edəcək daha iki komanda müəyyənləşib.

QOL.az xəbər verir ki, bunlar "Bolonya" və "Yuventus"dur. Çempionatın bitməsinə 2 tur qalmış hər iki komandanın ehtiyatında 67 xalı və onlar müvafiq olaraq 3-4-cü yerləri bölüşdürürlər. A seriyası qarşıdakı mövsüm yeni formatda keçiriləcək 36 komandalı Çempionlar Liqasında 5 klubla təmsil olunacaq. Artıq "İnter", "Milan", "Bolonya" və "Yuventus" ÇL-ə vəsiqəni təmin edib. Sonuncu vəsiqə isə 5-ci yeri tutacaq komandaya qismət olacaq. Bu vəsiqə uğrunda isə "Atalanta", "Roma" və "Latsio" mübarizə aparır.

Qeyd edək ki, "Bolonya" 60 illik fasilədən sonra ÇL-də oynamaq hüququ əldə edib. Onlar son dəfə 1964/65 mövsümündə Çempionlar Kuboku adlanan yarışa İtaliya çempionu qismində qatılıblar. Hazırda komandaya 2022-ci ildə klubla müqavilə imzalayan Tyaqo Motta başçılıq edir. Onun müqaviləsi hazırkı mövsümün sonu başa çatır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR