İnsanlara hürriyət, millətlərə istiqlal!

21 yaşlı Maya "Əl-Qəssam" üzvünə aşiq olub? - VİDEO

1266 27.11.2023 19:00 Dünya A A

İsrail və HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəs zamanı tərəflər arasında üç məhbus mübadiləsi baş tutub. Ümumilikdə 175 nəfər azad edilərkən, HƏMAS-ın buraxdığı israilli girov Mayanın mübadilə zamanı üz mimikası müzakirələrə səbəb olub.

Qırmızı Xaç Komitəsinin üzvlərinin iştirak etdiyi mübadilə zamanı İtaliya və İsrail vətəndaşlığına malik olan Maya Regev "Əl-Qəssam" briqadasının üzvünə təşəkkür edib.

Üzündə maska olan şəxs isə öz növbəsində, "Salamat qal Maya",- deyə cavab verib. 

Qeyd edək ki, 50 gün əsirlikdə qalan 21 yaşlı Maya ilə "əl-Qəssam" üzvünün bu dialoqu mətbuatın tərəflərin bir-birinə aşiq olmaq ehtimalını ortaya qoyması ilə nəticələnib. /BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR