İnsanlara hürriyət, millətlərə istiqlal!

10 qəsəbənin sakinləri üçün ŞAD XƏBƏR- Bu tarixdən sürət qatarı...

952 15.02.2024 10:42 Ölkə A A

Bakıda ictimai nəqliyyatdan istifadə edənlər üçün sürət qatarları ən optimal nəqliyyat növünə çevrilib.

BAKU.WS xəbər verir ki, sərnişin səhər və axşam saatlarında sürət qatarın istifadə edərək mənzil başına rahat və vaxtında çata bilirlər.

Hazırda sürət qatarından istifadə bütün qəsəbə sakinləri üçün əlçatan deyil. Belə ki, Bakı ətrafında yaşayan sakinlər bəlli stansiyalardan istifadə edərək sürət qatarından istifadə edə bilirlər. Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə elektrik qatarlar buna bariz nümunədir.

Gələcək günlərdə digər qəsəbələrin sakinləri üçün də sürət qatarından istifadənin əlçatan olub-olmayacağı ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) sorğu göndərdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, bir çox qəsəbə sakinləri yaxın illərdə istəklərinə çatacaqlar:

"Bakı şəhərinin Baş planına əsasən 2027-ci ilin sonunadək Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndivə Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, eləcə də Zabrat-Maştağa-Zaqulba dəhlizinin yaradılması nəzərdə tutulur".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR