İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ümid etmək istərdim ki, Kreml bu məsələnin həllində də müsbət rol oynayacaq və onun əlində bunun üçün rıçaqlar yetərincədir” - Sahib Alıyev

846 22.04.2024 21:40 Ölkə A A

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya budəfəki səfəri işgüzar xarakterli olmasına baxmayaraq, fikrimcə, tarixi önəm daşıyır. Ona görə tarixi önəm daşıyır ki, iki dövlət arasında əlaqələrin dərinləşməsinə maneçilik törədən, ən çoxu da Moskvanın gələcəkdə ata biləcəyi addımların proqnozlaşdıtılmasını əngəlləyən faktorlar demək olar ki, aradan qalxıb”.

Deputat Sahib Alıyev bunu Musavat.com-a açıqlamasında bildirib.

Qeyd edib ki, Rusiya bunda daha çox Ermənistan rəhbərliyini suçlasa da, hər halda qərbdəki bəlli güclərdən, ilk növbdə də ABŞ və Fransadan fəqli olaraq, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu ən yüksək səviyydə və açq şəkildə dilə gətirib: “Özünün hərbi kontingentini vaxtından əvvəl torpaqlarımızdan çıxarmağa başlaması isə Qarabağla bağlı sözdə deyilənlərin əməldə də sərgilənməsidir. Təbii ki, bu, qarşı tərəfin xeyirxahlığından çox, Azərbaycanın yaratdığı reallıq və bütün risqləri göz önünə alaraq atdığı addımların nəticəsidir ki, bunun da başında ötən il aprelin 23-də Laçında sərhəd keçid məntəqəsinin qurulması və sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbiri gəlir. Ancaq bir daha vurğuluyıram ki, Minsk qrupunun digər keçmiş həmsədrlərindən fərqli olaraq, Rusiyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bütün çılpaqlığıyla ortaya qoymasını biz minnətdarlıqla qeyd etməyə bilmərik. Və Moskvanın belə bir addım atmasına səbəb təkcə Ermənistanın indi də qərbin forpostu olmağa meyllənməsi deyil. Azərbaycanın bütün təzyiqlərə rəğmən, qərbdəki bəlli güclərin bizim regionu ona qarşı plasdarma çevirməyə qoymaması, tam proqnozayatımlı siyasət yeritməsi və möhkəmliyidir. Möhkəmlik deyəndə mən təkcə Rusiyaya qarşı təzyiqlərdə yer almamamağı, buna dirəniş göstərməyimizi yox, eyni zamanda həmən Rusiyanın da milli maraqlarımıza cavab verməyən planlarına qətiyytlə “yox” deməyimizi və burada hər hansı güzəştə getməməyimizi nəzərdə tuturam. Beləliklə, müstəqillik qazanandan üzü bəri iki dövlət öz əlaqərini ağ səhifədən başlayırlar, deyə bilərik. Və cənab İlham Əliyevin Kremldə Rusiya Prezidenti ilə görüşdə onun ölkəsi haqda dedikləri əslində həm qarşı tərəfin bizdən gözləntilərinə verilən cavab, həm də əlaqələrin gələcəkdə necə davam etdiriləcəyinin anonsuydu.

Yəni Prezidentimizin Rusiyanın Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik baxımından əsas ölkə olduğunu vurğulaması reallığın təsbiti ilə yanaşı, həm də bizim bunun belə də qalmasının istədiyimiz demək idi. Onun “Biz qarşılıqlı güvənin, əməkdaşlığın, anlaşmanın möhkəmləndirilməsində və qarşılıqlı maraq kəsb edən bütün məsələlərin tənzimlənməsində qərarlıyıq” sözləri isə Azərbaycanın öz hərbi kontingentini Qarabağdan çıxaran Rusiyanı qərbin bu regionda sıxışdırılmasına, yaxud da rolunun azaldılmasına yönəldilən hər hansı planında yer almayacağının təsdiqi idi. Bəzi məlunların məlum sanksiya planlarından görünür ki, onlar da bunu dərk edilər və biz qarşı açıq şantaja əl atırlar. BMT qətnaməsini reallaşdıran, beynəlxalq hüququn qələbə çalmasını təmin edən bir dövlətin hərbçilərinə, güc strukturlarının rəhbərlərinə qarşı sanksiya planlaşdırmaq təkcə ədalətsizlik yox, həm də əxlaqsızlıqdır”.

S.Alıyev digər mühüm məqamlardan da bəhs edib: “Rusiya təmsilçilərinin bəzi açıqlamalarından belə görünür ki, Kreml Azərbaycanla Ermənistan arasında tezliklə sülh anlaşmasının bağlanmasına və bunun özünün onun moderatorluğu altında baş tutmasına çalışır. Azərbaycan isə özünün ikitərfli danışıqlar formatı tərəfdarı olduğunu gizlətmir və Ermənistanla aramıadakı iki mühüm razlışamanın məhz həmən format çərçivəsində əldə edilməsi ilə də bunu sərgiləyir. Amma Zəngəzur dəhlizi qarışıq kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiya yaradılıb ki, onun işinin uğurlu alınması Rusiyadan da az asılı deyil. Və yeri gəlmişkən, 2020-ci ildəki üçtərəfli bəyanatda yerinə yetirilməmiş qalan da elə məhz sözügedən dəhlizin açılmamasıdır. Ümid etmək istərdim ki, Kreml bu məsələnin həllində də müsbət rol oynayacaq və onun əlində bunun üçün rıçaqlar yetərincədir”.

 

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR