İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan "şəxsiyyət pərəstiş"dən qurtulur - Çan Kay Şinin heykəlləri söküləcək

521 24.04.2024 13:43 Dünya A A

Tayvanda adanı 30 ilə yaxın idarə edən və minlərlə insanı repressiyalara məruz qoyan keçmiş diktator Çan Kay Şiyə qarşı kampaniya başlanıb. O, kommunistlərə qarşı müharibədə məğlub olana qədər Çin respublikasının prezidenti olub və Tayvana qaçaraq bu titulunu qoruyub saxlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 2018-ci ildə araşdırma komissiyası onun abidələrinin meydanlardan və küçələrdən yığışdırılmasını tövsiyə edib. Hökumət bu qərarın dərhal həyata keçirilməsini əmr edib.

Tayvan hökumətinin sözçüsü Şi Pu parlamentdə çıxış edərək, Daxili İşlər Nazirliyinin qalan minlərlə heykəldən 760-nı tez bir zamanda yığışdıracağını bildirib.

Hökumət əvvəllər prosesi gecikdirdiyinə görə tənqid olunmuşdu. Məsələ burasındadır ki, abidələrin, xüsusən də paytaxtdakı böyük abidələrin necə olacağı ilə bağlı müzakirələr uzun müddətdir ki, davam edir. Amma məlum olub ki, Müdafiə Nazirliyi qərarın icrasında ləng tərpənir. Bu, onu sübut edir ki, strukturda Çan Kay Şiyə hörmət qalır, çünki XX əsrin birinci yarısında o, hazırda Çin Xalq Respublikasında Quandun əyalətində ilk Çin hərbi akademiyasını yaradıb.

Demokratik Tərəqqi Partiyası generalissimusun utanmadan demokratik azadlıqları və insan haqlarını tapdaladığını iddia edir.

Çan Kay Şi 1975-ci ildə ölümünə qədər Tayvanı hərbi vəziyyət rejimi ilə idarə edib. 1987-ci ildə bu qanunun tətbiqi dayandırılanda məlum olub ki, onun əsasında təxminən 140 min insan həbsxanaya atılıb, 3-4 min nəfər isə edam edilib. Daha sonra diktatorun 1947-ci ildə iğtişaşları yatırtmaq üçün qoşun göndərdiyi və yüzlərlə dinc sakini qırdırdığı məlum olub.

Ona görə də adada çoxları deyir ki, belə bir yaramaz rəhbər xatırlanmağa layiq deyil. Bu fikri bölüşməyən, ölkə və xalq qarşısında Çan Kay Şinin xidmətlərini sadalayanlar da var

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR