İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücünü yanan maşından son anda çıxardılar - ŞOK VİDEO

767 24.04.2024 12:04 Dünya A A

ABŞ-ın Minnesota ştatında yanan avtomobildə olan sürücünü xilas etmək üçün insanlar zamanla yarışıblar.

Musavat.com xəbər verir ki, sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib.

Hadisə aprelin 18-də Minnesota ştatının paytaxtı Sent Paulda baş verib.

Kameraya düşən görüntülərində bir avtomobilin maneəyə çırpılaraq yandığı görünür. Sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapısını aça bilməyib, ətrafdakı insanlar onun köməyinə qaçıblar.

Ən azı 5 nəfər qapını zorla açmağa çalışıb, bir nəfər isə çəkiclə maşının şüşəsini sındırmağa müvəffəq olub. Şüşə sındırıldıqdan sonra sürücü sürətlə avtomobildən çıxarılıb. Sürücü xilas edildikdən qısa müddət sonra bütün avtomobil yanıb.

Musavat.com sözügedən görüntüləri təqdim edir:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR