İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş şotlandiyalı sərnişin təyyarəni bir-birinə qatdı - VİDEO

490 22.04.2024 19:50 Hadisə A A

Şotlandiyanın paytaxtı Edinburqdan Antalyaya uçan və hava limanına enən təyyarədə sərxoş şotlandiyalı sərnişin səs-küy salmağa başlayıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, müdaxilə etməyə gələn polis qrupları sərxoş sərnişinin hücumuna məruz qalıb.

Məlumata görə, aprelin 20-də təyyarədə şotlandiyalı sərxoş sərnişinin digər sərnişinlə mübahisə etməsi ilə bağlı polisə müraciət edilib.

Şotlandiyalı sərnişin təyyarəyə gələrək ona müdaxilə etməyə çalışan polisə hücum edib.

Digər polis əməkdaşı və sərnişinlər polis əməkdaşına yumruq atan aqressiv sərnişinin qarşısını almağa çalışıblar.

Qısa müddətdə zərərsizləşdirilən sərnişin polis tərəfindən saxlanılıb.

Polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə sövq edilən şotlandiyalı sərnişin məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR