İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyi AÇIQLADI: Kəlbəcər də ATƏŞ altında... Savaş böyüyür - CANLI

1802 09.04.2024 15:49 Son xəbər A A

Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Tavuşdan delimitasiyaya başlamaq qərarı, qalan fundamental məsələlər üzrə konsensus əldə olunarsa, mümkün olacaq”. Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib. “Demarkasiyanın başlanması ilə bağlı yekun qərar qəbul olunmayana qədər biz demarkasiya sahələri, ən mühüm prinsiplər – təhlükəsizlik, sosial-iqtisadi və hüquqi danışıqlara başlaya bilmərik”, – deyə Paşinyanın müavini açıqlayıb.

“Sülhə nail olmaq üçün biz Ermənistan Silahlı Qüvvələrinin imkanlarını hər gün genişləndirməliyik”. Aprelin 9-da parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədri, Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Andranik Köçəryan jurnalistlərlə söhbətində deyib.

O, əmin edib ki, hər şey sülh gündəliyinin həyata keçirilməsinə yönəldiləcək. Deputatın fikrincə, atışma sonda dayandırılmalıdır və bunun üçün hələ çox var, çünki sülhə nail olmaq müharibə aparmaqdan qat-qat çətindir. “Bir çox hallarda müharibə sülhə nail olmaq üçün aparılır. Amma bütün müharibələr gec-tez bitir”, - deyə Köçəryan qeyd edib.

Deputat əmin olduğunu bildirib ki, əgər baş nazir Voskepar (Yuxarı Əskipara – red) sakinləri ilə görüşəcəyini vəd edibsə, bundan imtina edə bilməz. Deputat Paşinyanın məşğulluğunun nəzərə alınmasını istəyib.

TV Musavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Oqtay Qasımovla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR