İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail “Patriot”dan tamamilə imtina edir: Lazım olmayan sistemləri Ukraynaya verəcəkmi?

870 30.04.2024 22:43 Dünya A A

İsrail Hərbi Hava Qüvvələri(IDF) köhnəlmiş Patriot raketdən müdafiə sistemləri ilə vidalaşmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti ölkənin hərbi mənbələrinə istinadən yazıb. Nəşr bildirir ki, önümüzdəki aylarda batareyalar daha təkmil hava hücumundan müdafiə sistemləri ilə əvəz olunacaq.

Fevral ayında IDF bir neçə Patriot batareyasını bağlamaq prosesində olduğunu açıqlayıb. Dəmir Qübbəni idarə etmək üçün kadrlar hazırlanacaq. Patriot kompleksləri iki ay ərzində tamamilə ləğv ediləcək.

Patriot-a rəhbərlik edən 138-ci Hava Hücumundan Müdafiə Qrupunun batalyonunun komandanı nəşrə "biz indi bütün sistem bağlanana qədər batareyaların sayını azaltmaq prosesindəyik" deyib.

Patriot raket batareyaları 1991-ci ildə Körfəz Müharibəsi zamanı İraqdan İsrailə atılan Skad raketlərinin bəzilərinə qarşı müvəffəqiyyətli olub. ABŞ istehsalı olan sistem rəsmi olaraq həmin il İsraildə xidmətə qəbul edilibn, lakin o, ilk müdaxiləsini yalnız 2014-cü ildə Qəzza zolağından atılan Həmas pilotsuz təyyarəsini vuraraq edib.

Növbəti on il ərzində sistem 2014 və 2018-ci illərdə İsrailin hava məkanını pozan Suriya qırıcıları da daxil olmaqla cəmi 10 hədəfi ələ keçirib.

Qəzza zolağında davam edən müharibə fonunda Patriotdan bir neçə dəfə istifadə olunub: əksər hallarda sistemlər yanlış siqnal əsasında işə düşüb. İndi bu sistem daha təkmil hava hücumundan müdafiə sistemləri ilə əvəz olunacaq.

“Biz anladıq ki, irəliləməli və müdafiə üsullarını təkmilləşdirməliyik”, - deyə batalyon komandiri qeyd edib.

İsrailin laylı hava hücumundan müdafiə sisteminin ən aşağı pilləsi 2011-ci ildən bəri İsrailə atılan on minlərlə raket, minaatan və pilotsuz uçan aparatı vuran qısa mənzilli “Dəmir Günbəz”dir.

Orta səviyyə orta mənzilli mərmiləri vurmaq üçün nəzərdə tutulmuş "David's Sling" sistemidir.

Ən uzun mənzilli olanlar böyük ballistik raketləri tutmaq üçün nəzərdə tutulmuş “Strela” sistemləridir.

Nəşr yazır: “Ukraynanın səmalarını Rusiya raketlərindən qorumağa çalışdığı üçün çox ehtiyac duyduğu “Patriot” sistemlərinin aqibətinin nə olacağı bəlli deyil”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR