İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın növbəti qumar oyunu: Mirzoyan Minskə niyə getmir?

1039 09.04.2024 16:15 Son xəbər A A

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməməsi hakimiyyətin növbəti qumar oyunudur”.

Bunu “Ermənistan” fraksiyasından olan deputat Armen Rüstəmyan jurnalistlərə bildirib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Mirzoyan aprelin 12-də Minskdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

“Biz dedik ki, min bir məsələdə strateji müttəfiq olan KTMT-dən narazı olmaq olar, lakin vektoru dəyişmək və Rusiya-Qərb qarşıdurmasını buraya köçürmək Ermənistanın özü üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq. Bu gün hakimiyyət bunu edir”, - deyə deputat bildirib.

“Hakimiyyət şaxələndirmə barədə nə qədər bəyan etsə də, bu, reallığa uyğun gəlmir. Əks halda, İrəvanın MDB-nin iclaslarında iştirakına və Ermənistanı maraqlandıran məsələləri qaldırmasına nə mane olur”, - deyə deputat əlavə edib.

Rüstəmyanın nöqteyi-nəzərindən Qərb Ermənistanın anti-Rusiya cəbhəsinə qoşulmasını tələb edir və ölkə hakimiyyəti bunu uğurla yerinə yetirir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçiriləcək 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyətini göndərməkdən imtina edib. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR