İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşistlər Təhlükəsizlik Xidməti ilə üz-üzə - VİDEO

1244 21.04.2024 13:53 Son xəbər A A

Azərbaycanın işğalda olan kəndlərinin azad olunması barədə razılaşmaya qarşı çıxan revanşistlər bu gün də aksiya keçirib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Kirants kəndinin sakinləri Milli Təhlükəsizlik Xidmətinin qoşunlarının çıxarılması üçün ərazilərin minalardan təmizlənməsinə mane olurlar. Mövcud vəziyyəti əks etdirən videogörüntülər kənd sakinləri tərəfindən yayımlanıb.

"Mənə çatan məlumata görə, etirazçılar arasında yerli sakinlər azdır və məlumatlar var ki, əslində çəkilişlər zamanı etirazçıların müəyyən sıxlığını təmin etmək üçün İrəvandan və Tavuşa konkret tapşırıqla digər rayonlardan gələn qruplar var".

Bunu vəkil Artaşes Xalatyan civic.am ilə söhbətində Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası işinə qarşı Tavuşda keçirilən etirazlara istinadən qeyd edib.

Son məlumata görə, sakinlər yenidən Kirants-Voskepar yolunu bağlayıblar. Onlar Azərbaycanla demarkasiya və delimitasiya ilə bağlı əldə olunan razılaşmanın ləğvini tələb edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR