İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərəb baharı”nın 10 ili - inqilab dalğasının uğursuzluqla nəticələnməsinin səbəbləri

2469 11.01.2021 20:11 Siyasət A A

“Ərəb baharı” adı verilən inqilablar dalğasının 10 ili tamam olur. 10 il əvvəl bu günlərdə uzun illərdir “siyasi bataqlığa” çevrilmiş ərəb ölkələrində birdən-birə hökumətlər əleyhinə etiraz dalğası ilə çalxalandı. İlk etirazlar dekabrın 17-də Tunisdə küçə satıcısı Məhəmməd Buəzizinin bələdiyyə məmurlarına etiraz olaraq özünü yandırmasından bir neçə gün sonra başladı və tezliklə ölkəni 23 il idarə edən Zeynəlabidin bin Əliyə qarşı etiraza çevrildi. Amma yalnız Tunislə məhdudlaşmadı.

2011-ci il yanvarın 14-də Bin Əli Tunisi tərk edərək Səudiyyə Ərəbistanına qaçdı. “Bahar” isə sürətlə digər ərəb ölkələrinə yayıldı. Demək olar ki, bütün ərəb ölkələrində və regiona qonşu olan dövlətlərdə hakimiyyətlər əleyhinə etirazla baş verdi. “Ərəb baharı” dalğası Tunisdən sonra fevralda Misirdə 31 ildir ölkəni idarə edən Hüsnü Mübarəkin istefası ilə nəticələndi. Oktyabrın 20-də isə Liviyanın 42 illik hakimi-mütləqi Müəmmar Qəzzafi üsyançılar tərəfindən öldürüldü. 1 il sonra isə Yəmənin 30 illik lideri Əli Abdullah Saleh istefa verib, hakimiyyətdən çəkildi. Üsyan dalğası isə yayılmaqda davam edirdi.

42 yıllık zulmün sonu linç oldu - Haberler Milliyet

Ancaq tezliklə “ərəb baharı” inqilablarının mahiyyəti dəyişdi. 2011-ci ilin 15 martında Suriyada başlayan etirazlar tezliklə

Bəşər Əsəd hakimiyyətinə qarşı silahlı üsyana çevrildi. Ancaq Qəzzafidən fərqli olaraq Bəşər Əsəd davam gətirdi. İlk illərdə üsyançılar Dəməşqin kənar məhəllələrinə sahib olsalar da tezliklə Suriya vətəndaş müharibəsi beynəlxalq güclərin mandat müharibəsinə çevrildi. İran, Rusiya, Çin kimi Qərb əleyhdarı dövlətlər Suriya hökumətini dəstəklədilər.

These 5 Facts Explain Bashar Assad's Hold in Syria | Time

Bununla da “ərəb baharı” termini yavaş-yavaş gündəmdən çıxdı.

Arap Baharı 2.0 Nedir? | İslam ve İhsan

Ümumilikdə “bahar” nəticəsində Tunis, Misir, Liviya, Yəmən kimi respublika quruluşlu dövlətlərdə rejimlərin dəyişməsi ilə nəticələndi. Suriyada isə müharibə hələ də davam edir. Bahreyn, Mərakeş, İordaniya, Küveyt və daha bu kimi monarxiya quruluşlu ərəb ölkələrində isə etiraz dalğası hökumətlərin istefası və bir sıra siyasi islahatlara səbəb olmaqdan o tərəfə keçə bilmədi.

10. yılında Arap Baharı: Sadece adı kaldı | NTV

Suriya münaqişəsinin gedişində isə əl-Qaidə kimi terror təşkilatlarının yerli özəkləri üzə çıxdı və 2014-cü ildə dünya yeni bir terror təhlükəsi – İŞİD-lə qarşılaşdı. Daha əvvəl əl-Qaidənin yerli qolu kimi ortaya çıxan İŞİD müharibənin gedişində daha da güclənərək müstəqil qruplaşmaya çevrildi və 2014-cü ildə Suriya və İraq ərazilərinin bir hissəsini ələ keçirərək “xilafət” və ya “islam dövləti” elan etdi. Ancaq İŞİD fenomeni yalnız İraq və Suriya ilə məhdudlaşmadı, tezliklə Misirdə Sinay yarımadasında “Beyt əl-Makdis” qruplaşması, Əfqanıstanda, Yəməndə, Afrikada (Nigeriya, Keniya, Liviya və sair.) Şimali Qafqazda İŞİD-in “özəkləri” yarandı. 2014-cü ilin avqustunda İŞİD-ə qarşı ABŞ-ın liderliyi ilə beynəlxalq antiterror koalisiyası yaradıldı və Yaxın Şərqdə proseslər antiterror əməliyyatlarına çevrildi.

Mursi Mübarəklə üz-üzə gələcək -

Eyni zamanda bu dövrdə inqilabın qələbə çaldığı Liviya, Yəmən və Misirdə əksinqilab və çevrilişlər baş verdi. 2014-cü ildə Liviya mövcud siyasi hakimiyyət daxilində bölünmə baş verdi və ölkə faktiki olaraq iki hökumət arasında bölündü. Liviyanın qərbində paytaxt Tripolidə Milli Saziş Hökuməti, şərqində isə mərkəzi Tobruk şəhərində yerləşən Təmsilçilər Məclisi hökuməti quruldu, hər iki hökumət arasında ötən ilin payızına qədər şiddətli müharibə davam edib, hazırda atəşkəsdir.

Ərəb coğrafiyasının ən böyük ölkəsi Misirdə 2011-ci ildə prezident Hüsnü Mübarəkin istefa verməsindən sonra ölkədə parlament və ardınca 2012-ci ildə prezident seçkiləri keçirildi. Ancaq Misir tarixində demokratik seçkilər nəticəsində formalaşmış parlament və prezident yalnız bir il davam gətirə bildi. 2013-cü ilin iyulunda baş verən hərbi çevriliş nəticəsində inqilabla hakimiyyətə gəlmiş “müsəlman Qardaşlar” təşkilatı və onun nümayəndəsi prezident Məhəmməd Mursi devrildi və keçmiş müdafiə naziri, marşal Əbdülfəttah əs-Sisi ölkənin yeni lideri oldu. Misirdə hərbçilər yenidən hakimiyyətə qayıtdı.
Yəməndə isə 2012-ci ildə Əli Abdullah Salehin istefasından sonra qurulan hökumətin möhkəm olmaması və seçkilərin keçirilməməsi ölkədə siyasi çaxnaşmaya səbəb oldu. Nəticədə 2014-cü ilin sentyabrında husilərin Ənsarullah Hərəkatı paytaxt Səna şəhərini tutaraq yeni hökumət qurdu. Prezident Mansur Hadi isə Səudiyyə Ərəbistanına mühacirət etdi. 2015-ci ilin martında isə Səudiyyə Ərəbistanının liderlik etdiyi 10 ölkədən ibarət ərəb koalisiyası Hadini yenidən hakimiyyətə qaytarmaq üçün Yəmənə hərbi müdaxilə etdi. Hazırda bu ölkədə müharibə davam edir.

Sisi Misir ordusunun Liviyaya girəcəyini bəyan etdi

“Ərəb baharı” dalğası ilk vaxtlarda Yaxın Şərqdə oyanış və inqilablar dalğası kimi qiymətləndirildi. Hesab olunurdu ki, təxminən 50 illik durğunluq dövründən sonra Yaxın Şərqin avtoritar rejimlərinə son qoymaq üçün inqilablar dalğası başlayıb. İlk vaxtlarda bu proses həqiqətən avtoritar rejimlərə qarşı bir dinc inqilablar olaraq baş verdi. 2000-ci illərin əvvəllərində Əfqanıstan və İraqın işğalı ilə yüksələn antiqərb ovqatı özü ilə yerli xalqların siyasi oyanışını və paralelində siyasi islamçılığı gücləndirdi. 2008-ci ildə baş verən beynəlxalq iqtisadi böhran və ardınca islamofobiya hərəkətləri son olaraq yayılan “wikileaks” sənədləri ağır olan sosial-iqtisadi vəziyyət, işsizlik və siyasi narazılıqlar üçün qığılcım rolunu oynadı.

Yaxın Şərqə 10 ildir demokratiya gətirə bilməyən “Ərəb baharı” - Təhlil

Və Tunisdə küçə satıcısının özünü yandırması ilə başlayan etirazlar 20-dən çox region ərəb ölkəsində irili-xırdalı aksiyalara, siyasi şüarlı inqilablara çevrildi. Eyni zamanda ərəb coğrafiyasından kənardakı ölkələrdə, o cümlədən Azərbaycanda da “ərəb baharı” dalğasında etirazlar baş verdi. Lakin Suriyada inqilabın tezliklə vətəndaş müharibəsinə və terror müharibəsinə çevrilməsi, inqilab olan ölkələrdəki terror və xaosun yayılması “ərəb baharı”na olan ümidləri azaltdı. Ən əsası kənardan ixrac olunan inqilab formulunun təhlükəli nəticələr doğurduğunu isbat etdi. Nəticədə uzun müddət müsəlman ölkələri üçün aktual olan sabitlik faktoru yenidən ön plana keçdi. Ölkələr və xalqlar sabitliyin riskli siyasi dəyişiklik və silahlı üsyanlar qarşısında daha cəlbedici olaraq qəbul etdilər.

Üç müsəlman ölkəsində çevrilişin səbəbləri… –


2018-19-cu illərdə Əlcəzairdə və Sudanda baş verən kütləvi etirazlar hakimiyyət dəyişikliyinə səbəb olsa da, ciddi keyfiyyət dəyişikliyinə səbəb olmadı. Regional və beynəlxalq oyunçuların həddən artıq ciddi təsiri klassik mənada demokratik dəyişikliklər gətirmədi, sadəcə hakimiyyətin bir qüvvədən alınıb başqa birinin nəzarətinə keçməsi ilə nəticələndi. Bu isə ümumilikdə demokratiya ümidlərini zəiflətdi.

Kənan RÖVŞƏNOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR