İnsanlara hürriyət, millətlərə istiqlal!

Crocus konsert zalının konstruksiyaları sökülür

975 23.03.2024 21:13 Dünya A A

Xilasedicilər insanların dağıntılar altından xilas edilməsi üçün gələcək işlərə təhlükə yaradan yanmış "Crocus City Hall" konsert zalının konstruksiyalarını sökməyə başlayıblar.

Qeyd edək ki, partlayış və yanğından sonra Krasnoqorskda konsert zalının damı uçub. Dağıntılar altında qurbanlar ola bilər, lakin onları tapmaq üçün işə mane olan bəzi strukturları sökmək lazımdır.

Bundan əvvəl fövqəladə hallar xidmətləri “Crocus”un binasının yanaraq kül olduğunu bildirmişdi.

Xatırladaq ki, martın 22-də axşam saatlarında kamuflyajlı və pulemyotlu naməlum şəxslər “Picnic” qrupunun çıxış edəcəyi konsert zalına nəzarəti ələ keçirib. Terrorçular pulemyotlardan tamaşaçılara atəş açıb, daha sonra “Crocus”un binasını yandırıblar. Bütün gecə yanğınla mübarizə aparılıb, xilasedicilər günorta saatlarında binaya daxil ola biliblər./publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR