Свобода людям, независимость нациям!

Vardanyan ŞOKda – Sülh müqaviləsi 1 il də ləngisə...

5993 20.02.2024 14:12 Колумнисты A A

İstənilən ölkədə demoqrafik faktor təhlükəsizlik amilinə birbaşa bağlıdır. O yerdə ki, əhalinin sabaha ümidi yoxdur, gələcəyə inamı sarsılıb, işsizlik baş alıb gedir, ordan kütləvi köç qaçılmazdır. Fərq eləməz, hakimiyyətdə ifrat sağçı-faşistin biri olsun, yoxsa liberal-demokrat. Qonşu Ermənistan bu xüsusda əyani sübut və görkdür.

Sən demə, 2023-cü ildə kapitulyant ölkəni 36512 vətəndaş (uşaqlar xaric) tərk edib və geri dönməyib. Bu barədə həyəcan təbili çalan erməni ekspert, Alternativ Layihələr Qrupunun üzvü Elinar Vardanyan ardınca bildirir ki, axır 10 ildə çıxıb gedən və qayıtmayan vətəndaşların ümumi sayı 291327 nəfər olub.

Onun da təxminən yarısı - 138024 nəfər son üç ilin, yəni “demokrat” Nikol Paşinyan iqtidarının (!) “payı”na düşür. Yəni guya insan haqları və korrupsiya sahəsində vəziyyətin yaxşılaşması, “məxməri inqilab”a inam da Ermənistanın boşalması prosesini yavaşıtmayıb. Həqiqət belədir ki, hazırda Rusiyada Ermənistanın özündən çox erməni yaşayır...

“Yüz minlərlə erməni vətəndaşı “Yaşıl kart” (Green card”) arzusundadır. 2019-21-ci illərdə ABŞ-ın İrəvandakı səfirliyinə “Yaşıl kart” üçün 602359 müraciət daxil olub. Bu rəqəm Gürcüstan və Azərbaycandan müraciət edənlərdən dəfələrlə çoxdur”, - Vardanyan yazıb.

Onun sözlərinə görə, bu, əslində mühacirət də deyil, vətəndaşın hər şeyə tüpürüb də ölkəni tərk etmək haqda qərarıdır. “Onların öz gələcəyinə, dövlətin gələcəyinə əminliyi yoxdur. Onlar daim müharibə şəraitində yaşayırlar. Seçim ya/ya-dır. Həll yollarını tapmaq indi hamımızın borcudur. Ermənilərsiz Ermənistan kimə lazımdır”, - sonda o, əlavə edib.

Ermənilərsiz Ermənistan... Bəlkə elə belə yaxşıdır? Bölgə üçün, dünya üçün, elə ermənilərin özləri üçün. Axı bu abırsız tayfa ipə-sapa yatmır, normal qonşuluq eləmək, normal qonşu olmaq istəmir. Manyak kimi, özünə də zülm edir, qonşulara da...

Hay məxluqatı artıq hamını bezdirib. Baxın, SSRİ 33 ildir dağılıb, amma hələ də özlərinə dövlət qura bilməyiblər. Bu gün də de-fakto Moskvadan dotasiya, vassal asılılığındadırlar, onun-bunun əlinə baxırlar. Sovet dönəmindəki kimi, sərhədlərini rus əsgəri qoruyur.

Dövlət yaratmaq bacarıqsızlığı o yana, özlərinə yeni ağa axtarırlar. Daha dəqiqi, birini - Rusiyanı digərinə - Qərbə dəyişmək fikrindədirlər. Təki kimsə “qədim və əzabkeş xalq”ın sarsaq iddialarına dəstək olsun, mifik “böyük ermənistan” naminə onun əvəzinə qonşularla azğın düşmənçiliyi davam etdirsin...

Görəsən özünü nə qədər yalançı dövlət atributları ilə, o sırada qondarma bayraqla, gerblə, konstitusiya ilə aldatmaq, təsəlli vermək, “başını başlara qoşmaq” olar? O bayrağı endirmək, qatlayıb cibə qoymaq zamanı çatmadı? Madam dövlət qura, rifaha qoşula bilmirsiniz, rəsmın Rusiyanın tərkibinə girin. Türkiyənin və ya Azərbaycanın bir parçası olun.

Onsuz da o torpaqlar sizin deyil. O üzdən ən idealı doğrudan da bölgədən çıxıb getməkdir. Qarabağdan gələnləri də götürün, rədd olun. Şər-xətanızı bizdən, region xalqlarından uzaq edin. Axı özünüz da əla bilirsiniz ki, Qafqaza gəlməsiniz, aborigen deyilsiniz...

Vardanyanın “həll yollarını tapmaq hamımızın borcudur” gecikmiş çağırışına gəlincə, yol çoxdan bəlli, cənab haylar! Dağa-daşa nə qədər dırmaşmaq olar? Firavan, dinc və təhlükəsiz həyat böyrünüzdə, xəbəriniz yox.

Həll yolu – Bakının, Ankaranın 4 ildir havada asılı qalan barışıq əlini sıxıb onlarla təcili sülh sazişi imzalamaqdır. Erməni lobbisinin təhdid-təzyiqlərinə, Fransasının, AB-nin, Qərbin felinə, hiylə-məkrinə, absurd vədlərinə uymadan! Çünki onlar iki qonşu xalqın barışında maraqlı deyil, olmayacaqlar. Daim aranı qatmağa çalışacaqlar. Zira, bambaşqa hədəflər güdür, reallıqdan uzaq ideallar və təsəvvürlərlə yaşayırlar.

“Qozbeli qəbir düzəldər”. Özünüzdən küsün, sülh sənədi daha bir il ləngisə, onda ermənilərsiz Ermənistan gerçəkdən gerçəkləşəcək. Bizdən yenə də demək...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости