Свобода людям, независимость нациям!

Simonyanlar və yarımçıq “hamiləlik” - Bakı çoxdan “müalicə” təklif edib

1179 07.09.2023 15:45 Колумнисты A A

Hay adlı məxluqatın bəşəriyyəti öz barmağına dolamaq cəhdləri səngimir. O gün olmur ki, öz Gebbelssayağı yalanlarını təkrarlamaqdan həzz almasınlar.

İkrah doğuran mənzərədir. Həm də o səbəbə ki, Qərbin anti-Türk və islamofob çevrələrində hələ də erməni nağıllarına böyük şövqlə qulaq asanlar, inananlar var. Nəinki inanırlar, üstəlik, bu yalan-palanı gözlərinə təpir, zərrəcə vicdan əzabı keçirmədən, ləyaqətsizcəsinə təbliğ edirlər, tirajlayırlar. Yoxsa saxtakar hay sürüsü çoxdan öz həddini bilib mumlamışdı...

Çörəyi dizi üstündə olan bu nankorlar indi də haqq-nahaq Rusiyanı qaralayıblar. O Rusiya ki, cəmi iki əsr öncə Qafqazda köklü xalqları sıxışdıraraq, ermənilərə yer edib, onlara dövlət qurub, təzə “vətən” yaradıb və beləcə, bölgənin köklü əhalisini, özəlliklə Azərbaycan xalqını bəlaya salıb...

Gəldik mətləbə.

Ermənistan parlamentinin sədri Alen Simonyan sentyabrın 6-da “artsaxın blokadası”dan danışarkən deyib: “ Rusiya öz öhdəliklərini yerinə yetirəcəkmi, Laçın dəhlizinin fasiləsiz fəaliyyətini təmin edəcəkmi? Orada 120 min (?! – Z.S.) soydaşımız girovluqdadır. 10 noyabr sənədinə əsasən, Laçın dəhlizinin eni 5 km-dir və rus qoşunlarının nəzarəti altında olmalıdır. Bu gün belədirmi? Xeyr. Ona görə bizim rusiyalı həmkarlarımıza suallarımız var: onlar öhdəliklərini yerinə yetirməkdə davam edəcəklərmi, yerinə yetirməyə qadirdirlərmi və ümumiyyətlə, öhdəliklərini yerinə yetirmək istəyirlərmi?”

“Oğru elə bağırdı ki...” Yalançının yaddaşı olmaz. Görəsən bu yüksək ranqlı erməni iti 10 noyabr 2020-ci il kapitulyasiya sənədini axırıncı dəfə nə vaxt oxuyub? Oxuyubsa, onda xəbəri varmı ki, onun 4-cü bəndinə görə, Rusiya erməni silahlı bandit dəstələrini, həmçinin işğalçı ordunun qalıqlarını çoxdan Qarabağdan çıxarmalı idi? Var yəqin ki.

Yaxud 10 noyabr bəyannaməsinin 9-cu bəndi, Naxçıvanla Azərbaycanın yerdə qalan ərazisini maneəsiz (!!) şəkildə birləşdirəcək yolla bağlı İrəvanın götürdüyü yazılı öhdəlik. Hanı bəs? Bu bəndin reallaşmasını kim, hansı ölkə əngəlləyir?

Belə çıxır ki, 10 noyabr üçtərəfli sənədin yalnız ermənilərə sərfəli bəndləri həyata keçməli, yerdə qalanlara görə heç kim məsuliyyət daşımamalıdır? O zaman niyə qalib Azərbaycan da eyni məntiqlə hərəkət eləməsin?..

Yarımçıq, 20-30 faizlik hamiləlik olmur. O ya var, ya da yoxdur. 10 noyabr anlaşması da eləcə: ya mövcuddur, yəni hamılıqla ona əməl edilir, ya da yox. Hələ onu demirik ki, sənədə əsasən, Laçın yolu sırf humanitar məqsəd üçün nəzərdə tutulmuşdu, daha Qarabağa qanunsuz silah-sursat, hərbçi, minalar daşımaq üçün yox! Xam xəyallara qapılmayın.

Azərbaycan bütün bunları qarşı tərəfə başa salmaqdan, xəstə toplumu doğru yola çağırıb ona kardinal “müalicə” təklif eləməkdən yoruldu. Ya hay tayfası özünü gicliyə vurub, ya da bizi və dünyanı axmaq yerinə qoyaraq özünü ən ağıllı (bic) sayır. Sonuncu halda söhbət yenə ciddi mərəzdən - anormal ruhi durumdan, şizofreniyadan gedir. Yəni hakimdən çox həkimə ehtiyac var...

Alen Simonyanın başqa bir tayı - xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan isə görün öz X-də (keçmiş twitter) nə sarsaqlayıb: Sitat: “Əgər Əliyevin köməkçisinin (Hikmət Hacıyevin – Z.S.) iddia etdiyi kimi, Laçın dəhlizi bağlanmayıbsa, Dağlıq Qarabağda blokada və aclıq yoxdursa, Azərbaycan müəmmalı (?! – Z.S.) humanitar yardımı niyə Ağdama göndərib?”

Nəfəsi də yalandan gedib-gələn gerizəkalı “xüsusi səfir”, məgər aydın deyil?

Azərbaycan “Qızıl Aypara” maşınları məhz sizin “blokada” həyasızlığınızı, “soyqırımı” şounuzu faş eləmək üçün, “vəhşi Türk” yalanınızı çıxarmaqdan ötrü oradadır! Bunu anlamaq çoxmu qəliz? Əgər Qarabağdakı erməni sakinlər arasında acından ölən varsa, “Şeytan yuvası”nda ərzaq qıtlığı yaşanırsa, 40 ton unu hansı məntiqlə qəbul etmirsiniz?

Qısası, sizin saxta iddianıza qarşı bizim 2 TİR timsalında dəmir məntiqimiz dayanıb. Anlamasınız, ardınca növbəti “dəmir yumruq” gələcək. Necə ki, 30 il özünü tülkülüyə vurmağınızın mükafatı “dəmir şapalaq” oldu.

Hələ Simonyan, Marukyan guya ermənilərin ən ağıllılarından hesab olunur. Mənfur qonşulara həqiqətən düşmən lazım deyil. İnşallah, “çoxbilmişlikləri” ilə özləri özlərinin axırına çıxarlar...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости