Свобода людям, независимость нациям!

Şərqdən də, Qərbdən də küsən Paşinyan - bircə Quranı yandırmaq qalıb...

1448 05.08.2023 14:49 Колумнисты A A

Ermənistan baş naziri Nikol Paşinyan Qərbdən inciyib. “Euronews”a son müsahibəsində onun “demokratiya paytaxtları”ndan gileylənməsi bu qənaəti yaradıb. Yəni ki, Ermənistanın bunca “əziyyət çəkib demokratik ölkəyə çevrilsə də” kollektiv Qərb hələ də ona lazımı köməkliyi göstərmir. Görünür Nikol ümid edirmiş ki, Ermənistan “demokratiya çuxası” geyən kimi başda ABŞ olmaqla, Qərb dövlətləri gözüyumulu “miatsum”un müdafiəsinə qalxacaq.

Bədbəxtlərə hələ də çatmayıb ki, Ermənistan Qərbə də, Rusiyaya da yalnız öz maraqlarını bölgədə irəli aparmaq üçün, maşa qismində (!) lazımdır. Elə günü bu gün kapitulyant ölkə Rusiyanın Qafqazda hərbi qalası, marioneti deyilmi? Ermənistanın Türkiyə və İranla sərhədlərini rus hərbçiləri qorumurmu? Təbii. Üstəgəl, ölkə KTMT-nin (“Rus NATO-su”nun) 6 üzvündən biridir. O zaman Vovanın oğlu Nikol hansı demokratiyadan, qərbyönlü kursdan dəm vurur?

“Ermənistan rəhbərliyi uzun müddətdir deyir ki, bizdə demokratiya var. Bu, bizim “brend”imizdir və təhlükəsizliyimizi təmin edir, lakin “Euronews”a müsahibəsində Nikol Paşinyan mahiyyətcə bunun zəmanət olmadığını etiraf elədi”.

Sitat erməni politoloq Qarik Keryana məxsusdur.

İstənilən halda maraqlı etirafdır. Həm də Azərbaycana faydası var. Çünki haylar xilas üçün 3 ildir əl atqıları şeyin sonuncu “saman çöpü” olduğunu yavaş-yavaş anlamağa başlayıblar. Demək, enində-sonunda bizimlə sülh sənədi imzalamalı olacaqlar...

Ermənistanı “demokratik” adlandırmaq isə əlbəttə ki, boşboğazlıqdır. Əvvəla, ümumi oturuşmuş yanaşmaya görə, o dövlət demokratik sayılır ki, orada hakimiyyət heç olmasa, bircə dəfə seçki yolu ilə dəyişib. “Müstəqil” Ermənistanda isə belə şey qeydə alınmayıb. Paşinyan da, onun sələfləri də (Köçəryan-Sərkisyan kriminal cütlüyü və Levon Ter-Petrosyan) hakimiyyətə nə seçki yolu ilə gəliblər, nə də seçkilərlə gediblər. İnqilabla baş nazirliyi ələ keçirmiş Nikolun aqibəti də aşağı-yuxarı eyni olacaq.

Sonra. terrorizmin cəmiyyət və dövlət səviyyəsində vəsf edildiyi, terrorçulara abidə və heykəllərin qoyulduğu bir ölkə rəhbərinin demokratiyadan danışması ümumiyyətlə, gülüncdür. Ermənistan isə çoxdan bu cür abidələrin “qoruğu”na çevrilib. Sonuncu belə rüsvayçı abidə elə Paşikin öz hakimiyyəti dövründə - bu ilin aprelində İrəvanda ucaldılıb. “Nemezis” kompleksini deyirik. Nikolun partiyadaşı olan paytaxt meri onun açılışında iştirak və çıxış edib.

Demokrat insan, demokratik cəmiyyət isə vəhşi xislətdə, terrorçu təfəkküründə ola bilməz. Azərbaycanın erməni hərbi canisi Vaqif Xaçatryanı qandallamasını “adam oğurluğu” adlandırmaz. Bu cəllada görə Avropa Məhkəməsinə Bakıdan rəsmi şikayət göndərməz!

(Bəli, demokratik ölkədə, demokratik cəmiyyətdə Qurani-Kərim də yandırılmaz, yandırılması təqdir olunmaz. Çünki bu, bir milyard insanın etiqad azadlığını, müqəddəslərini ələ salmaq, onları alçaltmaqdır. Bu, ayrı yazının mövzusudur, amma ermənilər, Paşinyan bilsələr ki, Quranı yandırmaqla xristian Qərb “miatsum”u birmənalı dəstəkləyər, inanın, buna da gedərlər. Zira, hayların demokratlığı kimi, mənəviyyatları, dini, imanları da saxtadır...)

Üçüncü yandan, lap fərz eləsək ki, Ermənistan möcüzəvi şəkildə demokratik ölkə olub. Bu ona işğalçılıq siyasətini davam etdirmək üçün hansısa əlavə üstünlük yaratmır. Çünki ölkələrin suverenliyi, ərazi bütövlüyü beynəlxalq hüquqla qorunur, toxunulmazdır. Demokratik ölkə işğalçı, təcavüzkar ola bilməz! Beynəlxalq hüququn təməl prinsipləri və birgə yaşayış normalarına tüpürməz! Nəhayət, demokratik dövlət həm də polietnik dövlətdir, monoetnik yox!

Əfsus ki, özünü demokrat sayan Nikol da öz mənfur soyunun daşıyıcısı olmaqdan yuxarı qalxa bilmir. Yoxsa əvvəlcə “Qarabağ Ermənistandır və nöqtə” deyən bu zat az sonra əksini – “Qarabağ Azərbaycandır” söyləməzdi. Yaxud Paşinyan gerçəkdən demokratik düşüncəli biri olsaydı, “Qarabağ Azərbaycandır” bəyanatını yazılı şəkildə də təsdiqləyərdi, nəinki xristian Qərbə arxalanıb və Ermənistanı bölgədə “demokratiya adacığı” kimi qələmə verib (rusun vassalı olan bir quberniyanı!) siyasi hoqqabazlıq edərdi. Azərbaycanın daxili işlərinə qarışmaz, sülh üçün “Qarabağ şərti” qoymazdı.

Şərt qoymağa özü daxil, bu barbar tayfanın zərrəcə haqqı olmaya-olmaya...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости