Свобода людям, независимость нациям!

Separatçılara son amnistiya şansı - tərk-silah an məsələsi!

2321 18.09.2023 22:12 Колумнисты A A

Ağdam-Xankəndi yolu yavaş-yavaş canlanır. Canlandıqca təbii ki, Qarabağda dövlətimizlə “dövlətciklik” edən separatçı sürüsünün canındakı üşütmə də artır. Özlərinə o yerə qoymasalar da.

Azərbaycan əlbəttə, razı ola bilməz ki, göndərdiyi humanitar yardımla “Şeytan yuvası”ndakı silahlı bandit qruplaşması da bəslənsin. Çörəyimizi yeyib, suyumuzu içib, özündə güc toplayıb üstümüzə bir az da xoruzlansın. Bu istisnadır.

Odur ki, Ağdam marşrutunun açılması erməni quldurların maksimum qısa zamanda tərk-silahını ikiqat zərurətə çevirib, gündəmin yuxarı başına gətirib. Bu, həm də erməni mülki sakinlərə aparılan ərzağın ədalətli bölüşdürülməsi və xuntaçı-terrorçular tərəfindən mənimsənilməməsi üçün, ümumən prosesə nəzarətimiz üçün vacibdir.

Bu xüsusda gözlənilirdi ki, növbəti mərhələdə Bakı tərksilah məsələsini bütün qətiyyəti ilə qoyacaq. Əslində elə həmin mərhələdir. Təsadüfi deyil ki, bu gün XİN-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə ölkədə akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə rəsmi Bakının İrəvana qarşı səsləndirdiyi əsas tələblərdən biri məhz Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağı dayandırması və Qarabağda separatizm və terrorizmi dəstəkləməkdən əl çəkməsi ilə bağlı olub.

Bundan əlavə, ərazimizdən Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin dərhal çıxarılması, Ermənistana tabe olan qondarma rejimin hərbi və “hökumət” strukturlarının ləğvi və torpaqlarımızda qanunsuz yerləşlmiş erməni silahlı qüvvələrinin tərksilah olunması tələb edilib. Yalnız o halda, qondarma rejimin “nümayəndə”lərinə amnistiya tətbiqinin mümkünlüyü bəyan olunub. 

427153515_0_117_1601_1022_1920x0_80_0_0_73e0a29b09982d3669fc0376de737761.jpg (382 KB)

“10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan ərazisində yerləşməkdə davam edir. 100-dən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləridə daxil olmaqla, 200-dən artıq ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və 200-dən çox minaatan sistem hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşdirilib. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir”, - brifinqdə qeyd olunub.

Təsəvvür edirsiniz? Bu faktiki bir mini-ordudur! Azərbaycanda sən demə, iki ordu varmış. Üstəlik, təzə-təzə öz yurd yerlərinə qayıdan azərbaycanlı əhalinin böyür-başındadır bu qanunsuz silahlı birləşmələr. Hansı normal, özünə hörmət edən dövlət buna dözər? Biz də dözməyəcəyik!..

Hələ harasıdır, brifinqdə o da bəyan edilib ki, separatçılar Qarabağda qeyri-qanuni yerləşdirilmiş radio-elektron mübarizə sistemlərindən istifadə eləməklə mülki təyyarələrə ciddi təhlükə yaratmağa davam edirlər. Sitat: “İyulun 13-ü, 24-ü, 27-si, avqustun 21-i, sentyabrın 1-i tarixləri də daxil olmaqla, son bir neçə ay ərzində Azərbaycan Hava Yollarının mülki təyyarələri ilə yanaşı, xarici dövlətlərin mülki təyyarələri də radio-elektron müdaxiləyə məruz qalıb. Bu müdaxilələr insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT), habelə Rusiya sülhməramlı kontingenti bu kimi təhdid xarakterli fəaliyyətlərlə bağlı məlumatlandırılıb”.

Şəkk-şübhəsiz, Azərbaycan dövlətinin belə bir tədbiri düzənləməkdə əsas məqsədi səfir-diplomatlar vasitəsilə beynəlxalq birliyə aydın və net bir mesaj çatdırmaqdır. Yəni sonra deməsinlər ki, demədik. Bəhanə gətirib “eşitməmişik” söyləməsinlər. Gözlərini bərəltməsinlər. Və ona da əmin olsunlar ki, biz müharibə arzulamırıq, çünki sülhpərvər dövlətik.

DTX rəisi Əli Nağıyevin bu gün başqa bir tədbirdə səsləndirdiyi “Azərbaycan müharibə istəmir, biz erməni əhalisini birlikdə yaşamağa çağırırıq” sözləri də digər əlimizdə “sülh göyərçini” tutduğumuzun mesajıdır. Fəqət, torpaqlarımızda ikinci bir “dövlət”ə, ikinci bir “ordu”ya da təhəmmül eləməyəcəyik!

Müxtəsəri, separatçılar üçün gerisayım bitir. Lap dəqiqi, artıq bitib. Məsləhətdir ki, amnistiya şansını itirməsinlər. İkinci belə şans olmayacaq!..

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости