Свобода людям, независимость нациям!

S(arsaq)lar üçün yol birtərəfli olacaq! – Ya cəhənnəmə, ya da...

2527 22.09.2023 15:20 Колумнисты A A

Qarabağda 35 ildir nəzarətsiz qalan “boz zona”nın “fatihəsi” verilmiş sayıla bilər. BMT TŞ-də ötən gecə Fransa-Ermənistan həyasız “bacıları”nın biabırçı fiaskosu, Xankəndi-Şuşa yolunda ermənilərin “qələbə tankı”nın de-montajı bu xüsusda son akkordlar idi.

İnsanlığa qarşı ideologiyanın, faşizmin ayrı sonluğu ola bilməzdi. Olmadı da. Hərgah, görüləsi işimiz çoxdur. Və təbii ki, erməni xalqı ilə yox, onu girov saxlamağa davam edənlərlə, erməni faşizminin qalıqları ilə. İnşallah, bunu da bacaracağıq...

“Bütün “kartlar” Bakının əlindədir. Amma hələ hər şey bitməyib. Təəssüf ki, Qarabağsız da Ermənistanla Azərbaycan arasında kifayət qədər fikir ayrılığı var”.

Bunu rusiyalı politoloq Sergey Markedonov Azərbaycanın Qarabağdakı 24 saatlıq antiterror tədbirləri ilə bağlı deyib.

Razılaşmamaq çətindir. Körpəlikdən erməni beyninə yeridilmiş “miatsum” virusu, iki əsrdir Türk qanına susamış, Türkə nifrəti azalmayan alçaq erməni lobbisi və onun çörəyini yeyən bişərəf Qərb siyasətçiləri qaldıqca, Allaha, peyğəmbərə deyil, Şeytana qulluq edən erməni katolikosları var olduqca iki xalqın barışı da əlçatmaz olacaq. Hərçənd “çörəkləri” qan-qadadan, terrordan çıxanların arealını xeyli məhdudlaşdırmışıq. “Şeytan yuvası”ndakı “artsax” adlı üfunətli mənbə də tədricən, lakin inamlı və davamlı şəkildə qurudulur, yeri “dezinfeksiya” edilir...

Başqa bir rusiyalı analitik və hərbi ekspert İqor Korotçenko da haqlıdır deyəndə ki: “On onilliklər boyu Qarabağdakı erməni separatizminə informasiya, media və siyasi dəstək mövzusunda yüzlərlə təbliğatçı qidalanırdı, çoxmilyonluq büdcələri mənimsəyib yeyirdilər. İndi – bitdi! Hazırda çoxları üçün bu, şokdur, təməllərin sarsılması, şəxsi faciədir. İndi necə yaşayacaqlar?”

Sual əlbəttə, ritorikdir. Nə qədər gec deyil, qayıtsınlar haqq yoluna. Nəhayət, adam olsunlar. Yaradana üsyan eləməsinlər. İnsan göz yaşları və faciələri üzərində varlanmaq, qazanc götürmək, ailə saxlamaq dünyanın ən şərəfsiz, ən iyrənc peşəsidir. Buna tüpürüb də halal ruzi dalınca getsinlər...

Separatçılıq və onun dopdoğma “qardaşı” terrorla mübarizəmiz isə bişəkk, bitməyib, davam edəcək. Ona da şübhə yox ki, Azərbaycan dövləti səbir və təmkinlə Qarabağa dair “yol xəritəsi”ni qabağa aparacaq. Yeri gələndə bundan ötrü bir daha radikal üsula - gücə al atacaq. Çünki Qarabağda terrorizmin kökünün tezliklə kəsiləcəyini düşünəcək qədər sadəlövh deyilik.

Fəqət, xaricdən gətirilən muzdlular hesabına terrorçuların sayca çoxalması daha mümkünsüz. Yollar, bənd-bərələr bağlı, ölkəyə giriş qapılarının açarları öz əlimizdə. Qalır potensial quldur-banditlərin bu sərt gerçəyi boş başları ilə anlaması...

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün “Röyters”ə açıqlamasında silahını təhvil verən Qarabağ sakinləri üçün amnistiyanı istisna eləməyib. Aylar öncə bunu İlham Əliyev özü bildirmişdi. Hətta ABŞ Dövlət Departamenti Bakının bu jestini yüksək qiymətləndirmişdi. Amma və lakin....

“Biz keçmiş döyüşçülərə münasibətdə belə, əgər onları bu cür təsnif etmək olarsa, amnistiya ehtimalını nəzərdən keçiririk. Bakı silahlarını təhvil verən “Qarabağ silahlı birləşmələri”nin üzvlərinə ölkəni tərk etməyə icazə verəcək. Hazırda isə biz görürük ki, bəzi ayrı-ayrı qruplar və zabitlər bizim şərtlərimizi qəbul etməyəcəkləri və müqavimət göstərməkdə davam edəcəkləri barədə açıq bəyanatlar verirlər” – Hacıyevin sözləridir.

Bu boyda humanizm qarşılığında müqavimət? Meşələrə çəkilib dirənişi davam etdirmək? Axmaqlar. Hansı əsrdir? Amma yenə özləri bilər. Torpağımızda it kimi gəbərmək, ucuz ölümə tuş gəlmək istəyirlərsə, özləri haqda suisid hökmü çıxarıblarsa, onda buyursunlar. S(arsaq)lar üçün yol birtərəfli olacaq! – Ya cəhənnəmə, ya da Ermənistana. Biristiqamətli “bilet”...

Ancaq bir azca ağılları olsa, Bakının uzatdığı əli İrəvanda dərhal sıxar, Xankəndində isə amnistiya təklifini gözlərinə təpərlər. Çünki növbətisi olmayacaq. Zira, Azərbaycan özünə hörmət edən dövlətdir, Afrikanın “banan ölkəsi” yox.

Biz humanist olduğumuz qədər qətiyyətimizi, sərt üzümüzü də artıq bütün dünyaya göstərmişik. Dəfələrlə. Meşələrə çəkilib özünü qurda-quşa yem eləmək istəyən separatçı tör-töküntüləri üçün hələ ki, yol açıqdır. Amma o da müvəqqəti! Zaman gedir. Saat işləyir: tik-tak...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости