Свобода людям, независимость нациям!

Rusiya sarsaqlıq edib “artsax”ı tanısa... – “Şüşəli ev”dən Şuşaya daş atanların nəzərinə!

9083 01.08.2023 12:18 Колумнисты A A

“Qafqaz qaraçıları” gerçəkdən də tayı-bərabəri olmayan, unikal məxluqdur. Hər gün özlərinin yeni-yeni sərsəmləmələri, “intellektual” kəşfləri ilə bizi təəccübləndirməsələr, olmaz. “Miatsum” virusu bunların beynindəki “boz” maddəni necə sıradan çıxarıbsa, “dəmir qapaz”dan sonra da “Böyük Ermənistan” sancıları, şizofrenik tutmalar bitmir.

Onlardan biri də özünü hərbi ekspert sayan David Camalyandır. Görün bu zat nə çərənləyir? Deyir, indiki şəraitdə “artsax”ın dünya tərəfindən tanınması mümkün olmasa da, gələcəkdə bu istisna deyil.

“Hazırda Ermənistan tərəfi üçün kimin potensial müttəfiq ola biləcəyini anlaması vacibdir. Çünki onlar müəyyən anda “artsaxı” tanıma məsələsini həll edə bilər. Hansısa mərhələdə “artsaxı” tanımaq yolunu tutacaq ilk dövlət isə Rusiyadır”, - Camalyan bildirib. Ardınca sayıqlayıb ki, Rusiya tərəfində yeni dünya düzəninin qurulmasında iştirak edən ölkələr (?) də eyni mövqe nümayiş etdirə bilər.

Nikol Putinə qarşı həyasız demarş edir - Camalyan » Aktual.az Azərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Tehran “artsax”ın tanınması yolunu seçməyə bilər, lakin İranla sərhəd ərazisinin ən azı 100 km-nin erməni qüvvələri tərəfindən tutulması Tehrana sərf edir. Başqa sözlə, İran “artsax”ın subyektivliyini gücləndirmək üçün əlindən gələni edəcək. Gələcəkdə isə Rusiya-Ermənistan birgə qüvvələri əvvəlki status-kvonu, “artsax”ın ərazi bütövlüyünü (?! – Z.S.) bərpa edə bilər”, - deyə boyundan yuxarı tullanmaq istəyən bu xəyalpərvər öz təxəyyülünü bir az da işə salaraq, növbəti “çəhrayı arzusunu” dilə gətirib.

Qısası, “ac toyuğun yuxuda darı görməsi”. Görən, bu başdan xəstə toplum nə yeyir, içir ki, onun ən “savadlı” fərdlərinin belə, ağlına bu cürü axmaq fikirlər gəlir? Daha neçə əsr fantaziyalarla, heç vaxt reallaşmayacaq boş ümidlərlə, yalan-palanlarla və saxta tarixlə yaşamaq olar ki, tarixdən dərs götürüb öz təbii qlaflarına girsinlər? Daha neçə on il qlobal güclərin əlində ocaq qarışdırmaq üçün maşa olmaq, bir ağanı başqasına dəyişib altında yatmaq olar?

Moskva Bəyannaməsi (2022) — Vikipediya

Təlxəyin iştahasına bax - “artsaxın ərazi bütövlüyü”, “artsax”ın tanınması. Onda gərək Günəş şərqdən yox, qərbdən çıxsın. Mümkünmü?..

Əvvəla, Rusiya ilə Azərbaycan arasında 22 fevral (2022) Moskva Bəyannaməsi var. Camalyan öncə getsin ona bir də baxsın.

İkincisi, “Xalqlar həbsxanası” Rusiyanın öz tərkibində 20-yə yaxın potensial “artsax” var. Artıq öz müqəddəratını təyin eləmiş erməni xalqından fərqli olaraq, onların – çeçenlərin, tatarların, inquşların, başqırdların, yakutların, tuvalıların, kabardinlərin, balkarların, osetinlərin, hamısının yüz yox e, min faiz öz müstəqil dövlətini qurmaq haqqı var. Ermənilərin yenə saxta və marionet də olsa, öz dövləti mövcuddur.

Türk xalqları — Vikipediya

Eləcə də İranda Güney amili, 40 milyonluq aborigen Türk xalqı, azərbaycanlı. Cənub və şimal qonşunuz yəqin ki, dəlilik eləməz. “Şüşəli evdə yaşayan başqasına daş atmaz” müdrik kəlamı boşuna deyilməyib. Tarixdən dərs almaq istəyən ağıl yiyələri üçün bu deyimdə sözsüz ki, hikmət var...

Doğrudur, ara-sıra “Donbas” ssenarisi ilə Azərbaycanı qorxutmağa çalışırlar. Ancaq bu zaman unudurlar ki, ordumuzun Qarabağda cəmi 2 min kv km-lik bir əraziyə sıxışdırdığı separatçı-quldurların xarici aləmə quru yolla çıxışı yoxdur. Heç keçmiş DQMV-nin də olmayıb. Ətraf Azərbaycan torpaqları! Tam mühasirə. Aydındımı?

Şuşa Bəyannaməsi — Vikipediya

Nəhayət, Şuşa Bəyannaməsi. Hansını ki, Azərbaycan və Türkiyə parlamentləri ratifikasiya edib. Yəni daşdan keçən bir sənəd. Erməni “miatsum”çu xəyalpərvər getsin onu yaxşı oxusun və hətta əzbərləsin.

Qarabağ sizə və havadarlarınıza nə Abxaziyadır, nə də Cənubi Osetiya və ya Donbas. Siz hələ bir Azərbaycandan erməni icması üçün mədəni muxtariyyət almağa çalışın, görək alınırmı? Qulağınızın dibini görəndə “ikinci erməni” dövlətini də görərsiz. Azərbaycan 30 illik işğal dönəmində bunu yaxına buraxmayıbsa, böyük Zəfərdən sonra, bunca şəhidlər verdikdən sonramı sizə şans tanıyacaq? Olmayan ağlınız yerindəmi?..

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости