Свобода людям, независимость нациям!

Qısır Makronun gey hökuməti – 2024-də bəzi başlar gedəcək

2721 23.01.2024 15:18 Колумнисты A A

Bir-bir ilə “evli” olan iki kişini, daha dəqiqi, iki geyi hökumətdə yüksək vəzifələrə gətirən Makron Fransasının, onun Senatının utanıb-qızarmadan Qarabağda “erməni xristian abidələrin qorunması” vacibliyindən dəm vurması gerçəkdən nonsensdir. Yeni baş nazir Qabriel Attal və onun “arvadı”, yaxud “əri”, XİN başçısı Stefan Sejurnedən söhbət gedir təbii ki.

Deyirik bəlkə arada güzgüdə özünüzə baxasınız? Axı xristianlıq, xristian dəyərləri nə vaxtdan ilahi nizam və düzənə üsyan edərək kişinin kişi ilə evliliyinə izn verib? Səmavi dinlərin heç bir insanlığı bu şəkildə aşağılayan iyrəncliyi yaxına buraxmayıb. Çünki bu, Yaradanın fitrətinə, yaradılanın isə ilahi təyinatına daban-dabana ziddir və özündə bəşər övladının kökünün kəsilməsi riskini daşıyır...

ABZAS.jpeg (42 KB)

Digər absurd guya təməl insan haqlarını qorumağı özünün prioritetlərindən sayan Avropa Şurası Parlament Assambleyasının mənzil-qərargahının Fransanın Strasburq şəhərində yerləşməsidir. O Fransa ki, Afrika və Asiyadakı aborigen xalqlara qarşı törətdiyi çoxsaylı soyqırımlarına görə indiyədək tükü belə tərpənməyib, üzr istəməyib, təzminat ödəməyib, tövbə eləməyib. Əksinə, müstəmləkədə saxladığı millətlərin qəhrəman oğullarının kəllə sümüklərini hələ də öz muzeylərində saxlayır və bundan maniakalcasına həzz alır.

Bəs iddia edirdilər ki, Fransa mədəni ölkədir. O zaman elementar mədəni davranış harda qaldı? Genosid siyasəti, irqçilik hara, mədəniyyət, insanlıq hara? Məgər günahı etiraf edib üzr diləmək məhz tərbiyəli, mədəni adamlara və xalqlara xas xüsusiyyət deyil? Yüzdə yüz elədir...

Su axıb çuxurunu tapır. Əgər Natəvanın heykəlinin başına məlum oyunu açan Fransa belə “mədəniyyət”in yiyəsidirsə, aydındır ki, onun “kiçik bacısı” Ermənistan, vəhşi haylar ondan iki çömçə artıq olacaq. Necə ki, 30 ildə torpaqlarımızda saysız vandallıq aktları, etnik təmizləmələr, Xocalı, Meşəli, Başlıbel, Daşaltı, digər soyqırımları törətmiş, ekosid və urbisidlər həyata keçirmiş barbar tayfa nəinki Azərbaycan xalqından üzr istəməyə hazırlaşmır, üstəlik, həyasızcasına beynəlxalq məhkəmələrə şikayətlər göndərib bizi suçlu çıxarmağa çalışır, genosiddə, etnik təmizləmədə ittiham edir.

Əlbəttə, zülmə dözən olmasa, zülm də olmaz. Erməni sırtıqlığı və yalanları da müstəsna olaraq, Fransa və onun təmsil olunduğu xristian Qərbdəki himayəçiləri hesabına bitmək bilmir. Dəfələrlə yazdığımız kimi, Azərbaycan xalqının Qərb qarşısında tək günahı – müsəlman, türk olmasıdır. Vəssalam. 33 illik müstəqillik dönəmində bunun əyani şahidi olduq. ATƏT-in bədnam Minsk Qrupu xristian dünyasının bizə vicdansız münasibətinin ən böyük “abidəsi” kimi qalacaq.

O səbəbə 44+1 günlük qalibiyyətli Vətən savaşından sonra itə dönüblər, kirimək bilmirlər, sağdan-soldan hey karvana hürürlər. Sanki Azərbaycan işğalçı Ermənistanla bahəm, onun əsas simsarı və zəhərverəni - “mədəni” Fransanın da başını əzib. Bağışlaya, “həzm edə” bilmirlər. Heç “Qafqaz qaraçıları”nı bizə zorla qonşu eləmiş Rusiya burdan-bura bizə qarşı belə qəzəbli və hikkəli deyil...

Artıq şəkk-şübhə qalmadı ki, burnundan uzağı görməyən Makronun dövründə Bakı-Paris münasibətləri indikindən daha betər olacaq, nəinki yaxşı. Nə qədər ki, bu siyasi boşboğaz və qısır Yelisey Sarayındadır, gərək millət olaraq sərvaxtlığımızı itirməyək. Qardaş Türkiyə daxil, dost-müttəfiqlərimizlə ittifaqı gücləndirək, ordumuzu daha qüdrətli edək, millət kimi birliyimizi itirməyək və “çomağı” əsla əlimizdən yerə qoymayaq.

2024-də bəzi başlar gedəcək...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости