Свобода людям, независимость нациям!

Qərb niyə erməni yalanlarının əsiridir? - İlginc səbəb

1636 12.08.2023 15:40 Колумнисты A A

ABŞ və Fransadakı erməni lobbisi Azərbaycan əleyhinə bütün rıçaqları işə salıb. Artıq qalmayan sırtıqlıqlara da getməkdədirlər. Misal üçün, dünən “blokada”ya etiraz edən murdar soyun təmsilçiləri Los-Ancelesdə yolu bağlayıblar. Fransa kimi Birləşmiş Ştatlarda da ermənilər öz ənənəvi təsir vasitələrindən istifadə etməklə ölkəmizə qarşı xeyli fəallaşıblar.

Hətta ABŞ-ın nüfuzlu media orqanlarında erməni yalanları tirajlanır, həyasızcasına həqiqət qismində amerikanlara sırınır. Əfsus ki, onların arasında Dövlət Departamentinə yaxın qəzetlər də var. Bu qəbildən son qərəzli məqalə srağagün “Washington Post”da müəllif Devid İqnatiusun imzası ilə gedib. O da kim olsa yaxşıdır, Moskvanın Qarabağa desant kimi atdığı erməni oliqarx-dələduz, çirkli pulların mahir “yuyucusu” Ruben Vardanyanın dostu!

Vicdanını illər öncə “artsax”da itirmiş amerikalı konqresmen və senatorların isə Ermənistana biri gedir-biri gəlir. Sərhəddə nə axtarırlar, Allah bilir. Dəqiq olan odur ki, yenə “qədim və əzabkeş xalq”ın “timsah göz yaşları”ını, “blokada” sayıqlamasını əleyhimizə sənədləşdirməklə, qarışqadan fil düzəltməklə məşğuldurlar.

Yada Əbülfəz Elçibəyin qərbyönlü hakimiyyəti dövründə ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilmiş və hələ də qüvvədən salınmamış “Azadlığı Müdafiə Akt”ına “907-ci düzəliş” (1992) düşür. Amma təpədən-dırnağa qərbçi, amerikaçı Elçibəydən o yana “kənd” yox idi ki. Gəl ki, bu erməni uydurmalarına əsaslanıb ədalətsiz sənədin qəbuluna əngəl olmadı. Sanki indi tarix təkrarlanır və “ilanın ağına da lənət, qarasına da” deməkdən başqa adamın çarəsi qalmır...

WhatsApp Image 2023-08-12 at 15.13.58.jpeg (64 KB)

Əlbəttə, nə yaxşılıq eləsək də, ermənilər xristian Qərbin “sevimli və ərköyün uşağı” olaraq qalacaq, onları daim müdafiə ediblər, yenə edəcəklər. Bizi isə Qərbdə sevmirlər, sevməyəcəklər də. Etibarsızlıq da öz yerində. Çünki Türk-müsəlmanıq. Dilə gətirmədikləri tək səbəb bu.

İnanın, hər gün Quran yandırsaq belə, Qərb bizə ermənidən çox dost olmayacaq. Ümumiyyətlə, olmayacaq. Daşdan keçən fakt: Türkiyədən həm demokratiya, həm də iqtisadi cəhətcə qat-qat zəif ölkələr çoxdan Avropa Birliyinə (AB) üzv edilib, NATO-da ikinci orduya sahib qardaş məmləkət isə 60 ildir qapı arxasında gözlədilir. Çünki AB bir xristian klubu.

Eləcə də ABŞ “Demokratiya sammit”lərinə Rusiyanın vassalı və nökəri Ermənistana iki dəfə dəvət göndərdiyi halda, iki turdan ibarət nümunəvi prezident seçkiləri keçirən Türkiyəni çağırmır. Yorulduq Qərbin “ikili standart”larından yazmaqdan, amma bunlar riyakar, “dəvəquşu” siyasətindən əl çəkmədilər.

Belə çıxır ki, yalnız Azərbaycan və Türkiyə toplumu zındıqlıq edib xristianlığı qəbul eləsə, hər gün xaç çevirsək, onda bəlkə bizə daha yuxarıdan aşağı, şübhəli nəzərlərlə baxmasınlar. 5 erməni yalanına gözüyumulu inananda bizim də bir gerçəyimizi, halal haqqımızı ciddiyə alsınlar...

Baxın, bircə ABŞ konqresmeni və ya senatorunun adını çəkə bilərsizmi ki, Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü birmənalı dəstəklədiyi, Rusiya işğalçı qoşunlarının bu ölkələrdən çıxmasını daim tələb elədiyi halda, nə vaxtsa eyni sözləri Azərbaycan və onun ərazi bütövlüyü, suverenliyi haqda desin? 30 illik erməni işğalı dövründə necə, belə şeyi eşidən, görən oldumu? Xeyr. Yoxdur belə fakt. Fransadan, onun ermənidən artıq erməni olan prezidentindən, hökumət və parlament üzvlərindən isə danışmağa dəymir.

resize.php (6).jpg (54 KB)

Xatirəmdədir, illər öncə bədnam Minsk Qrupunun amerikalı turist həmsədri Bakıda mətbuat konfransı keçirəndə ona BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağa dair 4 məlum qətnaməsi (822, 853, 874, 884) haqda sual vermişdim. O isə nəinki qətnaməli yada sala, nömrəlini sadalaya bildi, üstəlik, utanmazcasına söylədi ki, “biz konfliktin həlli üçün mövcud reallıqlar əsasında hərəkət etməliyik”. Yəni sənədə-zada bel bağlamayın, erməni işğalı ilə barışmaq lazım...

“Şimal ayısı” Rusiya da ki, məlum. O da xristian Qərbin bir tayı. Özəlliklə Minsk Qrupundakı 27 illik “vasitəçilik” fəaliyyəti hamıya məlum. Əgər Rusiyada Azərbaycanın qəsdinə duran ermənipərəstlər onun parlamentində - Dumada komitə və parlament sədrlərinin müavinləri səviyyəsində təmsil olunubsa (Konstantin Zatulin, Mixail Delyagin, Pyotr Tolstoy, Vitali Milonov), Rusiyanın XİN-i (Lavrov-Kələntərov), aparıcı KİV-ləri, TV-ləri bütünlüklə ermənilərin nəzarətindərisə, Azərbaycana qarşı ondan hansı ədalətli yanaşmanı gözləmək olar ki?

Xüləs, daşımız ağırdır. Bilirik. O səbəbə sadiq dost-müttəfiqlərimizin qədrini bilək. Söhbət qardaş Türkiyə başda olmaqla Türk dövlətlərindən, yeganə müsəlman nüvə dövləti Pakistandan, həmçinin İsraildən, Səudiyyə Ərəbistanı, Misir və digər aparıcı ərəb ölkələrindən gedir. Bir də dünya nəhənginə çevrilməkdə olan Çinlə əlaqələri durmadan sıxlaşdırmalıyıq.

Daha bir səbəbə: Çin həm də BMT TŞ-nin 5 daimi üzvündən biridir. Yəni onun vetosu (bitərəf qalması yox!) kifayətdir ki, TŞ-də əleyhimizə heç bir sənəd qəbul olunmasın. Məlumdur ki, Fransa “blokda” bəhanəsi ilə növbəti belə sənədin BMT TŞ-nin gündəliyinə daşınması üçün əlindən gələni edir (Ötən ilin dekabrında rəsmi Parisin analoji təşəbbüsü Rusiyanın vetosu və TŞ-nin Qoşulmama Hərəkatındakı bizə dost üzvlər sayəsində fiasko olmuşdu).

Diplomatlarımıza yatmaq yoxdur. Şər deməsən, xeyir gəlməz. Şərə lənət...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости