Свобода людям, независимость нациям!

Qarabağ ermənilərinin reinteqrasiya prosesi başlayır - Xocalı görüşünün nəticələri nə vəd edir?

1865 01.03.2023 16:12 Колумнисты A A

Xəbər verildiyi kimi, martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.

Rəsmi açıqlamaya görə, deputat Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

6cc40453-ddb5-3d3b-b5ff-f2a224bed3cb_850.jpg (59 KB)

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Görüşün nəticələri ilə bağlı detallı açıqlama verilməsə də, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmasların davam etdiriləcəyi elan olunub.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb.

tivo.PNG (1.72 MB)

Klaar Tvitter paylaşımında “Bu gün Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır”, - deyə qeyd edib.

Qeyd etmək lazımdır ki, Azərbaycan nümayəndələri ilə Qarabağ erməniləri arasında bundan əvvəl də görüşlər olub. Ancaq bu görüş ilk rəsmi təmas olması baxımından fərqlənir. İlk növbədə Azərbaycan daha əvvəl dəfələrlə elan etdiyi, son olaraq Prezident İlham Əliyevin Münxendə açıqladığı kimi, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə danışıqlar prosesini başlatdı. Aİ təmsilçisinin də reaksiyasından göründüyü kimi, bu təşəbbüs müsbət qarşılanıb.

munhen.jpg (97 KB)

İkinci tərəfdən, görüşdə iştirak edən Azərbaycan heyətinin tərkibindən də məlum olur ki, daha əvvəl Azərbaycanın Qarabağ erməniləri qarşısında qoyduğu tələblər müzakirə olunub. Söhbət Qarabağ ərazisində ekoloji monitorinqin keçirilməsindən gedir. Aydın məsələdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin Xocalı görüşündə iştirakı buna hesablanıb.

Digər tərəfdən, hər nə qədər bu görüş Rusiyanın təşəbbüsü ilə baş tutsa da, Ermənistanda revanşist siyasətçilərin yeni müharibə çağırışları fonunda Qarabağ ermənilərinin Azərbaycan təmsilçiləri ilə görüşə başlaması müsbət məqamdır. Qarabağ ermənilərinin reinteqrasiyası prosesi ilə bağlı ümidləri artırır.

Hələlik rəsmi elan olunmasa da, ehtimal ki, Rusiya XİN rəhbəri Lavrovun Bakıda açıqladığı Ermənistandan Qarabağa gələn yüklərə texniki nəzarətin təşkili və filiz yataqlarının monitorinqi baş tutacaq. Bu görüş də məhz ona hesablanıb.

63fde39a4255263fde39a425531677583258d7e375aa77188bb873b96243e872e0e3.jpeg (157 KB)

Nəhayət, bu görüş və ümumilikdə bu situasiya Ermənistan hakimiyyətinin son aylarda planlaşdırdığı və asta-asta həyata keçirdiyi Cənubi Qafqaza yeni oyunçuların daxil edilməsi prosesini pozur və İrəvanı faktiki olaraq ən azı Qarabağdakı prosesdən kənara atır. Daha aydın ifadə etmiş olsaq, Paşinyanın Azərbaycan-Ermənistan sərhədinə Avropa missiyasını cəlb etmək planı Rusiyanın əli ilə də olsa, Qarabağda ciddi zərbə almış olacaq. Rəsmi Bakı indiki mərhələdə İrəvan-Moskva gərginliyindən istifadə edərək Qarabağdakı ermənilərin reinteqrasiyası prosesini sürətləndirəcək. Bu fonda Cənubi Qafqaza “kənar qüvvələr” cəlb edən Ermənistan hakimiyyəti ilə Moskva arasında gərginlik daha da artacaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости