Свобода людям, независимость нациям!

Qafqazın irinli "kor bağırsağı" - Ermənistan...

1575 05.11.2023 16:10 Колумнисты A A

Ermənilər gerçəkdən də dünyanın xam xəyallarla yaşayan nadir toplumudur. Hətta başlarına bunca bəla-müsibət gələndən sonra da haqqa, ədalətə tapınmağa tələsmirlər. Qabağa baxmaq, düz yola çıxmaq əvəzinə, hey arxaya boylanır, “bəlkə bizim olmayanı yenə kimsə alıb bizə nimçədə verdi” kimi axmaq düşüncələrdən qurtula bilmirlər.

“Biz böyüməli və nəhayət, real aləmdə yaşamalıyıq. Bizim üçün indi illüziyalardan qurtulmaq və güclü, qüdrətli Ermənistan qurmaq vacibdir. Bu, harada yaşamasından asılı olmayaraq hər bir erməninin vəzifəsidir. Başqa seçimimiz yox. Əks halda ümumi evimizi də itirə bilərik”.

Bunu Razmik Akopcanyan ad-soyadlı erməni şərhçi öz müəllif məqaləsində yazır.

Başağrısı olmasın deyə, qısaca onu da bildirək ki, məqalədə Türkə nifrət fontan vurur. Eyni zamanda, Rusiyadan tutmuş, ABŞ-a, Avropaya, hətta Fransaya qədər, az qala hamıya giley-güzar, ittihamlar yer alıb. Guya hamı ermənilərə “atıb”. Sanki bütün bəşəriyyət Qiyamət gününə qədər bu qaraçı tayfasına (qaraçılardan üzr istəyirik!) borcludur.

Yəni ki, nədən “ikinci erməni dövləti artsax”a kömək eləmədilər, niyə “xristianlığın ən qədim beşiyi”, bölgənin “demokratiya mayakı” olan Ermənistana hələ də quru vədlər verməklə məşğuldurlar, onu “vəhşi Türklər”dən qorumurlar, gücləndirmirlər və s. və i.a. tipli ənənəvi hay sayıqlamaları.

Akopcanyanın “qüdrətli Ermənistan” qurmaq xülyasına gəlincə, bu qurumsaqlara heç cür çatmır ki, Türkiyə və Azərbaycanla əlaqələr qaydaya salınmayınca, iki əsas qonşu ilə sərhədlər açılmayınca Ermənistanın inkişaf şansı şifrin yanındadır. Beləcə, o, bölgənin irinli “kor bağırsağı” (apendisit) olaraq qalacaq. Ta ki, zamanı çatanda, yəni yenə ətrafa fəsad yayacağı təqdirdə cərrahi yolla kəsilib atılmayınca...

Yaxud Xocalı caniləri Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyəti dövründə Ermənistanın xarici işlər naziri işləmiş, Suriya (Hələb) əsilli Vardan Oskanyan. Banlayır ki, bəs Qarabağdan çıxan erməni əhali ilə Ermənistandan çıxarılan azərbaycanlı kəsimə eyni gözlə baxmaq olmaz.

Niyə? Erməni köynəkdə doğulub, azərbaycanlı lüt? Bəlkə Oskanyan sovet dövründə Qarabağda bir ovuc erməniyə zərrəcə əsas olmadan və Ermənistan adında müttəfiq respublikaları ola-ola, muxtariyyət (DQMV) verilməsinə işarə edir? Şübhəsiz. Amma biz onu da yaxşı xatırlayırıq ki, Ermənistan adlı qədim Türk yurdunda kompakt şəkildə yaşayan və Qarabağdakı ermənilərdən sayca 2-3 dəfə çox azərbaycanlıya eyni status tanınmamışdı. Oskanyanın buna nə sözü görəsən?

Ən mühümü, SSRİ artıq 31 ildir yoxdur. Azərbaycan isə suveren dövlətdir, üstəlik, vassal Ermənistandan fərqli olaraq, hələ də Moskvanın, hansısa digər paytaxtın direktivi ilə hərəkət eləmir. Müstəqil siyasət yürüdür, öz daxili inzibati ərazi quruluşunu özü, sərbəst müəyyən edir. Və edib. Harada ki, erməni muxtariyyətinə yer yoxdur, olmayacaq!

Görəsən hansı haqla biz Azərbaycanda bir etnik azlığı digərindən üstün tutmalıyıq? Özü də 35 il dövlətimizə meydan oxumuş, xalqımıza müsibətlər yaşatmış bir azlığı? Yenə onlara status hədiyyə edək ki, 20-30 il sonra başımıza eyni oyunları açsınlar? Yalnız bir halda belə şey mümkündür: eyni muxtariyyət Ermənistana qayıdacaq soydaşlarımıza da veriləcəksə...

Məsələ də ondadır ki, Ermənistanda belə siyasi təlxəklər qaldıqca, özünü diplomat, yazar-şərhçi sayan məxluqat mövcud olduqca, radikal-revanşist media erməni ictimai şüurunu zəhərlədikcə Azərbaycanla sülh müqaviləsi baş tutmayacaq. Ancaq öz problemləridir. Bu minvalla Güney Qafqazda bir müddət sonra iki dövlət qalacaq. Yoxa çıxan üçüncü ölkə hansı olacaq, yəqin ki, aydındır...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости