Свобода людям, независимость нациям!

Paşinyan Zvartnosdakı 3-4 rus sərhədçi ilə savaşa girib, 102-ci baza "yadından çıxıb" - Məqsəd?

1463 14.03.2024 16:24 Колумнисты A A

Rusiya sərhədçilərinin Zvartnos hava limanından çıxarılması məsələsi siyasiləşdirilib, erməni ictimaiyyətini Rusiyaya qarşı yönəltmək cəhdləri var.

Ermənistan sərhəd qoşunlarının birinci komandanı, general-mayor Levon Stepanyan keçirdiyi mətbuat konfransında deyib. Erməni general bildirib ki, Zvartnosda Rusiya Federasiyasının 3-4 sərhədçisi xidmət edir, onlar Ermənistan qanunvericiliyinə tabedirlər, rəhbərlik edənlər yerlidir və buna zidd hərəkət edə bilməzlər. Stepanyan əminliklə bildirib ki, əgər mövzu 10-15 il əvvəl qaldırılsaydı, belə rezonans olmazdı. “Vaxtilə Rusiya sərhədçiləri Gümrü hava limanını səssizcə tərk etmişdilər”, əlavə edib.

Necə deyərlər, “xoruzun quyruğu görünür”. Onda bu nə hay-küydür, əgər cəmi 3-4 rus sərhədçisindən söhbət gedirsə? Neçə müddətdir ki, Paşinyan hakimiyyəti Zvartnos mövzusunu istismar edir, az qala ölüm-dirim savaşı kimi baxırlar bu məsələyə. Kremldən də davamlı reaksiyalar gəlir ki, Ermənistandan rəsmi müraciət almayıblar. Beləcə, erməni rəsmilər Avropa, Amerikadakı himayədarlarının xoşuna gəlmək, onlardan nələrsə qopartmaq üçün girişiblər İrəvan şəhərinin 12 km qərbindəki Zvartnos Hava Limanına.

stepanyan1.jpg (71 KB)

Levon Stepanyan

Axı, nə var bu Zavrtonsda? Yəni birdən-birə Ermənistanın qüruru baş qaldırdı, varlığı boyunca onun-bunun təbəəliyində ömür sürən hayların şəstinə toxundu 3-4 rus hərbçi? Lap olsun 30-40. Ondan çox deyil hər halda. Əgər rus hərbçisiz Ermənistan istəyi varsa, onda niyə Gümrüdəki 102-ci hərbi bazadakı 4-5 min rus hərbçidən yox, Zvartnosdakı 4-5 rus sərhədçinin yaxasından yapışıblar? Niyə Ermənistan hakimiyyəti ölkənin İran və Türkiyə ilə sərhədlərinə nəzarət edən Rusiya sərhədçilərinin çıxarılmasını tələb etmir? Məntiqlə hər şey sərhəddən başlamalıdır axı. Üstəlik, Ermənistan-İran münasibətləri erməniləri daha çox qane edir, nəinki İrəvanla Moskva arasındakı münasibətlər. Deyə bilərlər ki, “ey urus, imkan ver, qonşu ağalarla mehriban şəkildə yaşayaq, onlar bizimçün nəfəslik olublar hər zaman”. Demirlər. Hətta Türkiyə ilə sərhədləri açmağa hazır olduqlarını bildirsələr də, vaxtilə NATO ölkəsinə qarşı sədd çəkmiş Rusiya sərhədçilərinin Araz sahili boyundan yığışdırılmasını, yaxud Gümrüdəki anti-NATO bazasının “ev”ə yola salınmasını tələb etmirlər. Özü də axı guya Ermənistan NATO-ya üzv olmaq, “Rus NATO-su”ndan çıxmaq istəyir. Bəs elə isə niyə yalnız Zvartnos? Bəzi müşahidəçilər iddia edir ki, Zavartnos ermənilər üçün bir testdir, yəni davamı da gələcək. Amma heç inandırıcı görünmür ki, Ermənistan öz taleyinə sahib çıxanı tapmamış, ərazisində yerləşdirməmiş daha riskli addımlara getsin. Əgər tarana getsəydi, elə Rusiya-Ermənistan birgə hərbi birləşmələrin ləğvinə qərar verərdilər. Yaxud Rusiya hərbi bazası ilə bağlı imzalanmış müqavilənin bitməsinə hələ 20 il qalır. Afrika ölkələrində hələ indi-indi möhkəmlənən, Suriyadan çıxmağı belə düşünməyən – yeri gəlmişkən, Ermənistan da bir qrup hərbçisini məhz Rusiyaya görə Suriyaya göndərmişdi, onlarla bağlı da qərar yoxdur – Kreml özü üçün vazkeçilməz saydığı Cənubi Qafqazı, xüsusən də Ermənistan adlı qalasını əldən verməz! Kimsə düşünürsə ki, Rusiya Ermənistanı NATO və ya Avropa İttifaqına pay verəcək, deyəcək gəlin, Gürcüstanla sərhəddə yerləşin, sabah Gürcüstan üzərindən də mənə həmlə edin, yanılır. Gürcüstanda, Borçalı bölgəsində olanda yerli sakinlər qarşıdakı kazarmanı nişan veriblər, Rusiyanın Ermənistandakı hərbçilərinin xeyli irəliləyərək Gürcüstan ərazisində məskunlaşdıqları məntəqəni! Rusiya Gürcüstanın iki bölgəsini ilhaq edib, Ermənistandakı hərbçiləri vasitəsilə də bu ölkəni sıxma-boğmada saxlayır, belə olduğu halda Ermənistanı əldən verərmi?

W1siZiIsIjIwMjQvMDIvMjcvMTIvNDUv.jpg (189 KB)

Zvartnos söhbətindən sonra Avropa Parlamenti “Aİ ilə Ermənistan arasında daha sıx əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının zəruriliyi haqqında” qətnamə qəbul etdi. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında sevincək danışıb. “Bütün fraksiyaların dəstəklədiyi bu sənəd 504 lehinə, 4 əleyhinə və 32 bitərəf olmaqla qəbul edilib. Qətnamədə 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan Ermənistanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək, həmçinin Ermənistan və Azərbaycan arasında sülh səylərinə dəstək ifadə edilir”,-deyə Paşinyan deyib. Xəbərə görə, Avropa Parlamentinin qətnaməsini alqışlayan Paşinyan onun Ermənistanda müzakirə obyektinə çevrilməli olduğunu deyib.

Sitat: “Bu, Ermənistanın gələcəyə baxışını müzakirə etmək üçün daha bir səbəbdir və ümid edirəm ki, siyasi qüvvələr, ictimai təşkilatlar, cəmiyyətin müxtəlif təbəqələri, Ermənistan vətəndaşları Avropa Parlamentindən səslənən bu mesaja öz münasibətini bildirəcəklər, çünki bu cür mesajlara ehtiyac var. Eyni zamanda mən Ermənistan hökumətinin Ermənistan-Avropa İttifaqı münasibətlərinin daha da dərinləşdirilməsi və inkişafı istiqamətində işi davam etdirmək iradəsini ifadə etməliyəm”.

Nikol Paşinyanın indiki halı Saakaşvilinin, Yuşşenkonun, Zelenskinin keçmişdəki durumunu xatırladır. İndi də Nikol eyforiyadadır, başına gələcəkləri doğru-düzgün hesablaya bilmir bəlkə də. Amma digər tərəfdən axı, mahnı sifariş edilib, oxumalıdır, adı da “Zvartnos”. Yoxsa...Son aylarda, xüsusən də Paşinyanın Rusiyaya səfər etdiyi ərəfədə və ondan sonra Qərbin Ermənistanda yeni namizədinin olması xəbərləri yayıldı. Nikola eşitdirirdilər ki, “snikerslə!” O da başladı, “KTMT-dən çıxırıq”, “Zvartnosdan çıxarırıq!” Heç biri ilə bağlı da rəsmi addımı yoxdur, sadəcə danışır – sülhdən danışdığı, “Azərbaycanın ərazi bütövlüyünü tanıdığı” kimi.      

Heç şübhəsiz əsas məqsəd Zvartnosa endiriləcək yüklər və Fransanın patronajlığı altında daşınacaq hərbçi, casus şəbəkəsi və digərləri ilə bağlıdır. İstəmirlər ki, onlar İrəvanda rus sərhədçilər qarşılasın və yoxlasın, yoxsa planları vaxtından əvvəl faş olar. Yeri gəlmişkən, keçən ilin aprelində Zvartnos hava limanında saxlanılan ABŞ-ın erməni əsilli vətəndaşı Areni Markosyan Ermənistana buraxılmamışdı. Markosyan bir sutka hava limanında saxlanıldı, sonra isə onun Ermənistanda “arzuolunmaz şəxs” olduğu bildirildi. Daha əvvəl də Niderlanddan gələn Aslan Aslanyan geri qaytarılmışdı. Bildirilirdi ki, onun geri göndərilməsinə səbəb diaspor təşkilatlarının xüsusi göstərişi ilə Ermənistana gəlməsi olub. Areni Markosyanın da Livandan İrəvana uçmuşdu, “Daşnaksütyun”un xüsusi təlimatı əsasında. Yəni Paşinyan anlayır ki, ölkəyə gələnlərin içərisində hər an “yad adam” ola bilər, bu halda Rusiya sərhədçilərinin vəziyyətə nəzarət etməsi ona baha başa gələr. Ona görə də 1 avqustdan etibarən erməni sərhədçilərinin rus sərhədçiləri əvəzləyəcəyini açıqlayıb. Amma qəribədir ki, KTMT ilə bağlı addımı ilin sonlarında ata biləcəyini elan edib. Yəni həm qorxur, həm də qorxudur, üstəlik də Rusiyanın çətiri altında olan Avrasiya İqtisadi Birliyində qalmaqda davam edəcəyini bildirir. Siyasətin əcaibliyi budur.

Areni-Markosyan.jpg (87 KB)

Areni Markosyan

Əgər Paşinyan gerçəkdən bölgədə əbədi sülhün yaranmasında maraqlı olsaydı, Rusiyanı ölkəsindən çıxarmaq istəsəydi, Azərbaycanın Qafqaz Evi ideyasına müsbət qarşılıq versəydi, deyərdik əhsən, gələn il biz də Rusiyanın hərbi kontingentini Qarabağdan yola salacağıq, niyə də belə olmasın, normal qonşuluq əlaqələri bərpa olunsun, üçüncü ölkənin moderatorluğu olmadan. Amma məqsəd bu deyil axı. Həm də Rusiyanı çıxartsa belə, bölgəyə kimlərisə gətirməyə maraqlıdır, bu da gərginliyi artıracaq. O da istisna deyil ki, Paşinyan hökuməti Avropa Birliyinin vizasız gediş-gəliş imkanlarından yararlanmaq üçün də Zvartnos bəhanəsini ortaya atıb. Kim bilir, bəlkə elə Paşinyan son anda özü üçün Zvartnosdan aradan çıxmağa rahat zəmin hazırlayır...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости