Свобода людям, независимость нациям!

Paşinyan - “kimyagər” yenə qatıb-qarışdırdı – Bakı XƏBƏRDARLIĞINI edib

2585 11.10.2023 13:01 Колумнисты A A

Makron “kiçik bacısı” Nikol Paşinyanın beynini necə doldurubsa, çətin ki, onunla sülh müqaviləsi imzalamaq mümkün olsun. Bəlkə heç mümkün də olmayacaq. Amma gerçəkdən, Ermənistan üçün tarixi fürsət yaranıb.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev ard-arda, iki günün içində iki dəfə rəsmi İrəvana xatırladıb. Bir oktyabrın 8-də, Gürcüstan səfəri zamanı, bir də oktyabrın 10-da Şuşadakı beynəlxalq tədbirlə bağlı müraciətində. Prezident xüsusi vurğulayıb ki, bu şansı qaçırmaq kapitulyant ölkə üçün bağışlanmaz səhv olardı.

Bəs Nikol Vovayeviç nə düşünür, nə ilə məşğuldur?

Doğrudur, dünən o, yenə “sülh göyərçini” roluna girərək yerli mediaya bildirib ki, İlham Əliyevin təklif elədiyi 3+3 formatına qoşulmağa hazırdır. Ardınca izhar edib ki, bəs Azərbaycan lideri ilə Brüsseldə görüşlə bağlı ilkin razılıq var. Amma nədənsə Bakının ən uğurlu format kimi irəli sürdüyü “üçlü” Tiflis formatı barədə susub. Əvəzində yenə “kimyagərlik” edib.

“Həm biz, həm də Azərbaycan tərəfi Brüsseldə görüşə hazır olduğumuzu bəyan etdik. Bu, tərəflərin sülhə doğru hərəkət etməsi anlamına gəlir. Əgər Bakı da Qranada sənədinə qol çəksəydi, ilin sonuna kimi sülh sənədinin imzalanma ehtimalı 70%-ə çatardı”, - deyə Nikol iddia edib (Bəzi Azərbaycan KİV-ləri onun bu sözlərini yanlış olaraq sülh müqaviləsinin guya 70% hazır olması kimi təqdim edib – Z.S.).

Əlbəttə, Paşinyan Paşinyan olmazdı, əgər hər dəfə oyunbazlığından qalmasaydı.

Məsələ ondadır ki, o, yenə blef edir, xəyallarını dilə gətirir. Çünki 5 oktyabr Qranada bəyannaməsində ölkəmizin suverenliiyi əleyhinə çox ciddi bəndlər yer alır. O sırada dördtərəfli sənəddə Azərbaycan aqressivlikdə (!), “Dağlıq Qarabağa qarşı güc tətbiqi”ndə ittiham olunur, üstəgəl, sənəddə Qarabağdan gedən ermənilərin qeyd-şərtsiz qayıtması, hüquq və təhlükəsizliklərinin təmin olunmasına zəmanət tələbi var. Halbuki onları kimsə qovub-eləməyib, əksinə, az qala, “duz-çörək”lə yola salınıblar.

“Dağlıq Qarabağa qarşı güc tətbiqi”... Hansı Dağlıq Qarabağ, hansı güc tətbiqi və kimə qarşı? Məgər hələ də aydın deyil ki, “Dağlıq Qarabağ” adında anlayış, inzibati-ərazi bölgüsü artıq yoxdur və Azərbaycan yalnız terrorçu-quldur dəstələrinə qarşı zərgər dəqiqliyi ilə güc tətbiq edərək onları zərərsizləşdirib? Həqiqətləri daha nə qədər baş-ayaq təqdim eləmək olar?

Yaxud nə demək “qeyd-şərtsiz qayıdışa zəmanət”? Yəni kim, nə vaxt istəyir əl-qolu yanında Laçın postundan keçib Qarabağa qayıda bilər? Haqqı olan da olmayan da? Kefləri istədikləri kimi? Konstitusiyamızı və bayrağımızı saya saymadan? Onlardan heç nə soruşmamalı, heç bir yoxlama aparmamalıyıq? Azərbaycan “banan ölkəsi”mi? Biz öz ərazimizidə yenə “boz zona” yaradılmasına izn verməli, öz əlimizlə Qarabağda təzədən yırtıcı erməni separatizminin toxumlarını səpməliyik?!

Xeyr. No. Nayn. Net!

Ona görə Azərbaycan rəhbəri Qranada bəyannaməsinə imza ata bilməzdi. Atmadı da. Bizimlə belə hoqqa və hiylələr keçməz! Qarabağda yalnız Azərbaycanın vətəndaşları, pasportlarımızı daşıyanlar yaşayacaq və nida işarəsi! Həm də özlərinin bütün hüquqları və qanun qarşısında bərabər məsuliyyətləri ilə birgə.

Deməli, ermənilər şərtlə qayıda bilər, qeyd-şərtsiz yox! Konstitusiyamızı, bayrağımızı qəbul etməyənlərə Qarabağda yer ola bilməz! Bu bizim vazkeçilməz “qırmızı xətt”imiz, suveren haqqımızdan doğan legitim tələbimiz! Köhnə əyyamlar bitdi. Bunu erməni rəsmilər də, onların havadarları da birdəfəlik sırğa edib qulaqlarından assınlar!..

Təəssüf ki, Ermənistan iqtidarı hələ də küyə gedərək, sülh müqaviləsini aparıb mövcud olmayan “Qarabağ məsələsi”nə bağlayır. Halbuki Bakının irəli sürdüyü 5 baza prinsipini əsas götürməsi kifayətdir. Çünki orada hər şey var. Dağa-daşa çıxmağa, Makronun ayaqqabısını öpməyə lüzum yox.

Özləri bilər. Vaxtı uzatmaqla kapitulyant tərəf ən böyük pisliyi öz xalqına edir. Eyni zamanda, növbəti tarixi yanlışa yol verir. Ona görə ki, sülh müqaviləsinə hamıdan çox sıravi erməninin ehtiyacı var. Harada yaşamasından asılı olmayaraq...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости