Свобода людям, независимость нациям!

Moskvadan separatçılara yeni təlimat - Şuşa yaxınlığında "təlim" təsadüfmü?

2109 30.04.2023 16:37 Колумнисты A A

Aprelin 23-dən - Laçın yolu faktiki tam nəzarətimizə götürüləndən sonra separatçı-kriminal ünsürlər üçün gerisayım başlayıb. Daha onları rusların yeni “sülhpərvər” komandanı, arvadı erməni olduğu deyilən general Aleksandr Lentsov da xilas edə bilməyəcək. Məsələ artıq onluq deyil, çoxdan deyil.

Yeri gəlmişkən, təzə komandan günlər öncə Moskvadan Qarabağa göndərilsə də, hələ ki, Bakıya gələnə oxşamır. Halbuki Xankəndində əlüstü oyuncaq rejimin başçısı Araik Arutunyan və onun kriminal dəstəsi ilə görüşüb, ardınca yenə Bakı əvəzinə, İrəvana yollanıb. Ermənistan müdafiə naziri Suren Papikyanla bir araya gəlib.

Hər şeyi öz adı ilə çağırsaq, bunun adı Azərbaycana qarşı açıq de-marş, revanşist-separatçılara isə reveransdır. Sonuncuların çörəyinə “yağ sürtmək”, onları Bakıya qarşı qızışdırmaq, ermənilərə yeni “muncuq” vəd eləməkdir.

Təsadüfi deyil ki, Lentsovun separatçılarla görüşündən cəmi bir gün sonra rus “sülhməramlıların” müvəqqəti məsuliyyət zonasında separatçıların hərbi hazırlığı ilə bağlı video yayılıb. Həmin video Xankəndi şəhərinin cənub-qərbində yerləşən qanunsuz silahlıların “hərbi hissəsi”nin ərazisində lentə alınıb.

“Land Of Fire” kanalının məlumatına görə, ərazi ordumuzun Şuşa şəhərindəki mövqelərindən cəmi 5 km şimalında yerləşir. “Hərbi hazırlıq kursu”nun koordinatları da bəllidir: 39°48'46.18"N 46°44'45.94"E

Sözsüz ki, Azərbaycan Müdafiə Nazirliyi baş verənlərdən hamıdan yaxşı məlumatlıdır və ölkə siyasi rəhbərliyi lazım bildiyi tarixdə və saatda bu cinayətkarların topasının layiqli cavabını verəcək. Artıqlaması ilə.

Bu onların axırıncı çırpıntılarıdır. Qoy, rus İvana güvənib bir az da “dövlətcik-dövlətcik” oyunu oynasınlar, şellənsinlər. “Stəkanda fırtına” yaratsınlar. Ancaq 23 apreldən sonra “nəfəslikləri” bütünlüklə bizim əlimizdə! Qalır, sıxıb canlarını almaq.

Sıxıb boğmaya da bilərik, əgər ağıllı olsalar. Yəni durumu erməni qafası ilə deyil, normal insan başı ilə dəyərləndirib çıxış yolunun yalnız təslimiyyətdə olduğunu anlasalar. “Qılınclarını” boyunlarından asıb Azərbaycan dövlətindən əfv diləməyə başlasalar. Vaxt gedir. Saat tıqqıldayır...

Əlbəttə, “İlana zəhər verən kərtənkələlər” olmasa, “Şeytan yuvası”ndakı quldurların işini çoxdan bitirərdik. Bəlli ki, buna ən böyük əngəl Qarabağdakı erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyasından od sudan qorxan kimi qorxan Rusiyadır.

173b00f0-a11d-41c1-b1cd-4594eb38a702.jpg (42 KB)

Amma nə vaxtadək? Axı Rusiyanın özü üçün də “qum saatı” işə düşüb. Uzağı, iki il yarım sonra “çağırılmış qonaqlar”ın ərazimizdə qalma müddəti bitəcək. Yəni “İvan, idi domoy!”, “Dığa, idi süda!” deməyin son tarixi də məlum.

Ümid edək ki, heç olmasa, aradakı müddətdə ruslar özlərini adekvat aparacaqlar. Əks halda, torpağın qanuni yiyəsi durur, “Ağa durur, ağacan durur”. Moskvada gərək unutmasınlar ki, 2012-ci ildə Qəbələ RLS-in ləğvi haqda qərar verən şəxs bu gün də Azərbaycanın rəhbəridir...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости