Свобода людям, независимость нациям!

İşğaldakı kəndlərimizi boşaltmaq üçün “qum saatı” işə salındı

2136 19.03.2024 14:13 Колумнисты A A

Artıq heç kimdə şübhə yoxdur ki, tezliklə ən azı Qazaxın 4 kəndində bayrağımız dalğalanacaq. Ermənistan 2020-ci ilin 10 noyabr bəyannaməsində işğal altında ərazilərin dərhal azad olunması ilə bağlı üzərinə götürdüyü öhdəliyi qulaqardına vurmağa çox çalışdı, amma gördü ki, yox, Azərbaycanın diqqətini yayındıra bilməyəcək, Prezident Əliyev dedi, qurtardı!

Bundan əvvəl Azərbaycan Prezidenti Ermənistana kəndlərin qaytarılması ilə bağlı yol xəritəsi də təklif etmişdi, əvvəlcə anklav olmayan kəndlər azad edilir, sonra da...

İLHAM YENİ SON.jpg (328 KB)

Bəli, Bakıda edilən səfərlərdən sonra İrəvana enən qərbli diplomatlar Paşinyana başa saldılar ki, nala-mıxa vurmağın yeri yoxdur, bu dəfə də Azərbaycanın səbrini daşırsa, komando birlikləri Zəngilandan vurub, Ordubadda dayana, Göyçə gölünün sahilində qarmağına balıq düşməsini gözləyə, İstisuda məskən sala, Qafana, Mehriyə enə bilərlər! Bundan əvvəl nələr baş verib, unutmayıblar yəqin. Hər təxribatın qarşılığında Azərbaycan ordusu elə strateji yüksəkliklərə nəzarəti ələ keçirdi ki, daha düşmən ovuc içində qalmış kimidir. Nə Avropa İttifaqının missiyası (oxu: missionerləri) köməyə çatdı, nə fransızlar, nə hindlilər, nə də...

Odur ki, artıq Nikol Paşinyan qollarını çirməyib işə girişib. Anlayır ki, Azərbaycanın guya 31 erməni kəndini nəzarətdə saxlaması ilə bağlı düşük iddia keçərli olmayacaq, bir az ciddi olmaq lazımdır. Paşinyanın 18 martda başının dəstəsi ilə Azərbaycanla şərti sərhədlərə gəlməsi, Tavuş rayonu ərazisində görüş keçirməsi, Azərbaycanın anklav və anklav olmayan kəndləri ilə bağlı müzakirələr açması da çıxılmazlıqdan irəli gələn addımdır.

TAVUS.jpg (17 KB)

Kifayət qədər açıq danışıb. “İrəvan sərhəd kəndləri məsələsində Bakı ilə güzəştə getməsə, bir həftə sonra müharibə başlaya bilər” - deyib erməni baş nazir. Paşinyan bildirib ki, İrəvan sərhədyanı kəndlərlə bağlı Bakı ilə razılaşmasa, hadisələrin bu cür inkişafı mümkündür: “Gedək deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq. Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”. Ərazilərin qaytarılmasının zərurət olduğunu kifayət qədər ciddi arqumentlə əsaslandırıb da. Bildirib ki, silahlı münaqişədən sonra yerli sakinlər ondan hərbi əməliyyatlar təhlükəsi barədə məlumatı olub, onları niyə əvvəlcədən xəbərdar etmədiyini soruşacaqlar. Bəli, necə ki, Şuşa azad olunandan sonra eyni sualı verirdilər Paşinyana. Necə ki, Xankəndi və digər ərazilərdəki cinayətkar rejim məhv ediləndən sonra Ermənistan hakimiyyətini xəyanətdə ittiham edən revanşistlər müxtəlif iddialarla çıxış edirdilər. İndi də Paşinyan hamını qabaqlayaraq özü gəlib Azərbaycanın tarixi ərazilərində yaşayanların yanına və deyib ki, bu ərazilər bizim xəritədə yoxdur, olmayacaq, təhvil vermək lazımdır, demək məndən, sonrasını özünüz bilərsiniz!

Erməni mediası kifayət qədər maraqlı detalları tirajlayıb. Paşinyan Tavuş vilayətindəki Kirants kəndinin sakinləri ilə görüşündə deyib: “Bu söhbət asan deyil. Söhbət təhlükəsiz, firavan, güclü dövlət və nikbin gələcəyə malik olmaqdan gedir, amma fərqlə ki, bu gün çətin məsələləri müzakirə etməyi bacarmalıyıq. Bilirsiniz ki, Ermənistan kifayət qədər ciddi təhlükəsizlik problemləri ilə üz-üzədir, mən də bir neçə gün əvvəl keçirdiyim mətbuat konfransında demişdim ki, məncə, təhlükəsizlik problemlərimizi həll etməyin ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, biz yalnız öz resurslarımıza, öz gücümüzə arxalanmalıyıq. Bizim ixtiyarımızda olan resurs, alət legitimlikdir. Biz fəal olmalıyıq ki, Ermənistanın sərhədləri bu beynəlxalq səviyyədə tanınan ərazi daxilində bərqərar olsun”.

NİKOL SAAT.jpeg (111 KB)

Ermənistanın baş naziri özü ilə gətirdiyi Ermənistan xəritəsinin maketini bir daha göstərərək deyib: “Mən bura ona görə gəldim ki, demarkasiya prosesi bəzi yaşayış məntəqələrimiz üçün müəyyən problemlər yarada bilər, amma digər tərəfdən deməyə gəldim ki, vəziyyət elədir ki, demarkasiya və delimitasiya prosesinə Bağanisdən başlayaraq ərazilərdən başlamaq daha məntiqlidir. Berkaberə və ya bir az da o tərəfə... Demarkasiya odur ki, xəritədə sərhədin koordinatlarını düzəltmək, delimitasiya isə yerdə durub deməyimizdir: Ermənistan burada başlayır, ya da bitir. Bizim üçün Ermənistanın ərazi bütövlüyünün möhkəmləndirilməsi vacibdir. Bu gün regionun bir sıra ölkələri qarşısında vəzifəmiz belədir: biz istəyirik ki, onlar sazişə əsasən Ermənistan Respublikasının ərazi bütövlüyünü tanısınlar. Amma başqalarının bunu tanımasını istəyiriksə, ilk növbədə özümüz tanımalıyıq. Gəlmişəm deyim ki, gələcəyimizi qurmağın yeganə yolu budur. Hazırda bizim heç kimlə razılaşmamız, qərarımız, sizin bilmədiyiniz heç bir şey yoxdur”.

Kifayət qədər cəsarətli mövqedir. Bəlkə də vaxt gələcək Ermənistanın tamamən məhv olmadığına görə ermənilər Paşinyana təşəkkür edəcəklər. Amma hələ tələsməyək, gözləyək, görək kəndlərlə bağlı mövqe də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməsi, ancaq bunun rəsmiləşdirilməsindən yayınması kimi oyunbazlıq olmayacaq ki? İstənilən halda, artıq seçim etmək zamanıdır. Yeri gəlmişkən, Paşinyanın masasının üzərində 3 “qum saatı” qoyulmuşdu. Niyə iki? Bu da maraqlıdır. Deyəsən, axı, onu və ölkəsini nələr gözlədiyini anlayıb. Yəni kəndləri 4 + 4 prinsipi ilə azad etməyin alternativi yoxdur, yoxsa... “Qum saatları” işə düşüb axı... Sonra gec ola bilər! Vaxtını da özü deyir: 1 həftəyə...

ZAXAR.jpeg (63 KB)

Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında yazıb ki, “Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatının Rusiyaya aidiyyəti yoxdur”. Ardınca isə “Görün, Avropa İttifaqı, NATO və Vaşinqtondan olan yeni kuratorlar məsələni hara gətirib çıxarıblar? Bu bəyanatın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, İrəvandakı mövcud hakimiyyətin müstəsna səlahiyyəti və onların qərblilərlə məsləhətləşmələrinin nəticəsidir”, deyib Rusiya XİN rəsmisi. Düzdür, Rusiyanın Paşinyana bəlli münasibəti var və çox qəzəblidir. Elə Qarabağa görə Rusiyanı ittiham edən ermənilərə də həmişə təxminən “gedin, onu Paşinyandan soruşun”, cavabı verirlər. Bu dəfə də mesaj aydın verilib: “Qərbin sizə xoşbəxtlik gətirəcəyini zənn edirdiniz? Onda gedin Azərbaycanın kəndlərini boşaldın!” Öz işləridir. Azərbaycanın siyasəti aydın, məntiqli və beynəlxalq hüquqa əsaslanır, bir qarış da torpağımız işğal altında qalmamalıdır və NİDA!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости