Свобода людям, независимость нациям!

İşğalçını cəzalandırmağın “cəzası” - Ermənistana bir “muncuq” da verildi

2373 26.01.2024 14:46 Колумнисты A A

Heç kim çörəyi qulağına yemir. Kimsə də bizə demokratiya və insan haqları haqda nağıl, lətifə danışmasın. Fakt budur ki, universal dəyərlərə aid bərbəzəkli, saxta ifadələr altında gizlənən Qərb yenə Azərbaycanı hədəf aldı. Özünün (dünənin) sevimli işğalçısı Ermənistanın, barbar ermənilərin müdafiəsinə qalxdı - bu dəfə Avropa Şurası timsalında.

Gözlənildiyi kimi, ölkəmiz əleyhinə AŞ PA həyasızlığı hayları daha da ruhlandırıb. Bir çoxları bizi hətta tələm-tələsik Rusiya ilə müqayisə edib özlərinə təskinlik tapır. Guya lap az qalıb, Bakıya qarşı sanksiyalar da tətbiq olunacaq. Hərçənd heç özləri buna bir elə inanmırlar. İnşallah, qulaqlarının dibini görəndə sanksiyaları da görərlər...

Əvvələn, Rusiyadan fərqli olaraq, Azərbaycan özü AŞ PA qapısının çırpıb gedib. Əcəb də edib. Biz sizə lazım deyiliksə, pardon, siz bizə dünəndən lazım deyilsiniz. Rusiya isə bəlli ki, qurumu xoşluqla tərk eləmək niyyətində olmayıb.

İkinci yandan, Azərbaycan Rusiya kimi işğalçı dövlət deyil, olmayıb, heç bir ölkəyə hücum edib onun ərazisini də tutmayıb. Ermənistan yox, məhz Azərbaycan beynəlxalq hüquqa daim sayğılı olub. Nə qədər istəyirsiz, “stəkanda fırtına” yaradın, əlahəzrət gerçək dəyişməz qalır.

Üçüncüsü, necə olur Qərb təcavüzkara on illər boyu cəza kəsmədi, amma öz ərazi bütövlüyünü özü bərpa edən, işğalçının başını təkbaşına əzən Azərbaycana alqış əvəzinə, sanksiya tətbiq olunmalıdır? Hansı əsasla? Yalnızca o səbəbə ki, türk-müsəlman dövlətidir? Evə girən oğrunu, qatili ev yiyəsinin cəzalandırması nə vaxtdan qəbahət, cinayət sayılıb? “Avropa dəyərləri” buncamı cılızlaşdı?

Dördüncüsü də var. Azərbaycan əsla tənha, dost-müttəfiqsiz deyil. AŞ PA-nın “cəzası” bundan o yana nə olacaq ki. Avropa Şurası kimi mənasız qurumdan çıxmaqla nə dostlarımız azalacaq, nə də düşmənlərimiz artacaq. Avropa İttifaqına gəlincə, orda da özümüz olmasaq belə, bizi istəyən, haqqı qoruyacaq ölkələr bəs qədərdir. Onlardan birinin vetosu yetər ki, sanksiya təşəbbüsü və şousu durdurulsun...

Odur ki, mənfur qonşular çox hoppanıb-düşməsinlər. Nə qədər özlərini aldadır-aldatsınlar, yeni muncuq”larla təsəlli tapsınlar. Hər halda dünya erməni maraqları yox, milli-dövlət maraqlar üzərində qurulub. Erməni lobbisinin potensialı da sonsuz deyil. Məgər o, Azərbaycanın öz ərazisini işğalçılardan təmizləməsinə əngəl ola, 2-ci Qarabağ savaşını dayandıra bildi?

Bir də ki, “Qafqaz qaraçıları” dünya bazarında öz satış qiymətlərini şişirtməsinlər. Bazar indi başqa bazardır. Hərəyə öz dərisi daha yaxın və qiymətli. “Qədim peşə”nin qədim təmsilçisi olan “qədim millət”in yerə-göyə sığmayan kaprizlərinə görə kimsə öz ayağına güllə atmayacaq, oturduğu budağı kəsməyəcək – hətta Makron Fransası da.

Diqqətçəkicidir ki, erməni mediasında son zamanlar bu xüsusda giley-güzarlar çoxalıb. Yazırlar ki, Fransa, Avropa, ABŞ bəyanatdan o yana keçə bilmir.

Keçməyəcəklər də. Axmaq-zad, mazoxist-altruist deyillər ki? Hər necə olmasa, onların “beyin mərkəzləri” var. Emosiyasız-filansız, hay-küysüz, soyuq başla gəlir-çıxarı hesablamağı bacarırlar. Əminik, kritik anda uçurumun qırağından geri çəkiləcəklər. Fransız təhlilçilərdən birinin dediyinə görə, rəsmi Paris elə bu il ərzində Bakı ilə münasibətləri düzəltmək zorunda qalacaq. Yəni “daşları yığmaq” zamanı mütləq gələcək...

“Makron Ermənistanla bağlı tarixi qərarlardan danışarkən nə ilə fəxr edir? Faktlara baxaq. Fransanın 2020-ci ildə müharibəni dayandırmaq cəhdləri nəticəsiz oldu. Paris 2023-cü ildə Azərbaycanın “artsax”a qarşı təcavüzünü də dayandıra bilmədi. Üstəlik, Makronun təşəbbüsü ilə 2022-ci ilin oktyabrında Praqada Paşinyan “artsaxı” Azərbaycanın bir hissəsi kimi tanıdı”.

Yuxarıdakı sitat radikal erməni yazarlarından birinin məqaləsindəndır.

Ardı da var: “Parisin “tarixi qərarları” və onların Ermənistan üçün müsbət nəticələri nədən ibarətdir? Avropa Birliyinin əhəmiyyətsiz müşahidəçi missiyasında? Ermənistana elə də keyfiyyətli olmayan və çox məhdud sayda çatdırılan silah partiyasında? Senatın “atsax”la bağlı son qətnaməsində? Ancaq 2020-ci ilin noyabrında Fransa Senatı “dqr”in tanınmasının zəruriliyi ilə bağlı qətnamə də qəbul etmişdi. Nə xeyri oldu? Bəlkə Paris Ermənistan sərhədlərinin toxunulmazlığını təmin edəcəyinə söz verib, xəbərimiz yox?”

Və sonda başqa acı etiraf: “Makronun Ermənistan-Azərbaycan münasibətlərində aparıcı vasitəçi olmaq cəhdi bu münasibətlərin normallaşması baxımından nəticə vermədi. Bəlkə də indiki qəliz geosiyasi vəziyyətdə Ermənistan və “artsax” üçün ən yaxşısı o olardı ki, Paris Ermənistan məsələsində çox fəal olmasın...”

Bu qədər. Bizə isə Ermənistan və Qərbə münasibətdə tutduğumuz yeganə doğru, praqmatik yoldan sapmamaq üçün səbirlə işimizə davam edib haqqa inanmaq düşər...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости