Свобода людям, независимость нациям!

İrəvan Bakının uzatdığı əli sıxır? – Sülh müqaviləsinə neçə addım qaldı...

1832 08.12.2023 15:15 Колумнисты A A

Azərbaycan Ermənistana, ümumən erməni xalqına yenə böyük jest elədi. Qanunsuz şəkildə, bütün beynəlxalq konvensiyalar və bəşəri dəyərlər tapdanmaqla saxlanılmış iki əsgərimizin əvəzində 32 erməni diversantını qaytardı.

Cəmi iki nəfərin qarşılığında 32 erməni hərbçisi. Bu, sözsüz ki, Azərbaycan dövlətinin öz vətəndaşına, xüsusən də düşmən əlində olan, barələrində ən absurd, ağlasığmaz həbs cəzaları kəsilən əsir vətəndaşlarına verdiyi qədir-qiymətin təzahürüdür. Eyni zamanda, erməni tərəfinin gerçək xislətini növbəti dəfə ortaya qoyan bir davranışdır. Çünki 44 günlük müharibədən sonra sərhədi azaraq Azərbaycan tərəfə keçmiş təxminən 10-a yaxın erməni əsgərini biz dərhal və qeyd-şərtsiz geri vermişdik. Ermənistan isə eyni yanlışı eləmiş 2 hərbçimizə qarşı necə davrandı, nə cür kəmfürsətlik elədi, artıq məlum...

Ümid eləmək qalır ki, haylar heç olmasa, bu yaxşılığımızı adekvat qiymətləndirəcək, nəinki təzədən eyforiyaya uyaraq, bunu rəsmi Bakının “zəifliyi”, yaxud guya ona təzyiqdən doğan məcburi qərar kimi təqdim edəcək. Belə bir şey yoxdur. Azərbaycan qalib və güclü tərəfdir, bölgənin vazkeçilməz, açar ölkəsidir. Gündəmi də, şərtləri diktə edən odur.

esirler-1701972006.jpg (153 KB)

Qoy kimsə də illüziyaya qapılmasın. Ələlxüsus Bakıda məhkəmələri gözlənilən xunta rejiminin keçmiş rəhbərləri ilə bağlı. Neçə vaxtdır Qərbin ermənipərəst çevrələri dəridən-qabıqdan çıxsa da, cürbəcür əsassız qətnamələr icad eləsə də, bu kriminal ünsürləri “siyasi məhbus” kimi qələmə verə bilməyəcəklər.

İndi də hiyləgərcəsinə iddia eləməyə başlayıblar ki, guya həmin separatçı-banditlərin azad edilməsi də sülhə töhfə olardı. Əsla. Tam əksinə, bu, sülhə deyil, müharibəyə, separatizmə xidmət olardı. Onların layiqli cəzalarına çatdırılması məhz elə regionda sülh naminə gərəkdir. Çünki əmr qulu olan sıravi erməni hərbçi-diversantlardan fərqli olaraq, bunlar dövlətimiz əleyhinə silahlı müqavimətin, talançılığın və etnik təmizlənmələrin təşkilatçıları, sponsorlarıdır, xalqımıza qarşı ağır cinayətlər törədənlərdir.

Bu cinayətkarları digərləri ilə necə eyniləşdirmək olar? İstisna deyil ki, nə vaxtsa Azərbaycan rəhbəri onlardan hansısa birinə qarşı və nəyinsə qarşılığında müəyyən yumşalmaya getsin, bu, yenə Prezidentin müstəsna hüququdur. Ancaq biz başqalarına ibrət olsun deyə, oyuncaq rejimin başında duranların islah olunduğuna əminlik hasil eləməliyik. Bundan ötrü ən yaxşı yer türmədir.

Yox, əfv edək, getsinlər özlərini qalib ədası ilə aparsınlar, Azərbaycana qarşı yeni separatçı hərəkatlar, silahlı birliklər yaradıb təzədən üstümüzə gəlsinlər. Kim zəmanət verər ki, belə şey olmayacaq? Ona görə də onlar hələ uzunu müddət bizim “qonağımız” olacaq. Bu, bizim “qırmızı xət”lərimizdən biri...

Təbii ki, Nikol Paşinyan da bunun fərqindədir. Digər amillər öz yerində, həm də o səbəbə Nikol Bakıdan onların xahişini eləmir. Bilir ki, mənasızdır. Bilmədiyi isə odur ki, Azərbaycan və Ermənistan arasında Bakının 5 baza prinsipi əsasında sülh müqaviləsi imzalanmayınca, başqa sözlə, İrəvan ərazi iddiasından rəsmən imtina eləməyincə, erməni xalqı, onun rəhbərləri belə qəliz və rüsvayçı durumlarla hələ çox üzləşəcəklər.

b5f2428e8ecba6063d6a8efbb1288cbd.jpg (285 KB)

Təəssüf ki, sülh sənədi ilə bağlı erməni tərəfdən yalnız quru sözlər eşidirik. Bu da daşdan keçən daha bir dəlil. Dünən məlum olub ki, Ermənistanın 2024-cü il üçün müdafiə xərcləri ÜDM-in 5,3%-ni təşkil eləməklə rekord həcmdə - 1 milyard 377 milyon dollar müəyyən olunub. Bu, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulan müdafiə xərclərindən 7% çoxdur. Sual yaranır: qonşuları ilə sülh istədiyini bəyan edən kasıb ölkənin öz əhalisinin boğazından kəsib bunca hərbi büdcə formalaşdırması hansı məqsəd daşıyır? Bunu sülhə hazırlıq saymaq mümkünmü?

Ya bəlkə müdafiə naziri Suren Papikyanın, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 2023-cü il ərzində “həftə səkkiz-mən doqquz” Parisə, Dehliyə, Vaşinqtona elədikləri səfərləri bölgədə sülhü möhkəmlətmək naminə olub? Yenə əksinə, açıq-aşkardır ki, kapitulyant ölkə öz havadarlarına güvənərək və sülh danışıqlarını imitasiya eləmək hesabına vaxt udub təzədən toparlanmaq, silahlanmaq, Azərbaycanı təxribata çəkmək niyyəti güdür. Amma Bakı iki gün öncə bir daha sərt xəbərdarlığını edib.

“Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar”.

Bunu İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən Forumda bildirib. Prezident qeyd edib ki, Ermənistan ola bilsin, həmin silahlar hesabına “Dağlıq Qarabağ”ı təzədən işğal edəcəyini düşünür: “Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min fərarisi olub. Yəni onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.

İş də ondadır ki, azacıq ağılları qalıbsa, yeni-yeni fərarilər, Bakı türmələrinin “sakinləri”nə çevriləcək yeni-yeni separatçıların peyda olmasını istəmirlərsə, ən mühümü, erməni anaları yeni sink tabutlar arzulamırsa, İrəvan təcili Bakının uzatdığı barışıq əlini sıxmalıdır. Vaxt bitir...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости