Свобода людям, независимость нациям!

Əzizim Azərbaycanımın – "Əsrimizin Səyavuşunun" yalnızlıq və qəribliyi

1692 07.08.2022 22:43 Колумнисты A A

Fəryad edənlərin dadına çatan, əziz Rəbbimizin adı ilə!

Desəm ki, bu yazı hər zaman içimdədir – mübaliğə etmiş olmaram. Son günlər inanclı insanlara kimlərinsə "vətənpərvərlik dərsi" keçməsi, yazının qələmə gəlməsini zəruri etdi.

*

1980-lərdə dəyərli Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Səyavuşunu" yeniyetmə ikən oxuyan zaman, öz dalğamı hiss etmişdim.

Eyni dalğanı "Sonuncu mogikan" əsərində Unkasın obrazını kəşf edəndə duymuşdum.

İllər sonra Aşura məktəbi ilə tanış olanda, bu dalğanı tam şəkildə və bütün məzmunu ilə duymağa müvəffəq oldum.

Bu, insan vicdanının məna və hikmət axtarma dalğasıdır.

*

"Qalx ayağa millət, boğmasınlar səsimizi.

Bir bayraq altında birləşdir bizi".

Keçən əsrin 80-lərinin "perestroyka" gündəmi idi. Mərdəkanda, doğma baba bağımızda hörmətli dayım Kəmaləddin Mircəfərovla bu marşın sözlərini sevərək oxuyurduq.

İllər öncə

"Взвейтесь кострами, синие ночи.

Mы пионеры - дети рабочих" marşları ilə boyuyən bir yeniyetmə üçün, bu bir katarsis idi, yenidənyüklənmə idi, özünü tapma idi.

Bu, həmin dalğa idi.

Azadlıq meydanında gördüyümüz bayraq haqqında meydanda öyrəndiyimiz marşda – özünəqayıdış dalğası.

*

"Əziz xalqım, bizim heç kimimiz yoxdur. Bizim yalnız Allahımız var!"Azadlıq meydanı. Tribunada rəhmətlik Vaqif Səmədoğlu çıxış edir. O, bir ziyalıdır. Hər sözünün çəkisi və ağırlığı var.

İlk dəfə bu cür yanğı və səmimiyyətlə "bizim yalnız Allahımız" var söyləməsindən, həmin dalğanı hiss edirəm.

Bu, həmin dalğadır. İnsanın Rəbbini axtarış hayqırtısı və Ona sığınması dalğası.

Yazının ardı olacaq...

P.S.

"Su ardınca getmişdi Əbəlfəzl Abbas. Fərata çatdı. Neçə gün idi, susuz idi. Özü içmədi. Susuz, teşnələb körpələrinin halını duyarkən, su içməyə həya etdi, o, böyük insan".

Bu gün Tasuadır. Zikri-musibətlərdə Həzrət Əbəlfəzl Abbasın (ə) günü. Uşaqlıqdan adını eşitmişdim. Mənəviyyat, cəngavərlik, qəhrəmanlıq, fədakarlıq ünvanı.

Bu, həmin dalğadır – həya və abır dalğası.

Salam olsun sənə, ey qollarını fəda etmiş Həzrət Əbəlfəzl Abbas (ə)!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости