Свобода людям, независимость нациям!

Ermənistanın “boyunu aşan” iddia – Paşinyan yenə rüsvay oldu

3176 07.11.2023 15:30 Колумнисты A A

Qulaq hər gün bir erməni həyasızlığı haqda eşitməsə, yəqin ki, kar olar. Terrorçulara ucaldılan heykəllərin qoruğuna çevrilmiş Ermənistandan növbəti heyrətamiz xəbər gəlib. Ölkənin İstintaq Komitəsi 44 günlük müharibə ilə bağlı “cinayət işi” çərçivəsində dünya hüquq elmini ələ salan addım atıb: Azərbaycanın hərbi-siyasi və ordu rəhbərliyinin 20 (!) nümayəndəsinə qarşı “cinayət işi” açıb.

Burda deyiblər, “oğru elə bağırdı ki...” Yaxud “qara məni basınca...”

Sırtıqlığa bax, qonşu ölkənin 20 faiz torpağını 30 il işğal altda saxlayasan, BMT TŞ-nin 4 məlum qətnaməsini vecinə almayıb orda etnik təmizləmələr, soyqırımları, urbisid, ekosid həyata keçirəsən, üstəgəl, 44 günlük müharibə zamanı dinc Azərbaycan şəhərlərini raket yağısına tutasan və bütün bu bəşəri cinayətlərə görə cavab vermək əvəzinə, belə bir şeyi ağla gətirəsən! Gerçəkdən, mayası şeytan materialındandır bu məxluqların!..

Əvvəla, 44 günlük müharibə Azərbaycan ərazisində gedibsə, sərhədlərimizdən kənara bir güllə atılmayıbsa, hansı məntiqlə Ermənistan İstintaq Komitəsi bu cür sarsaq qərar çıxarır? Yoxsa Qarabağı hələ də özlərininki sayırlar?

Yəqin ki. Yeri gəlmişkən, kapitulyant ölkənin hazırkı konstitusiyasında keçmiş DQMV Ermənistan hesab edilir. Elədirsə, üzdəniraq İstintaq Komitəsindən nə gözləyirik ki? Yəni bir sərsəmlik digərini, bir qanunsuzluq başqasını doğurur və beləcə, zəncirvari şəkildə davam edirlər.

Təsadüfi deyil ki, 2-ci Qarabağ savaşındakı rüsvayçı məğlubiyyətə görə Ermənistanın ovaxtkı müdafiə naziri David Tonoyan başda olmaqla, neçə-neçə yüksək cinli hərbçi və qeyri-hərbçi həbsdə yatır. Onların arasında Qarabağ doğumlular da var. Bəs deyirdiniz Azərbaycanla vuruşan “atrsax özünümüdafiə ordusu”dur, nə bilim, “bu torpaq iddiası deyil, öz müqəddəratını təyinetmə davasıdır”, daha nələr, nələr. Hanı bəs?..

Sadalananlar Ermənistanın işğalçı mahiyyətini birər-birər təsdiqləməklə yanaşı, onun Azərbaycana qarşı torpaq iddiasında qaldığını qabarıq şəkildə ortaya qoyur. Həm də rəsmən! Çünki Ermənistan İstintaq Komitəsi mifik “artsax institutu”-zadı deyil, beynəlxalq birlik tərəfindən tanınmış, BMT üzvü olan bir dövlətin qurumudur.

Komitənin qərarının digər adı isə hüquqi özünü-ifşadır. Azərbaycan yəqin ki, beynəlxalq hüquqa meydan oxuyan bu qəbil faktların hamısını yığıb qarşı tərəf əleyhinə əlavə və tutarlı dəlillərə çevirə biləcək...

Həmçinin Bakıda məhkəməsi başa çatmaqda olan Meşəli hərbi canisi Vaqif Xaçatryanla bağlı Ermənistanda qaldırılan hay-küy bu xüsusda karımıza gələ bilər. Necə?

Ermənilər neçə vaxtdır utanıb-qızarmadan bildirir ki, guya V.Xaçatryan oğurlanaraq Bakıya aparılıb və o, Azərbaycan yox, Ermənistan vətəndaşıdır. Avropa İnsan Haqları Məhkəməsinə bu itlə bağlı şikayət də eləmişdilər - təbii ki, nəticə olmadı.

Yaxşı, bu şərəfsiz Ermənistan vətəndaşıdırsa və ya idisə, Azərbaycanda, Qarabağda nə ölümü var idi? Sərhədimizi qanunsuz şəkildə niyə və necə keçmişdi? (Hərçənd o, Azərbaycan SSR-in sakini olub). Ən mühümü, cinayət əməllərini o harada törədib – Azərbaycanda, yoxsa Ermənistanda? Olmaya yenə Qarabağı özünüzünkü sayırsız? Müxtəsəri, yenə hüquqi nihilizm məsələsi...

Və sonda. Aydındır ki, ölkənin şəriksiz rəhbəri Nikol Paşinyanın şifahi göstərişi olmadan Ermənistan İstintaq Komitəsi özündə bu cəsarəti tapa bilməzdi. Demək, İrəvanın Bakı ilə sülhdə maraqlı olmadığı bir daha təsdiqini tapmış olur.

Az öncə Nikolun “xeyir-duası” ilə hökumətin, ardınca Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu (Əsasnamə) təsdiqləməsi də eyni məqsədə hesablanıb: sülh müqaviləsinə zəmin yaradacaq etimad mühitini korlamaq. Çünki Statuta qoşulmaqda əsas hədəf guya Azərbaycanın hərbi-siyasi rəhbərliyinə daxil olan bir sıra şəxslərə qarşı cinayət təqibinə nail olmaqdır. Halbuki hər şey qırağa, Azərbaycan bu Statuta qoşulmayıb, o səbəbə BCM-nin qərarlarının ona heç bir dəxli yoxdur, olmayacaq!

Yerdə nə qaldı? O ki, cənab haylar, əgər dünyanın siyasi xəritəsində “Ermənistan” adında dövlətin simvolik də olsa, qalmasını istəyirsinizsə, nə qədər gec deyil, ağlınızı başınıza yığın. Sizə yalnız bəlalar gətirmiş iddialardan, mif və arzulardan, xəbislikdən əl çəkin. Axı, bu, sizin - miskin bir ölkənin və toplumun uda biləcəyi “tikə” deyil. Həddinizi və yerinizi bilin!..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости