Свобода людям, независимость нациям!

Ermənistan qurbanlığa hazırlanır – Yenə müharibəyə “hamilədir”

1771 14.11.2023 14:32 Колумнисты A A

Ermənistan rəhbərliyi sadəlövhcəsinə Qərbdə özünə çoxlu dost-müttəfiq tapdığını düşünür, bunun eyforiyasını yaşayır. Proseslərin içində olanlara isə gerçək bəlli: bu, tərtəmiz görüntüdür, illüziyadır, ilğım-mirajdır.

Doğrudan da Paşinyan hökumətinin boş bəyanatlarına rəğmən, İrəvan Rusiya orbitindən ötən 5 il yarımda bir qarış belə uzaqlaşa bilməyib. Rusiya hərbi bazası yenə Gümrüdədir, Ermənistanın Türkiyə və İranla sərhədlərini yenə İvan qoruyur, hətta İrəvandakı beynəlxalq hava limanına Rusiya FTX-sı (“FSB”) nəzarət edir. Ölkə günü bu gün də Moskvanın iqtisadi-energetik (qaz) asılılığındadır. Kapitulyant ölkə Putin layihələri olan nə KTMT-dən, nə də Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqından çıxıb. Yerə nə qaldı?

O ki, “utanmasan, oynamağa nə var”...

Bu yandan da ABŞ-da yaxınlaşan prezident seçkilərindən dolayı Ermənistanda “Tramp xofu” yaşanmaqdadır. Yerli politoloq Ayk Martirosyanın bu xüsusda xəbərdarlığı diqqət çəkir. Sitat: “Trampın Ağ Evə dönüşü real görünür. Blinken Ermənistanı hər vasitə ilə müdafiə etdiyi halda, Tramp administrasiyası altında ABŞ-ın Ermənistanın müdafiəsi sıfıra enəcək. O, yox olacaq və tamamilə dayanacaq. Ermənistan öz taleyinə təslim olacaq. Bayden qalib gəlsə, o zaman Ermənistanın varlığı bir qədər də sürəcək. Bu, növbəti neo-respublikaçı Trampın Ağ Evə girməsinə qədər davam edəcək. Həmin gün mütləq gələcək. Çıxış yoxdur. Başqa çıxış yolu var: ölkəni tərk etmək. Vətəni tərk etmək. Tarixdən çıxmaq”.

Yəni anlatmaq istəyir ki, “Tramp qayıtsa, batdıq”. Məgər batmamısınız ki? Bundan da miskin və rəzil durum? Hələ də dərs almadınız?..

Təlaş boşuna deyil, şübhəsiz. Tramp administrasiyası həqiqətən Amerikanın erməni lobbisindən ən az asılı olan, yaxud olmayan yeganə administrasiya kimi yadda qalıb. Bayden hökuməti isə əksinə. Təsadüfi deyil ki, qondarma “erməni soyqırımı” məhz Co Bayden Ağ Evə sahiblənəndən bir qədər sonra ilk dəfə rəsmən tanınıb, təsdiqlənib.

Bunu da yada salaq ki, 44 günlük Vətən müharibəsi (2020-ci ilin payızı) ABŞ-da növbəti prezident seçki kampaniyasının ən qızğın dövrünə, “baş qarışan vaxta” təsadüf eləmişdi. Yəqin ki, Bakı zaman faktorunu da boşuna seçməyib.

Əlbəttə ki, erməni lobbisinə Co Bayden və komandası xeyli yaxın, doğmadır. Ümumiyyətlə, ənənəvi olaraq Amerikada Demokrat Partiyası haylara və onların maraqlarına güclü həssasiyyəti ilə seçilir. Hərgah o da var ki, ordumuzun Qarabağda apardığı 23 saat 51 dəqiqəlik antiterror tədbirləri Baydenin dövründə uğurla həyata keçib...

Bütövlükdə “erməni məsələsi”ndə ABŞ hökumətləri bizdən nə ala bilərdisə alıb, bizə hansı ziyanı vura bilərdisə vurub. Sonrası təfərrüat, ikinci, üçüncü, dördüncü dərəcəli şeylər. Qoy separatçı kriminal rejimə on illərdir dövlət səviyyəsində ayırdıqları yardımlarını indi Qarabağdan Ermənistana köç eləmiş ermənilərə ayırsınlar, lap onları ABŞ-a gətirib status versinlər, Amerikada “artsax” yarasınlar. Bizə isti-soyuqluğu yox, təki şərlərini Azərbaycandan uzaq eləsinlər.

Əsas odur ki, Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü tam bərpa edib. Heç bir ölkənin ərazisinə girmədən, beynəlxalq humanitar hüququ pozmadan, mənfur toplum kimi etnik təmizləmələr, digər vandalizm aktları törətmədın, dinc əhaliyə, mülki infrastruktura xətər yetirmədən. Zərgər dəqiqliyi ilə, hərb tarixinə düşən bir ustalıqla, peşəkarlıqla.

Ola bilsin hayları hərləməyən Trampın Ağ Evə qayıdışı gerçəkdən erməniləri daha da üzəcək, ümidsiz hala gərirəcək. Ancaq təkrar edirik, ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycan heç vaxt öz ərazisinin bir sm-ni belə siyasi bazarlığa çıxarmayaq. 30 illik erməni işğalı dövründə edilən təzyiqlərə dözdüksə, bundan sonrakılara da dözərik? Ancaq ermənilər və onların xaricdəki havadarları bilsin: Azərbaycan öz ərazisində erməni separatizminin hər hansı formada, təzədən dirçəlməsinə imkan verməyəcək! Xülyalarla yaşayanlar üzlərinə vaxtaşırı soyuq su vursunlar...

FRANC.jpeg (56 KB)

Əfsus ki, indi də Fransa başda olmaqla bəzi Qərb dövlətləri öz məkrli məqsədləri naminə Ermənistanı Azərbaycan əleyhinə silahlandırmağa çalışır, bölgədə əsas fitnə-fəsad mənbəyi olan bu cırtdan ölkəni kiriməyə qoymurlar. Özü da bunu riyakarcasına “sülh çuxasına” bürünərək edirlər. Belə görünür, kapitulyant ölkə yenə müharibəyə “hamilədir”.

Ayağı sürüşkən, çörəyi dizi üstdə olan ermənilər də olmayan papağını göyə atıb sevinirlər. Zənn edirlər ki, bütün bu məkrli oyunlar, Qərb təşkilatlarında Paşinyana həvəslə tribunalar verilməsi, qucaq açılması, başının sığallanması, “ayaqlarının isti suya qoyulması” erməniyə böyük sevginin nəticəsidir və ona rifah, xoşbəxtlik, dinclik gətirəcək. Əslində isə Ermənistan qurbanlıq üçün hazırlanır, intihara sürüklənir, xəbərləri yox...

Zaman-zaman yazmışıq, yenə yeri gəlib vurğulayaq: Ermənistan ən əvvəl qonşu Azərbaycan və Türküyə ilə dil tapmadan, bu iki dövlətlə beynəlxalq hüquqa əsaslanan sülh müqavilələri imzalamadan təhlükəsiz, qorxu-ürküsüz var ola və inkişaf yoluna çıxa bilməyəcək! Bu, 2 x 2 = 4 qədər bəsit həqiqət.

Odur ki, cənab haylar, “mamaçalar”a çox da güvənməyin, güc həmişə doğana düşüb və düşəcək! Ələlxüsus təcrübəsiz “mamaçalar”a...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости