Свобода людям, независимость нациям!

“Ədalət olmadan etimad, etimad olmadan barışıq mümkün deyil” FOTO

945 27.02.2023 13:53 Страна A A

Avropalı hüquq müdafiəçiləri Xocalının 9 kilometrliyinə gələrək beynəlxalq aləmə çağırış ediblər.

Musavat.com xəbər verir ki, Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanda səfərdə olan “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının (Khojaly: Reconcile to Recognize Coalition) nümayəndələri fevralın 25-də Ağdama səfər ediblər. Hüquq müdafiəçiləri buradan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xocalıların kütləvi qətliama məruz qaldığı Xocalı və Ağdam şəhərləri arasında yerləşən “Ölüm dəhlizinə” gedərək soyqırım qurbanlarını anıblar.

Məlum olduğu kimi, silahlı erməni terrorçuları 25 fevral gecəsi Xocalıya hücum edərkən Ağdam yolunu “humanitar koridor” elan etmiş, lakin elə həmin koridorda hərəkət edən yüzlərlə dinc yerli sakini qətlə yetirmişdilər.

Hazırda Xocalı rus sülhməramlılarının nəzarət zonasında olsa da, bədnam erməni “koridorunun” bir hissəsi artıq azad edilib. Əcnəbi hüquq müdafiəçiləri məhz bu əraziyə gələrək buradan koalisiyanın bəyanatını oxuyub, daha sonra isə sülh rəmzi hesab olunan zeytun ağacı əkiblər.

WhatsApp Image 2023-02-27 at 13.40.21.jpeg (320 KB)

Beynəlxalq hüquq müdafiəçiləri koalisiyasının hazırladığı bəyanatda qeyd olunur ki, “Human Rayts Votç (HRW) və Memorial kimi beynəlxalq qurumlar tərəfindən də burada beynəlxalq humanitar hüququn açıq pozulması – mülki şəxslərin canlarını qurtarmaq istərkən güllələnərək öldürüldüyü faktlarla təsdiq edilib və sənədləşdirilib”.

Bundan başqa, Koalisiya üzvü olan əcnəbi hüquq müdafiəçiləri Xocalı faciəsinin şahidləri ilə də görüşüblər. Məşhur hüquq müdafiəçisi, “Srebrenitsa Anaları” Assosiasiyasının sədri, özü Srebrenitsa qətliamı zərərçəkənlərindən olan Munira Subaşiçin Xocalıda əsir götürülmüş, qanlı hadisə zamanı 3 günlük qızını itirmiş Mehriban Vəkilova ilə təsirli söhbəti o gecə bütün insani dəyərlərin erməni vandalizmi tərəfindən tapdaq altına atıldığının daha bir sübutu oldu.

Hüquq müdafiəçiləri Xocalının cəmi 9 km-liyində yerləşən “Ölüm dəhlizi”ndə günahsız qurbanların xatirəsinə ithaf olunmuş zeytun ağacı əkib. Ağacın yanında isə Koalisiyanın şüarı olan “Ədalət olmadan etimad, etimad olmadan barışıq mümkün deyil”  (“Without justice there's no trust, without trust there's no reconciliation”) yazılmış poster yerləşdirilib.

WhatsApp Image 2023-02-27 at 13.40.21 (1).jpeg (220 KB)

Mərasimdə Koalisiyanın birgə bəyanatını İtaliya İnsan haqları Federasiyasının sədri Antonio Stanqonun  səsləndirib. Bəyanatda qeyd olunur ki, sülhə gedən yol ədalətdən keçir və qalıcı sülhə yalnız keçmişdə baş vermiş hərbi cinayətlərin nəticlərinin aradan qalxması ilə nail olmaq olar.

Sitat: “Bu gün biz Xocalının 9 km-liyindəyik, “ölüm dəhlizinə” çevrilmiş dırnaqarası “humanitar dəhlizdəyik”. Səfərimiz bu torpaqlar azad edildiyi üçün mümkün olub. Biz yaxında belə anım mərasimlərini Xocalıda keçirəcəyimizə də əminik. Münaqişənin bitdiyi, Azərbaycan və Ermənistan liderlərinin regionda sülh erasının başladığını elan etdiyi bir şəraitdə beynəlxaq vətəndaş cəmiyyəti üçün də hərəkətə keçmək zamanıdır. Bu cəhdlər cəzasızlıq və susqunluğa son verilməsi, Xocalı barədə ədalətə nail olması və yalnız belə bir sağlam əsasda sülhün əldə olunmasını hədəfləməlidir” – deyə bəyanatda qeyd olunur.

Bundan başqa, avropalı hüquq müdafiəçiləri Ağdam Cümə məscidini və Ağdam Şəhidlər xiyabanı ziyarət edərək burada dəfn edilmiş faciə qurbanlarının ruhlarına dualar oxuyublar. Ağdama səfər çərçivəsində qonqalara Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəliyində keçirilən görüşdə Qarabağda dini və mədəni abidələrin bərpası ilə bağlı aparılan işlər barədə məlumat verilib.

Qeyd edək ki, fevralın 26-da “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyası üzvləri, eləcə də yerli və xarici mətbuat nümayəndələrinin iştirakı ilə “Keçid ədaləti və dayanıqlı sülh” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən Beynəlxalq Koalisiyanın üzvləri dünən Xocalı-Ağdam yolundakı “Ölüm dəhlizi”nə təşkil olunan yürüş barədə öz təəssüratlarını bölüşüblər.

“Srebrenitsa Anaları” Assosiasiyasının sədri Munira Subaşiç Xocalı ilə Srebrenitsa faciələrinin mahiyyət olaraq eyni cinayət olduğunu qeyd edib. “Bizim dünən heç kimə aman verilməyən o “Ölüm dəhlizi”ndəki faciədən sağ çıxanlarla söhbət etmək imkanımız oldu. Biz həmin “humanitar dəhlizdə” cəmi 3 günlük körpəsi ilə əsir götürülən ana ilə görüşdük, həyat yoldaşı gözü qarşısında güllələnən musiqiçini dinlədik, onlarla günahsız insanı xilas etməyə nail olmuş cəsarətli polislə danışdıq” – deyən Subaşiç, “Srebrennisada olduğu kimi Xocalıda da ədalət nəhayət öz yerini tapmalıdır” deyə bildirdi.

İtaliya İnsan haqları Federasiyasının sədri Antonio Stanqo öz çıxışında bir daha bildirdi ki, Xocalıda baş vermiş faciə zamanı beynəlxalq humanitar hüququn açıq pozulması – mülki şəxslərin canlarını qurtarmaq istəyərkən güllələnərək öldürüldüyü- Human Rayts Votç (HRW) və Memorial kimi beynəlxalq qurumlar və başqa müstəqil mənbələr, o cümlədən, hadisənin şahidi olmuş tanınmış beynəlxalq media nümayəndələri tərəfindən faktlarla təsdiq edilib və sənədləşdirilib.

ATƏT-in Dözümsüzlük və Diskriminasiya ilə Mübarizə üzrə keçmiş xüsusi nümayəndəsi professor Bülent Şenay “Post-konflikt reallıqları kontekstində Ermənistan sülhdə maraqlı olduğu üçün Xocalı cinayətinin ləkəsi ilə hesablaşmalıdır” - deyə vurğuladı.

Daha sonra Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Mərkəzinin direktoru Giorgi Tatar çıxış edərək Beynəlxalq Koalisiyanın bölgədə dayanıqlı sülh üçün Azərbaycan və Ermənistan hökumətlərinə ünvanlanmış müraciətini səsləndirib.

Bəyanatda qeyd olunur ki, “2020-ci il müharibəsindən sonra Azərbaycan və Ermənistan liderlərinin regionda sülh erasının başladığını elan etdiyi bir şəraitdə beynəlxalq vətəndaş cəmiyyəti üçün də hərəkətə keçmək, cəzasızlıq və susqunluğa son vermək, Xocalı barədə ədalətə nail olmaq zamanıdır”. “Ermənistan hökuməti Xocalı cinayətini tanımağa dəvət olunur – “..ölkənin keçmiş korrupsioner hökuməti tərəfindən törədilmiş bu cinayətin ağır yükündən cəsarət göstərib etiraf edərək azad olmaq, keçmiş münaqişənin bu dəhşət və vəhşilik simvolunun qurbanlarından üzr istəmək tələb olunur” –  deyə müraciətin birinci bəndində qeyd olunur.

Giorgi Tatar Koalisiyanın Xocalı cinayətinin etiraf etdirilməsi mövzusunda, həmçinin dayanaqlı sülhə nail olmaq məqsədilə Ermənistan və Azərbaycan cəmiyyətləri arasında dialoq təşəbbüsünü başlatdığını da elan etdi. Sənəddə hər iki ölkənin hökumətinə belə dialoq üçün münbit şəraitin yaradılması haqqında müraciət də öz əksini tapıb. 

WhatsApp Image 2023-02-27 at 14.36.39 (1).jpeg (327 KB)

Ədalət uğrunda fəaliyyətləri üçün Koalisiya üzvlərinə təşəkkürünü bildirən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov keçid ədalətinin müasir dünyada sülhə xidmət edən vacib amil olduğunu qeyd etdi. “Bu konsepsiya ilk növbədə cinayətin etirafını vacib sayır. Təəssüflər olsun ki, Ermənistanda bu gün də Xocalı faciəsi tabu mövzudur. Bu barədə danışan insanlar susdurulur, bu isə etiraf əvəzinə cinayətin normal hesab olunmasına gətirib çıxarır. Bu baxımdan, Koalisiyanın Ermənistan cəmiyyətində bu mövzu üzrə diskussiyaların başlanmasını hədəfləyən işi vacibdir”.

menim.jpeg (194 KB)

“Bu gün sizin bu təşəbbüsü başlaya bilmənizi, Qarabağda ilk xarici heyət olaraq Xocalı qurbanları üçün anım tədbirləri keçirmənizi Azərbaycanın müharibədə qələbəsi təmin edib. Əminəm ki, növbəti illərdə bu tədbirləri Xocalının özündə davamlı surətdə keçirə biləcəksiniz” - deyə E.İskəndərov bildirib. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости