Свобода людям, независимость нациям!

“Duza gedən” Ermənistan və Qərbin “sülh vaxtı deyil, tələsməyin”, məzmunlu 5 aprel paktı

2070 30.03.2024 11:50 Колумнисты A A

 

Ermənistan rəhbərliyi “havalanıb”. Aprelin 5-də keçiriləcək ABŞ, Avropa İttifaqı və Ermənistan görüşü ərəfəsində rəsmi İrəvandan verilən bəyanatların “qaz”ı o qədər çoxdur ki, Rusiyadan alınan qazın qiymətinin hər an Avropa qiymətinə qaldırılacağı təhlükəsi də unudulub.

Ümumilikdə Nikol Paşinyan hökuməti eyfariyaya qapılıb, elə bilir ki, ayağını Brüsselə basan kimi Avropa İttifaqı, ardınca da NATO qapılarını taybatay açıb, “gəl, Nikol ölkəni də götür, keç yuxarı başa”, deyəcək. Hər dəfə fransız “bacısı” ilə görüşdən sonra reallıq hissini itirir Ermənistanın baş naziri. Heç şübhə yoxdur ki, ermənilərin Avropaya aparılması layihəsinin başında Fransa və onun prezidenti Makron dayanır. Qarabağdakı xunta rejimini qoruya bilmədiyinə, Marsel erməniləri qarşısında verdiyi sözə əməl etmək iqtidarında olmadığına görə, ən azı Ermənistandan “Avropa ölkəsi” düzəltmək istəyir.

442371046_0_279_3037_1987_1920x0_80_0_0_240a482d773cc1a77f3e51c3cf034a11.jpg (539 KB)

Bundan əvvəl Gürcüstanı və Ukraynanı “xoşbəxt” eləyənlər, Moldovanı da “növbəyə yazanlar” indi əsas diqqəti Ermənistanın üzərinə yönəldiblər. Əslində bizim Ermənistan adlı dərdimiz yoxdur, necə deyərlər “can onun, cəhənnəm Tanrının”. Bəzi sadəlövhlər hesab edirlər ki, Qərbin Cənubi Qafqaza “inteqrasiyası” Rusiyanın bölgədən çıxarılması, ərazilərimizdə əbədi hüzurun hökm sürməsinə gətirib çıxara bilər. Təbii, Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvü olaraq ərazilərində hər hansı xarici qüvvənin olmasını istəmir. O cümlədən Rusiyanın sülhməramlı hərbi kontingentinin 2025-ci ildən sonra ərazilərimizdə qalması arzuolunan deyil. Bu mənada Ermənistandakı Rusiya hərbi bazasının, rus sərhədçilərinin də çıxarılması daha münasibət variant olardı. Həm də Qafqaz Evi ideyasının müəllifi məhz Azərbaycandır. Amma gəlin görək Ermənistan addımlarında səmimidirmi? Qətiyyən! Rusiya hərbçilərini çıxarıb, ABŞ, Fransa, Kanada, Norveç hərbçilərini ərazisinə yerləşdirməyi hədəfləyən və artıq bu prosesin təməlini qoyan Ermənistan bölgəni yeni fəlakətlərə hazırlayır, biz təbii ki, buna etiraz etməliyik və edirik də.  

Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antony Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyen aprelin 5-də Brüsseldə “Ermənistanın inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün” görüşəcəklər. Ermənistana nə olub? Bəlkə işğaldan əziyyət çəkib, torpaqları 30 il qonşu ölkənin təcavüzünə məruz qalıb, 1 milyon qaçqın-köçkünə görə müşkülə düşüb, xəbərimiz olmayıb? Azərbaycan əraziləri illərlə işğal altında saxlanıldı, dövlətimiz yüz milyardlarla ziyana düşdü, təkbaşına bu yükü qaldırmalı oldu, Avropa, Amerika bir dəfə yığışıb Azərbaycanın inkişaf etdirilməsi perspektivini müzakirə etmədilər. Əksinə, Azərbaycan əraziləri erməni təcavüzünə məruz qaldığı illərdə ABŞ Konqresi ölkəmizə qarşı sanksiya qərarını – 907-ni qəbul etdi, bu günədək başımızın üstündən asıb...Avropa institutları da fürsət düşən kimi kölgəmizi qılınclayırlar...   

Onu da yaxşı bilirik ki, Ermənistan üzərindən həyata keçirilən bütün bu “avropalaşma”, “natolaşma” oyunlarının başında Azərbaycana, o cümlədən qardaş Türkiyəyə qarşı məkrli planlar dayanır. Avropada, ümumən Qərb paytaxtlarında islamafobiya, türkəfobiyanın mövcudluğu faktdır. Yunan Kiprini sıralarına qəbul etdiyi halda, Türk Kiprini geri itələyən Avropanın xristian klubu indi də heç bir dəyəri olmayan Ermənistanı “xaçkarlar klubu”na üzv etmək istəyini ortaya qoyub. Münasibət ortada...Qərb parlamentlərinin bir çoxu tarixdə olmayan hadisələrə görə Türkiyəni ittiham edib, Fransa hətta qondarma “erməni soyqırımı”nı inkar edən vətəndaşlarına cəza qanunu qəbul eləyib. Üstəlik, Türkiyənin sinəsindən itələyib, Avropa İttifaqının kandarından geri qaytaranların “qulağımızın dibinə” xeyir gətirəcəyini güman edə bilmərik. Həm də bu güclər idi ötən əsrin əvvəllərində bolşeviklərlə əlbir olub Azərbaycan ərazilərində Ermənistan adlı qondarma ölkənin bünövrəsini qoyanlar, sonradan Türk qapısını, yolunu kəsənlər, Qarabağın əbədi ilhaqı üçün əllərindən gələni edənlər. İndi bunların bölgəyə səadət gətirəcəyinə bizi kim inandıra bilər?!

5 apreldə keçiriləcək ABŞ-Aİ-Ermənistan birgə konfransından narahatlığını kifayət qədər aydın mətnlə ifadə edib. Bildirilib ki, “Toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur”.

eeee.jpg (105 KB)

Məşhur misala istinad etsək, Ermənistan “duza gedir”. Spiker Alen Simonyan “nağıl qəhrəmanı” sayağı Rusiyadan “küsdərəcik” olduğunu söyləyib. Sitat: “Rusiya Ermənistanı “ən çətin dövrdə” tək qoyub. Bu bir faktdır. Bizim bir dostumuz, necə deyərlər, bir müttəfiqimiz var idi, böyük qardaşımız vardı, vaxtı gələndə bizi qoruyurdu, heç olmasa, hər şey onun bilgisi ilə baş verib deməsə də, bizi tək qoyub. Bizi dəfələrlə aldatdılar, sonra isə onları Ermənistan ərazisində yeni müharibəyə sürükləməyə çalışdılar ki, sonradan konkret vəziyyətdə bizi “xilas etsinlər” və Ermənistanın dövlətçiliyinə sıxaclar atsınlar”.

 Simonyan onu da iddia edib ki, ölkəsi həmişə Avropa İttifaqına (Aİ) daxil olmağa çalışıb. “Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Bizim üçün Aİ üzvlüyünə namizəd statusunun əldə edilməsi izləməli olduğumuz ən düzgün və arzuolunan variantdır. Bunun hansı proseslə həyata keçirilməsi vacibdir. Çox şey edilməlidir”-deyən spiker elə rəy yaratmağa çalışıb ki, guya forpost Ermənistanın parlament sədri deyil.

ayxan_hacizade_060223.jpg (88 KB)

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə tamamilə doğru olaraq bildirib ki, Ermənistandakı qisasçı əhval-ruhiyə qarşıdakı toplantıdan dəstək uma və mümkün təxribatlarda Aİ ilə ABŞ-ın Ermənistanı dəstəkləyəcəyinə dair “illuziya” yarada bilər. Odur ki, “Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər”. Haqlı mövqedir. Məsələ burasındadır ki, 5 aprel görüşü ilə bağlı xüsusi qeyd olunmasa belə, söhbətin faktiki olaraq hərbi paktın imzalanmasından getdiyi məlumdur. Bundan əvvəl Avropa və  ABŞ-dan vaxtaşırı Ermənistanın “qorunması vacibliyi” haqda iddialar eşitmişik, hətta bu mövqeni rəsmi əlaqələrə də köçürüblər. ABŞ Senatının 15 noyabr 2023-cü il tarixli “Erməniləri müdafiə aktı”nı unutmamışıq. Qonşusunun torpaqlarını 30 il işğalda saxlayan, BMT TŞ-nin 4 qətnaməsinə  tüpürən, minlərlə dinc sakini qətlə yetirən, Azərbaycana qarşı mina terrorunu bu gün də davam etdirən, üstəlik, qonşu dövlətin azı 8 kəndini hələ də işğalda, Naxçıvan regionunun yarım milyonluq əhalisini 32 ildir blokadada saxlayan Ermənistanı üzük qaşı kimi əhatəyə alan amerikanların, avropalıların məqsəd-məramı saf ola bilməz, heç şübhəsiz! İmzalanacaq hər hansı bir sənəd – adı pakt olmasa belə - regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib, bu, birmənalıdır!  ABŞ və Avropa regionu yeni qeyri-sabitlik və fəlakətə sürükləyir. Elə son günlər Aİ-nin Ermənistandakı missiyasının Zod istiqamətində peyda olması da məkrli planın bir hissəsidir. Heç şübhəsiz, burada Rusiyaya qarşı plan da mövcuddur. Zvartnotsdan rus sərhədçilərini çıxarıb, NATO hərbçilərinin Ermənistana maneəsiz daşınmasını həyata keçirməklə Rusiyaya qarşı ikinci cəbhə açmaq, Qafqazda ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılmasını reallaşdırmaq istəyirlər. Tarix boyunca maşa və oyuncaq rolunu oynayanlar, kiminsə qucağında oturmaqdan zövq alanlar da məmnuniyyətlə bu təhlükəli planda yer almağa qərar veriblər. Rusiya ilə Ermənistan özü bilər, əslində Rusiya erməni adlı ilanı boğazına dolayanda, hay adlı əqrəbi belinə mindirəndə, qucağına alanda sancacağını anlamalıydı. Biz öz təhlükəsizliyimizi düşünürük, narahtlığımız bundandır. Hərbi pakt Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir, Ermənistan revanşa hazırlaşdırılır. ABŞ və Avropa Azərbaycanın güclənməsi, öz ərazilərini azad etməsi ilə hələ də barışmaq istəmir. 30 illik işğal illərində torpaqlarımızda ikinci erməni dövləti yaratmaqdan ötrü dəridən-qabıqdan çıxanlar 44 günlük müharibədən sonra belə, Qarabağda “Kosovo variantı” hazırlayırdılar, arzuları Xankəndidə çatılmış tonqalda yandı, Xankəndinin Zəfər meydanındakı hərbi paradda tapdalandı!  Odur ki, yanırlar, yaxılırlar, bilmirlər necə etsinlər, qisas alsınlar Azərbaycandan. Amma fərqində deyillər ki, Ermənistanı tamamilə itirə bilərlər bu təhlükəli planın sonucunda. Bizdən demək! Ermənilər də küyə düşərək, “duza” gedirlər. Ancaq “duzdan qayıdanlar”ın durumunu unudublar deyəsən...

Azərbaycan və Ermənistan sülh əldə olunması istiqamətində cənab Hikmət Hacıyev demişkən, tarixdə heç vaxt olmadığı qədər bir-birinə yaxınlaşıb. Belə bir durumda Qərb deyir “tələsməyin, sülh vaxtı deyil hələ, qoy mən Ermənistan adlı “dəlimə fel, əlinə bel verim”, sonrasına baxarıq! Bax, budur Qərbin gerçək istəyi...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости