Свобода людям, независимость нациям!

Cəlladı “siyasi məhbus” sayanların “şərəfi” – Maşa niyə erməni Vaqifdən narahatdır?

2305 04.08.2023 15:27 Колумнисты A A

Qatı müharibə canisi Vaqif Xaçatryanın həbsini təqdir edən bircə erməni də tapılmadı. Təbii, öz terrorçularına abidə-heykəllər qoyub ətrafını gülüstana və ziyarətgaha çevirən əbləh bir toplumdan bunu gözləmirdik də...

Bəllidi ki, Ermənistan XIN-i klassik hay sırtıqlığı ilə həbsə görə Azərbaycanı “adam oğurluğu”nda, “beynəlxalq cinayət əməli” törətməkdə suçlayıb. Dünən isə Nikol Paşinyan daha da irəli gedib. Utanıb-qızarmadan, zərrəcə xəcalət hissi keçirmədən Meşəli və Xocalı cəlladını az qala, siyasi məhbus kimi qələmə verib.

Əlin üzündə qalır. Bu, hələ guya ermənilərin ən ağıllısı, ən uzaqgörəni, Azərbaycan və Türkiyə ilə sülh və barışığa çalışan rəhbəridir. O zaman Nikol Vovayeviç “Xaçatryan oğurlanıb”, - deyə niyə şivən salır?

Azərbaycan dövləti öz ərazisində (!) bəşəri cinayətlər törətmiş bir qatili, qulduru, nəhayət, silahlı separatçını uzun illər sonra yenə məhz öz ərazisində (!) yaxalayıb, ona qarşı bütün beynəlxalq konvensiyaları gözləməklə ittihamlar irəli sürüb. Hətta bu it haqq eləmədiyi halda həkimlərimizin nəzarətinə götürülüb. Daha nə istəyirsiz?..

Əlbəttə, dövləti də, cəmiyyəti də terrorçuluğu həyat tərzi sayan Ermənistanın rəsmi şəxsləri və radikal-revanşist müxalifətindən insani yanaşma ummaq absurd olardı. Belə şizofrenik mövqe sözsüz ki, həm də ermənilərin gerçək yiyələrinin, “ilana zəhər verən kərtənkələlər”in dəstəyi, xristian təəssübkeşliyi ilə bağlıdır. Zira, yalana inanan olmasa, yalan da olmaz.

Məsələn, Rusiya XIN rəsmisi Mariya Zaxarova erməni Vaqifin həbsinə münasibət bildirərkən görün nə deyib. Sitat: “Baş verənlər, şübhəsiz, tərəflər arasında çətin, lakin zəruri olan həll yolları və kompromislər tapmağı çətinləşdirir”.

Niyə, Maşacan? Nə vaxtdan bəşəriyyət əleyhinə cinayət törətmiş caninin, terrorçunun yaxalanması və layiqli cəza alması qonşu xalqlar arasında sülhə, barışığa əngəl sayılıb? Əksinə olmalı deyil? Bu nə məntiq?

Heç dəxli var. Məgər qadın-qoca demədən günahsız insanları qırıb çatanlar, uşaq qatilləri haqq elədikləri cəzaya çatdırılmamalıdır? Axı bu, ən azından ona görə vacibdir ki, Njdenin digər davamçılarına da dərs olsun. Hansısa ikiayaqlı vəhşi belə cinayət əməlini törətməzdən əvvəl beş dəfə düşünsün. Türmə həyatının (heyf ki, güllələnmə hökmü ləğv edilib!) islahedici təsirini deyirik. Yoxsa Rusiya üçün belə faciələr adi şeydir?

Bir yandan baxanda 90-cı illərdə müstəqillik istədiyi üçün çeçen xalqını qan gölündə boğan, Ukraynada ikinci ildir insanlıq əleyhinə yeni-yeni cinayətlər törədən, o sırada 15 min ukraynalı uşağı oğurlayıb aparan (buna görə Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova haqda həbs orderi verib) bir dövlətin XIN rəsmisini əslində anlamaq olar. Unutmayaq, bu, o dövlətdir ki, onun Xankəndindəki 366-cı alayı Xocalı soyqırımında birbaşa iştirak edib. “İt itin ayağını tapdalamaz”.

Yeri gəlmişkən Meşəli faciəsinin şahidlərindən biri qətliamda rus hərbçilərinin də iştirak etdiyini söyləyib. Olmaya Zaxarova həm də bundan narahatdır? Ki, erməni Vaqif istintaqda ağzını açıb bülbül kimi ötər...

Sülhə gəlincə, hər iki tərəfdən müharibə cinayətləri törədənlərin cəzalanması (şükür, bizim belə qatillərimiz yoxdur, ola bilməz!) barışıq üçün mühüm şərtdir və sülh prosesinin ən vacib tərkib hissələrindən sayılır. Deməli, məntiqlə Ermənistanın rəhbərliyi və toplumu özü buna maraq göstərməli, kriminal ballastlardan silkələnib azad olmalı, mənən təmizlənməlidir.

Yox, ermənilər bandit-terrorçulara 44 günlük savaşdakı rüsvayçı məğlubiyyətdən sonra da abidələr qoymağa davam edirlərsə (sonuncusu “Nemezis”dir!), onda onları Türklə barışıq əsla maraqlandırmır və revanşist hisslərlə yaşayırlar. Bu xüsusda “Laçın” postunda erməni canisinin ələ keçməsi növbəti “lakmus kağızı” olmaqla iqtidarlı-müxalifətli erməni cəmiyyətinin üfunətli iç üzünü açıb göstərdi (bunu onsuz da bilirdik). Eyni zamanda, onların insan haqlarından dəm vuran xarici havadarlarının riyakar simasını yenə çılpaqlığı ilə gözlər önünə sərdi, Qərbdəki yalançı demokratların maskasını yırtdı...

Xarici havadarlar heç. Diqqət edin, V.Xaçatryanın həbsinə azca neytral, yaxud laqeyd yanaşan bir erməni tapılmadı. Azərbaycanla, Türkiyə ilə sülh istəyən “mötədil” və “demokrat” Nikol Paşinyan belə, yalandan da olsa məsələyə dözümlü yanaşmadı – Azərbaycanın bunca daşdan keçən dəlil sübutları ortada ola-ola. Nikol da radikal-revanşistlərin, faşistlərin yanında yer aldı.

O Paşinyan ki, bu ilin aprelində İrəvanda erməni terrorçularına ucaldılan “Nemezis” abidəsinə görə Türkiyənin sərt qınaqlarından yaxasını kənara çəkməyə çalışmışdı. Halbuki abidənin təntənəli açılışında onun partiyasının üzvü olan İrəvan meri şəxsən iştirak və çıxış eləmişdi.

Terrorçu xalq başqa necə olur ki. Odur ki, işimizi bilək, barıtımızı quru, tüfəngimizi təmiz saxlayaq. Bir də şair demiş, vaxtaşırı “atımızı tumarlayaq”...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости