Свобода людям, независимость нациям!

Bu ikiüzlülüyü də gördük - Əlbir olub Tumanyan Bədəlyanla...

3188 19.11.2023 15:51 Колумнисты A A

Bir neçə gün öncə İrəvanda qısa zaman kəsiyində ikinci dəfə yəhudi sinaqoquna qarşı vandallıq edilib. İbadət evini yenə yandırmaq istəyiblər. Budəfəki barbarlığa görə də məsuliyyəti ASALA terror qruplaşması öz üzərinə götürüb.

Hərgah, Ermənistanda uzaqbaşı 5-10 yəhudi qala, ya qalmaya. Sinaqoq da azərbaycanlıların İrəvandakı Göy Məscidi kimi nəyə görə mühafizə olunur – orası da çoxdan bəlli: guya ermənilər başqa dinlərə və xalqlara dözümlü yanaşan toplumdur.

Qəribədir, deyilmi? Xalq yoxdur, onu qovublar, amma dini abidəsini saxlayırlar. Bu da “qədim millət”in daha bir riyakarlığı. Yaxud unikallığı. Başına dəysin...

“Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları olayın başvermə şəraitinin aydınlaşdırılması yönündə araşdırma aparır və hadisənin qəsdən törədilməsi sübuta yetirilərsə, Ermənistan hakimiyyəti birmənalı olaraq onu pisləyəcək”.

Ermənistan baş nazirinin müşaviri, Milli azlıqlarla iş üzrə Şuranın sədri Artaşes Tumanyanın sözləridir.

Paşinyanın müşaviri ardınca deyib: “Əminəm ki, Ermənistan ictimaiyyətinin də münasibəti eyni olacaq. Ölkəmizdə heç bir dini, milli və ya digər ksenofobiyanın təzahürü yoxdur. Bizim cəmiyyətdə milli azlıqlarla bağlı tolerantlıq və qarşılıqlı etimad mühiti hökm sürür. Üstəlik, milli azlıqların nümayəndələri Ermənistanda həyatın bütün sahələrinə və ictimai həyatına cəlb olunublar”.

Erməni həyasızlığı, erməni simasızlığı və ikiüzlülüyü gerçəkdən sərhəd tanımır! Adam bu yerdə qışqırmaq istəyir: “Yalançının!..”

Görəsən SSRİ dağılar-dağılmaz, aborigen azərbaycanlıları sonuncu nəfərinədək qovub monoetnik ölkəyə çevrilən qədim Türk yurdu Ermənistanda hansı etnik azlıqlardan danışır bu hay qırığı? Barmaqla sayılacaq qədər qalan erməniləşmiş yezidi kürdlərinimi nəzərdə tutur? Ya bəlkə radikal revanşist-müxalifətçi Eduard Şarmazanov kimi ermənidən çox erməni olan 2-3 yunanı?

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Bədəlyan da Tumanyan kimi “gül” vurub. Bu axçi iddia edib ki, Ermənistanda antisemitizmə və milli və ya dini zəmində dözümsüzlüyə yer yoxdur”. Halbuki az öncə bir sorğuda Ermənistan əhalisinin 58%-inin antisemit olduğu üzə çıxmışdı. Hələ onu demirik ki, yəhudilərin hamısını məhv edəcəyinə söz verən Vladimir Poqosyan ad-soyadlı bir tip ölkədə sərbəst şəkildə gəzir, gözünə üfürən belə yoxdur...

Zavallılar, çoxmillətlilik - bir ölkənin, onun aparıcı etnosunun üstünlüyüdür, qüsuru və ya problemi yox. Başdan xəstə, maniakal dərəcədə özünə vurğun haylara (faşizm həm də budur!) belə şey çatmaz. Onlar əksini zənn edərlər. Nasist Njdeyə, “Nemezis” terrorçularına abidələr ucalıb onları ziyarətgaha çevirən, hər mitinqdə “Türkrsüz Ermənistan” çığıran, Türk sözünü özünə təhqir sayan cəmiyyətin tolerantlığı qara qəpiyə də dəyməz!

Qısası, barı abrınıza kor olub susun, dünyanı özünüzə güldürməyin. “Vitrin”də bir neçə digər xalqdan “nümunələr” saxlayıb gözə soxmaq, “biz də çoxmillətli, tolerant ölkə, tolerant xalqıq” nağılları danışmaq keçməz! Ondansa Nikol Paşinyan izah eləsin görək, nəyə görə Qərbi Azərbaycan icmasının öz dədə-baba torpaqlarına qayıdışı ilə bağlı çoxsaylı müraciətlərinə cavab vermir? Axı ölkənin iki rəsmisi – Tumanyan və Bədəlyan deyir ki, ölkədə etnik və dini azlıqlara qarşı diskriminasiya yoxdur. O zaman buyurun, bunu əməldə sübut edin. “Bu meydan, bu şeytan”...

Şəkk yox ki, sinaqoqla qarşı təkrarlanan vandallıq aktı Ermənistan adlı baş tutmayan dövlətin haylardan savayı digər millətlərin yaşayışı üçün nə dərəcədə təhlükəli məkan olduğunun əyani sübutudur. Hələ abırsızcasına dil boğaza qoymadan Avropa (Qərb) ailəsinə inteqrasiyadan, təməl azadlıqlara sədaqətdən dəm vururlar.

Bu ilin aprelində, İrəvandakı idman yarışında Nikol Paşinyanın gözü qarşısında Azərbaycan bayrağını yandıran bir şərfsizi alqışlayıb qəhrəmana çevirən, əsrlərdir böyük güclərin əlində maşa rolu oyanan, üzr istəyirik, bir sahibin altından çıxıb digərinin altına uzanan millət necə özünü mədəni, sivil, “xristianlığı ilk qəbul edən xalq” saya bilir?

Yeri gəlmişkən, hazırda Ermənistan paytaxtında keçirilən ATƏT Parlament Assambleyasının iclasına Azərbaycan nümayəndə heyətinin qatılmamasının əsas səbəbi bu. Qonaq qəbul etməyi bacarmayan, çağırdığı qonağı aşağılayan, əslində isə özü Qafqazda qonaq, yad olan bu köçmən tayfa haqq elədiyi aqibətinə qovuşub mükafatını mütləq alacaq. Artıqlaması ilə. Zatən, almağa başlayıb...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости