Свобода людям, независимость нациям!

Biz ərəb, İsmayıl Haniyə heç deyilik...

2198 12.04.2024 17:41 Колумнисты A A

İranın şəhərləri vurularsa, sərhəddə elə bir qaçqın axını ilə üzləşə bilərik ki, bunun  illərlə davam edən çox ciddi fəsadları olar

Ötən ilin oktyabrından Yaxın Şərqdə başlayan və hələ də davam edən müharibə İsrailin əslində “sadə(cə) dövlət” olmadığına şahidlik etməkdəyik.  İsrail rəsmi olaraq da belə tanınır: İsrail Dövləti. “Dövlət” burda sadəcə dil, yazılış qanunauyğunluna görə böyük hərflə yazılmır əlbəttə... Onun dünyada bilinən və bilinməyən çox ciddi dəstəkçiləri, lobbiləri var.  NATO üzvü də deyil, amma torpaqlarında ABŞ-ın bazası da var,  Keren dağındakı erkən xəbərdaredici radar stansiyası da...Bunlar nədir, atom bombası da! Qeyri-rəsmi, amma varıdır.

Bundan əlavə, ABŞ hər il İsrailə təmənnasız milyardlarla yardım da edir. Dörd tərəfdən ərəb dünyası ilə əhatələnmiş (şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya, cənub-qərbdən Misir və Qəzza zolağı) İsrailin özünü və vətəndaşlarını qorumaq haqqı var. Oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı başlarına gətirilmiş o müsibəti unutmaq da çətindir. İsrail dövlətin imicinə dəymiş ağır zərbəni qanla təmizləmək məcburiyyətində qaldı. İsrail indi  də intiqam hissindən vaz keçməyib. Əslində isə  durdura bilmirlər İsraili... 

scale_1200.jpg (183 KB)

 İsrail hökuməti ilk gündən birmənalı bəyan edir ki, Qəzzada və bölgədə HƏMAS-ın hərbi gücünə(40 min silahlısı olduğu deyilirdi) son qoymayınca, dinc dayanmayacaq, sülh olmayacaq. Cəmi 41 km uzunluğunda və 10 km enində, amma iki milyondan çox əhalisi olan Qəzza bu aylarda əsl faciə yaşamaqdadır, minlərlə insan həlak olub (onların sırasında uşsaqlar da var) milyonlar qaçqın düşüb. 

haniyə2.png (1.03 MB)

2006-cı ildəki seçkilərdə qalib gələn HƏMAS-ın siyasi qanadının(Siyasi büronun) rəbəri İsmayıl Haniyənin son bombardmanda üç oğlunun və nəvələrinin həlak olmasına reaksiyası hadisənin özündən daha dəhşətlidir. İsmayıl Haniyə ərəb dünyasında ən məşhur simalardan biridir, siyasi liderdir, reaksiyalarında səbirli olması anlaşılandır. Amma heyrət! Deməli, İsmayıl Haniyəni anlamaq üçün gərəkdir ki, o bölgədə doğulub yaşayasan. O regiondakı ərəb toplumunu da biz çətin anlaya bilək. Bu dava illərdir danışıqlarla, masa söhbətləri ilə alınmır, alınası iş də deyil, amma səngiyə, bir müddət dinc fazaya keçə bilər. Gah sönüb, gah alovlanan münaqişə sanki bir həyat tərzidir. Siyasətçiyə, liderə bax də- bu boyda dərdin qarşılıında Allaha şükür edir. İslam dini, mücahid, şəhid, cihad- bunları biz də bilirik. Qarabağ savaşında həlak olan bizim şəhidlər də ən uca mərtəbədədir. Amma bu savaş fərqlidir. Əslində isə illərdir bu bölgədə baş verənlər hər iki tərəfdən bir az Allaha üsyandır, bir az allahsızlıqdır...

c8dcb1ceec81918a6b1a5404a09e81bc.png (233 KB)

(Yaxın) Şərq “incə məsələdir” deyirlər, amma  baş verənlərə rəğmən müasir dövrdə də on illiklərdir “incə yerindən” heç qırılmır,  qırılan, ölən adamlardır...                          

Bu müharibə Yaxın Şərqdəki Qərb(ABŞ) düşmənlərini hərəkətə keçirib ki, bu da hətta hərbi əməliyyatlarda min kilometlərlə uzaq bizim regionda da münaqişə riski yaradıb. “Hizbullah” və HƏMAS-ın sıx bağlı olduğu İranın Suriyadakı  konsulluğu vurulandan sonra gərginlik daha da artıb. İddia olunur ki, gərginliyi indilikdə İsrail hökuməti daha çox tətikləyir. Çünki reytinqi kəskin düşən Netanyahuya indilikdə sakitlik gərək deyil. Hətta deyilir ki, dinc dövr qayıtsa, ona qarşı açılmış korrupsiya ittihamları yenidən gündəmə gələcək. Yəni İranı, Livanı, Yəməni ittiham edə bilərik, amma İsrail də “imam övladı”deyil, xüsusilə Netanyahu...

hani1.png (1.26 MB)

İsrail baş naziri indi də Rəfahı İsrailin nəzarətinə keçirmək istəyir. Məlumdur ki, uzun münaqişədən sonra Rəfah Misir və Fələstin hissələrinə bölünüb. Buranın rəsmi statusu danışıqlar yolu ilə müəyyən edilməli idi. Lakin bu proses 1993-cü ildə başlasa da, ortada nəticə yoxdur. İsrail 2005-ci ilə qədər Rəfah üzərində nəzarəti saxlayıb. 2007-ci ildə isə Qəzza ilə bərabər Rəfah da seçkidə qalib gələn HƏMAS hərəkatının nəzarətinə keçib. Baxmayaraq, Qəzzanın qapısı adlandırılan Rəfahda sərhəd keçid məntəqəsi indi də İsrailin nəzarətindədir. 

1010433e654219144a1c454483966a2e.jpg (222 KB)

ABŞ administrasiyası bəyan edib ki, İsraili İranın raket və hücumundan müdafiə etməyə kömək etməyəcək, həm də əks-hücuma da qoşulmağa  hazırdırlar. Amerika mətbuatının yazdığına görə, ABŞ Dövlət Departamenti 25 F-35A və onlar üçün mühərriklər, üstəlik təxminən 2 min tonluq sursatın göndərilməsinə icazə verib. Bu arsenal indi İsrail ordusu üçün faydalı olacaq.

2ddbc0096004b211959444740a303cb4.jpg (246 KB)

İsrail-İran gərginliyinin bu həddə gərginləşməsi  bizi də ciddi narahat etməlidir. İran yaxın qonşumuzdur.  İranın şəhərləri vurularsa, sərhəddə biz elə bir qaçqın axını ilə üzləşə bilərik ki, bunun illərlə davam edən çox ciddi fəsadları olar. Ümid edək ki, İsrail və onun dəstəkçiləri, eləcə də İran bu regionu qana bulaya biləcək bu  qorxulu planlardan vaz keçəcək.

Biz ərəb, İsmayıl Haniyə heç deyilik...

Nazim SABİROĞLU
Musavat.com   

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости