Свобода людям, независимость нациям!

Bitərəflə bişərəfin fərqi – Niyə utanıb ölmədin, Marukyan?

4404 27.01.2024 15:19 Колумнисты A A

AŞ PA-da Azərbaycana qarşı qurulan qisas məqsədli məlum şou zamanı ölkəmizi müdafiə edənlərdən biri də ukraynalı deputat Aleksey Qonçarenko oldu. Əslində onun çıxışındakı bir cümlə təşkilatın Azərbaycanla bağlı ikiüzlü, məkrli yanaşmasının səbəbinə yetərincə işıq salır.

Sitat: “Qurum tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan ölkədə vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın öz qanuni sərhədlərini BƏRPA ETMƏSİ (seçdirmə bizimdir – Z.S.) olub. Bu gün Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edir. Bu sülhü hamımız istəyirik, çünki hamıya lazımdır. Gəlin bu sülh naminə hamımız birləşək”.

Bəli, dəyişən yeganə şey Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa eləməsidir. Yəni normal, ağlı yerində olan bir şəxsin tamamilə məntiqli şərhi və konstruktiv təklifi...

Amma görün onun bu haqlı mövqeyinə Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri, daima cəfəng anti-Azərbaycan bəyanatları tanınan Edmon Marukyandan hansı reaksiya gəlib. Deputatın sözlərini “biabırçılıq və ürəkbulandırıcı” adlandıran Marukyan X sosial şəbəkə hesabında ardınca yazıb: “Ukraynalı deputat dünyadan Ukraynaya ədalət tələb edir, amma Dağlıq Qarabağın etnik təmizləməyə (?! – Z.S.) məruz qalmış minlərlə sakini, Azərbaycanda qanunsuz saxlanılan (?! – Z.S.) hərbi əsirlər üçün eyni ədaləti görmək istəmir. Utanmırsan, Qonçarenko?!”

Doğrudan da bu barbar tayfanın dilində “abır-həya” anlayışı yoxmuş. Heyrətə gəlirsən, öz adlarını necə də rahatca, utanıb-qızarmadan başqalarına qoyurlar...

Əvvəla, ayıb sizin kimi sırtıq və vəhşi qəbiləyə olsun ki, Azərbaycan xalqına qarşı etmədiyiniz pislik, vəhşilik, zülm, alçaqlıq, allahsızlıq qalmadı! Bütün bu bəşəri cinayətlərə görə Manukyan daxil, hamınız çoxdan utanıb ölməli idiniz. Amma buna görə utanmaq nədir, tükünüz belə tərpənmir. İçinizdən bir ağıllı tapılmır ki, çıxıb bizdən üzr istəsin. Əvəzində günahı yalnız öz ərazi bütövlüyünü bərpa eləmək olan Azərbaycanın müdafiəsinə qalxmış ukraynalı deputatı tərbiyəsizcəsinə aşağılayırsınız. Artıq-əskik o, nə deyib ki? Nəyə görə Qonçarenko utanmalıdır?

Yenı siz utanıb yerə girin ki, burdan-bura dünənin hadisəsini də həyasızcasına saxtalaşdırıb etnik təmizləmədən dəm vurursunuz. Kim kimə qarşı etnik təmizləmə aparıb, şərəfsiz? Qarabağdan könüllü köç eləmiş hayların ev-eşiyi, əmlakı hələ də qorunur. Onlar getməsin deyə, Azərbaycan öz ərazisində ikinci “erməni dövləti”mi yaratmalı idi?..

Sonra. Qonçarenko Bakıda saxlanılan erməni separatçı canilərə görə nə üçün xəcalət hissi keçirməlidir, siz həmin o yırtıcı və bandit soydaşlarınıza görə utanmaq, yaxud heç olmasa susmaq yerinə?! Azərbaycan dövləti və xalqına illərlə meydan oxumuş, olmazın müsibətlər, dərd-bəla yaşatmış, Qarabağdakı yeraltı-yerüstü sərvətlərimizi çapıb aparmış quldur-terrorçuların başınımı sığallamalıyıq?

“İlanın ağına da lənət, qarasına da”. Marukyan hələ guya Ermənistanda Azərbaycanla barışığa çalışan ən mötədil qüvvəni - Paşinyan hökumətini təmsil edir. İndi bir daha aydın oldumu ki, nə üçün ermənilərlə xoşluqla sülh müqaviləsi baş tutan iş deyil? Bəlkə heç mümkün də olmayacaq...

Axı sülh istəyən, buna çalışan hökumətin, onun rəsmilərinin ritorikası, davranışı belə olmur. Sülh istəyən də AŞ PA-da, harda gəldi Azərbaycana qarşı gecə-gündüz şər-böhtan, qaralama-qarayaxma kampaniyası apararmı? İşğalçının təki özü ola-ola, Azərbaycanı beynəlxalq məhkəmələrə verib onu işğalçılıqda, etnik təmizləmədə suçlayarmı?

Ermənistan nümayəndə heyəti Strasburqda əleyhimizə səs verdi. Halbuki səsverməyə qatılmaya bilərdi. Dünya dağılmayacaqdı. 5 deputatın səsi ilə nəticə dəyişən deyildi təbii ki. Amma bununla İrəvan Bakıya qiymətli, xoşməramlı bir mesaj ötürərdi. Həqiqətən Azərbaycanla, Türkiyə ilə dialoq, barışıq və əməkdaşlıq tərəfdarı olduğunu isbatlamış olardı.

Fəqət, yenə kəmfürsətlik elədilər. Özü də əleyhimizə səs verənlər arasında Türkiyə ilə əlaqələrin normallaşması üzrə xüsusi nümayəndə, parlamentin vitse-spikeri Ruben Rubinyan da var idi! Erməni ki, erməni. Xislət dəyişmir. Əminik, analoji vəziyyətdə Azərbaycan nümayəndə heyəti Ermənistana münasibətdə ayrı cür davranar, ən azından bitərəf qalardı.

Fərqimiz də elə bundadır: təxminən bitərəflə bişərəf arasındakı fərq qədər...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости