Свобода людям, независимость нациям!

Bay Kamalın ən böyük səhvi – “Dəlləkliyi” Türk millətinin başındamı öyrənəcək?

2432 13.05.2023 15:19 Колумнисты A A

Bu gün Türkiyədə “sükut günü”dür. Könül istərdi ki, sabahkı seçkilər ilk turdaca yekunlaşsın. Əlbəttə ki, ölkə daxilində heç bir kataklizm yaşanmadan və qardaş məmləkətin dostlarını sevindirəcək, düşmənlərini yasa boğacaq bir nəticə ilə.

Bu xüsusda 14 may seçimləri Turan elləri üçün də mühüm dəyərdədir. Əfsus ki, ana müxalifətdən prezidentliyə əsas namizəd, CHP başqanı Kamal Kılıçdaroğlunu belə şeylər maraqlandırmır. Onu və yığma komandasını nəyin bahasına olur-olsun, yalnız hakimiyyətə yiyələnmək düşündürür...

Müxalifətçilik heç də hakimiyyətin dövlət və millət adına bütün uğurlarını kor-koranə danmaq, şübhə altına almaq demək deyil. İqtidar qatığa “ağ” deyibsə, biz müxalifətik deyə, mütləq “qara” deməliyik əcaib fəlsəfəsi ilə hərəkət eləmək heç deyil. Kılıçdaroğlunun ən böyük səhvi də başçılıq elədiyi düşərgənin öz siyasətini, taktikasını hakimiyyətin siyasətinin inkarı üzərində qurmasıdır. İnkarçılığıdır.

Amma əsl uzaqgörən, müdrik siyasət adamı belə eləməz. Bu yolla öz xalqının və ölkənin sadiq dostlarını ürküdüb-qorxutmaz, onları təlatümlərə tuş eləməz. Axı hakimiyyətin vərəsəliyi deyilən bir anlayış da var.

Məsələn, Rəcəb Ərdoğanın Azərbaycan, Turanla bağlı strategiyası, yerli hərbi sənayeni inkişaf etdirib ölkənin xaricdən silah asılılığını aradan qaldırmaq siyasəti düppədüzdür. Türkiyənin köklü maraqları, mənafeyi tələb edir ki, seçkinin qalibi kim olur-olsun, bu kurs davam etdirilsin. Amma cənab Bay Kamal uğurlu kursun müəllifi Ərfoğandır deyə, bu strategiyaya qarşı çıxır, təkəbbürü, eqoizmi ona bəsit reallığı görməyə, Ərdoğanın haqqını tanımağa qoymur.

Bu, siyasi korafəhmlik və cılızlıqdır. Bay Kamalın strateji düşüncə qabiliyyətli, masştablı siyasətçi olmadığının göstəricisidir. Diqqət edin, hazırda qardaş ölkə AKP iqtidarı hesabına 100 illik cümhuriyyət dönəmində ən güclü dövrünü yaşayır. Amma indi onu təzədən ABŞ-ın marionetinə, sözə baxan və “ikinci sort” dövlətə çevirmək istəyir Bay Kamalın rəhbəri olduğu müxalifət...

Gerçək budur ki, cənab Kılıçdaroğlu Türkiyə siyasətində şahmat dili ilə desək, “uzaqvuran top” ola bilmədi. Ən yaxşı halda Qərb mərkəzlərinin əlində o, “at” rolu oynadı və oynayır. O da minib lazımi hədəfə çatmaq üçün. Belə çıxır, o, prezident postunu tutarsa, “dəlləkliyi” Türk toplumun başındamı öyrənəcək? Türkiyə kimi dövləti indiki uğurlu nöqtədən o, daha irəli hara apara bilər ki? Uğurlu xarici balanslı siyasəti kəskin dəyişmək Türkiyəyə yaxşı nə verəcək görəsən? Kamal Kılıçdaroğlu artıq bunun da anonsunu verib.

Narahatlıq burdan qaynaqlanır. Çünki yaşadığımız olduqca həssas tarixi dönəm Türkiyə kimi qos-qoca dövlətin sükanı arxasında milli, öz kökünə bağlı çox müdrik bir liderin durmasını diktə efir, nəinki kosmopolit, Ağ Evin, Yelisey Sarayının təlimatları ilə oturub-duracaq birisinin...

Guya CHP başqanı prezident olsa, Bayden daha aprelin 24-də “soyqırımı” söyləməyəcək? ABŞ və Fransanın erməni sevgisi azalacaq? Vaşinqton və Paris Türkiyəni PKK-nın əli ilə parçalamaq planlarından imtina ediləcək?

Xeyr. Əsla. Sadə səbəbə: kollektiv Qərbi Türkiyədə hakimiyyətdə kimin olmasından qat-qat çox qardaş dövləti vassal çevirmək maraqlandırır. Bu qədim bir layihə! Ömrünün 75-ci ilini yaşayan Bay Kamal məgər bütün bunlardan bixəbərdir? Xəbərsizdirsə, pis. Yox, xəbəri varsa və buna qarşı getmirsə, əksinə, həmin layihədə yer alırsa ikiqat, üçqat pis!..

Mübahisə eləmirik, Ərdoğan da əbədi və əvəzolunmaz deyil. Ancaq onu Kılıçdaroğlunun əvəzləməsi qardaş ölkə üçün geriyə addım olardı. Sayın Ərdoğanı ona layiqli, daha kreativ birisi əvəzləməli. Beləsi yoxdursa, yoxdur. Dünya dağılmayacaq. O zaman indiki prezidentə daha 5 il etimad limiti tanımalı.

“Bay Kamal, sən dövlət idarə etməsi nədir, bilmirsən”.

Bunu dünən Ərdoğan söyləyib. Adam yüz faiz haqlı.

AKP lideri onu da deyib ki, seçkilərdə uduzarsa, hakimiyyətdən çəkiləcək. Amma biz Kılıçdaroğludan “məğlub olaramsa, Ərdoğanı təbrik edəcəyəm” açıqlamasını eşitmədik. Demokrat beləmi olur? Ya yoxsa başqa planlar var?

Əlbəttə, var. İnşallah, sabah gecə əlimiz üzümüzdə qalmaz. Pəjmürdə olan yenə Türkün düşmənləri olar...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости