Свобода людям, независимость нациям!

Azərbaycana qarşı gülləsiz müharibə - Boğaza tikan kimi batan qələbəmiz: 2 ayın dərsi

2721 20.11.2023 14:13 Колумнисты A A

Qarabağda 23 saat 51 dəqiqəlik möhtəşəm antiterror tədbirlərindən (19-20 sentyabr) iki ay ötür. Nəticə məlum: Azərbaycan vücudundakı “erməni separatizmi” adlı irinli yaranı, nəhayət, “cərrahi” üsulla kəsib atdı, yerini də “dezinfeksiya” edib sarıdı - ərazidəki mülki əhaliyə və infrastruktura xətər yetirmədən, zərgər dəqiqliyi ilə.

Di gəl, sırf legitim torpaqlarımızda reallaşdırdığımız və suverenliyimizin tam bərpası ilə bitən hərbi zəfər tikan təki bəzi Qərb dövlətlərinin boğazında ilişib qalıb. Fransanın qara-qışqırığına indi də ABŞ qoşulub. Xeyir ola? Kimin bostanına girmişik, yaxud daş atmışıq?

Kəşfiyyatı hər yerdən xəbərdar olan Amerika çox nahaq bölgənin açar dövləti Azərbaycanı hədəf alıb. Bu, öz ayağına güllə atmaq kimi bir şeydir. Həm də dılğır ermənilərə görə. Əminik, bir azdan özləri də bunun fərqində olacaq, peşmançılıq keçirəcəklər. Amma gec olmayacaq ki...

Bu arada bəlli olub ki, sən demə, ABŞ Fransa ilə birgə iki aydır BMT Təhlükəsizlik Şurasında (TŞ) anti-Azərbaycan qətnaməsinin qəbulu üçün lobbiçilik edir. Lakin hələlik ciddi uğur əldə edə bilməyiblər. Bu yerdə xatırladaq ki, Qarabağdakı antiterror tədbirlərindən sonra Ermənistan və Fransanın təşəbbüsü ilə artıq iki dəfə TŞ-nin fövqəladə iclası çağırılıb, hər iki dəfə də nəticəsiz bitib.

Məntiqlidir əslində. Axı biz də yalnız deyilik. Allahımız, dostlarımız, müttəfiqlərimiz var. BMT üzvü olan 120 ölkədən ibarət Qoşulmama Hərəkatında, 60 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatında simsarımız nə qədər istəyirsən. Eləcə də BMT TŞ-də. Azərbaycana şər atıb sənədləşdirmək heç kimə asan gəlməsin.

Üstəlik, biz nə günah işlətmişik, hansı beynəlxalq hüququ və onun təməl prinsipini, normasını tapdamışıq, BMT Nizamnaməsinin hansı bəndinə qarşı hörmətsizlik eləmişik, nəhayət, hansı dinc ermənini zorla Qarabağdan çıxarmışıq ki, Azərbaycana qarşı qətnamə də qəbul olunsun?!

Yoxdur belə şey. Odur ki, inşallah, pislik yenə özlərinə qalacaq. Haqq nazilər, üzülməz. Necə ki, 30 illik erməni işğalı dövründə üzülmədi və enində-sonunda Qərb (xristian) dünyasının ikiəlli dəstəklədiyi təcavüzkarın başını əzdik. Azərbaycana qarşı heç bir güllə atılmadan aparılan budəfəki virtual müharibədən də qalib ayrılacağımıza inanırıq...

Çox maraqlıdır, necə olub ki, ABŞ, Fransa və Rusiya BMT TŞ-nin daimi üzvləri kimi 1992-93-cü illərdə bizim xeyrimizə, erməni silahlı qüvvələrinin ərazimizdən çıxarılmasını tələb edən 4 qətnaməyə (822, 853, 874, 884) səs verib? Axı onlar az sonra yaradılan bədnam ATƏT-in Minsk Qrupunun üç həmsədri kimi on illərlə faktiki erməni işğalını rəsmiləşdirməklə məşğul olublar. Çaşıb da haqqımızı dəstəkləyiblər? Hərgah 27-28 il həmin sənədlər onların yadına düşmədi. ABŞ Konqresi isə 1992-ci ildə utanmazcasına təcavüzkarı qoyub təcavüzə məruz qalanın - Azərbaycanın əleyhinə əlavə “907-ci düzəliş”i qəbul elədi.

Amma və lakin biz həmin qətnamələri özümüz həyata keçirdik. İndi buna görə Azərbaycana minnətdar olmaq əvəzinə, hansı haqla hədə gəlir, min oyundan, hoqqadan çıxırlar?! “O nə pəhriz, bu nə turşu”? Demək ki, Qarabağ qətnamələrinə yanlış olaraq səs veriblər ki, indi özləri-özlərinin əleyhinə gedərək anti-Azərbaycanın sənədinin qəbuluna çalışırlar.

Təkrar edirik, nəyin, hansı faktın əsasında: Azərbaycan kimə hücum edib, kimin haqqına girib, kimin legitim ərazisini zəbt edib və hansı etnik azlığın hüququnu pozub? Barmaqdan “sovurulan” feyk-faktlar, gülünc erməni nağılları əsasında suveren bir dövləti ittiham eləməyəmi hazırlaşırsınız?

Keçməz. Bununla uzaqbaşı özünüzü dünyanın gözündə bir də ifşa edəcəksiniz. Necə ki, uydurma “blokada” propoqandanız faş oldu. Fəqət, hər şər işdə xeyir başlanğıcı olduğu kimi, budəfəkində olmamış deyil: ən azından dost cildində düşmənimizi təzədən tanıdıq!..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости